Skip to main content

Full text of "Lacin Yurdu 2"

See other formats


Laçın yurdu - №2(2), 2011 


Mən Aşıq dağ itdi, 
Duman gəldi, dağ itdi. 
Biz də bir oymaq idik, 
Fələk vurdu dağıtdı. 

Sarı Aşıq 



№ 2 ( 2 ) 

Avqust, sentyabr 2011 



NURLAR 

BAKI -2011 


1 



Laçın yurdu - №2(2), 2011 


Laçın yurdu, №2(2), 2011 

Bakı, “Nurlar”, 2011. 96 səh. © Лачын иурду, 2011 

Təsisçi və baş redaktor: 

Arif MƏMMƏDLİ 


Redaktor: 

Siyavuş ƏMİRİ Л 

Məsul katib: 

Elnur MEHDİYEV 


Redaksiya heyəti: 


Knyaz MƏMMƏDOV 
İlham QƏHRƏMAN 
Ələmdar ŞAHVERDİYEV 
Tamxil ZİYƏDDİNOĞLU 
Mütəllim HƏSƏNOV 


Fəxri UĞURLU 
Taleh ŞİRİNOV 
Yusif MİRZƏ 
Fəxrəddin ŞAHSUVAROV 
Orxan CƏBRAYILOV 


Redaksiyanın ünvanı: 

Mətbuat pr., 529-cu məhəllə 


Əlaqə: 

Tel.: (070) 956 36 22, (050/055) 362 03 60 
e-mail: lachinyurdu@mail.ru 


Dərgidə dərc olunan yazılar müəlliflərin mövqeyini əks etdirir 
və yazı müəllifləri məsuliyyət daşıyır. 

Jurnal 16.03.2010-cu il tarixdə Azərbaycan Respublikasının Ədliyyə 
Nazirliyində 3133 №-li reyestrlə qeydiyyatdan keçmişdir. 


Bankın adı: Azərbaycan Beynəlxalq 
Bankı 5 saylı TURAN şöbəsi 
Bankın kodu: 805142, 

Müxbir hesabı: 0137010002944, 
VÖEN: 9900001881 
SWIFT: IBAZAZ2X, 

Müştərinin hesabı: 
33821019443136196216 
Məmmədov Arif Kamran oğlu 
VÖEN: 1401771462 


Intermediary Bank: 

Citibank NA, New York, USA 
Corr. account: 36083186 
SWIFT: CITIUS33, 
International Bank of Azerbaijan 
Republic Yasamal Branch 
kod: 805142 
USD only Account #: 
33822018403136196216 
Mammadov Arif Kamran 
INN: 1401771462 


2 




Laçın yurdu - №2(2), 2011 


Bu sayımızda 

Baş redaktordan 6 

Anım 

Siyavuş ƏMİRLİ - «Ölsəm şəhidəm, qalsam qəhrəman...» 7 

O kənd bizim kəndimizdi 

Zabux kəndi 9 

İmanlar iman yeridi 29 

Təbrik 

Yeni dərs iliniz mübarək! 10 

Yaşından böyük görünən qəzet 13 

Arif MƏMMƏDLİ - Qələm dostumuza yubiley təbriki 18 

Sadiq ABIŞOV - “Hər vətəndaş öz məmləkətinin xilaskarı olmalıdır'’ .21 
Şirindil Alışanlı Rusiyada akademik seçilib 62 

Axtar babaları 

Rəşad ABASLI - Dağlarda izi qaldı 11 

Əbülfəz - Bolşevik-erməni terrorunun qurbanı olan türk kişisi 39 

Ədəbi irsimiz 

Ramiz QƏNİMƏTOGLU - Böyük bayatı ustadı - Sarı Aşıq 14 

Ziyalılarımız 

Zöhrab Qarayev 20 

Elçin İsgəndərov 35 

Şahmar Nəsirov 79 

Kitab rəfi 

“Sultan bəy və Xosrov bəy qardaşları” kitabı nəşr edilib 22 

Məktəblərimiz 

Namiq HÜSEYNOV - Miııkənd məktəbi 23 

Samirə BAYRAMOVA - Laçın rayon 5№li tam orta məktəb 37 


3 




Laçın yurdu - №2(2), 2011 


Qarabağ qaziləri 

Məzahir Abdulkərimov 25 

Niyaməddin İmranov 72 

Kimlər keçdi bu dünyadan 

Cümşüd Şahverdiyev 26 

Qaraca Rəsulov 38 

Nəsil şəcərəsi 

Məşədi Səlimin nəsil şəcərəsi 31 

İdmançılarımız 

“Laçın” futbol klubu 33 

Sahil Xəlilov 45 

Xanəli Rəsulov 49 

Şəhidlərimiz 

Ənvər Şahverdiyev 34 

Həbib Xəlilov 40 

Onlar əsir düşüblər (Temir, Ağaşirin və Mötəbər İbrahimovlar) 63 

Ədalət Məmmədov 65 

Həmid Xəlilov 78 

Publisistika 

Ramil CƏBRAYIL - Qarabağ müharibəsi döyüşçüsü 41 

Vüsal MƏMMƏDOV - Doğrudanmı Qarabağ döyüşsüz təslim 
olunub? 42 

Poeziya 

Elman ELSEVƏR 46 

Kamil VƏFADAR 56 

Eldar İSMAYIL 74 

Vahid QARAŞOĞLU 85 

Tapdıq QORÇULU 86 

Çıraq NƏSİBƏ V 91 

Elmir QƏNBƏR 92 

Zahir LAÇINSIZ 93 


4 




Laçın yurdu - №2(2), 2011 


Müsahibə 

“Laçında “sənölümüz“, “mənölümüz”, “çörək haqqımız” qaldı” 

( Azər Məmmədovla müsahibə ) 50 

Təqdimat 

Rizvan NƏSİBOGLU - “Dərddən oldum haqq aşığı “ 56 

Sənətçilərimiz 

Aşıq Aybəniz Laçınlı 58 

Xatirə 

Hacı NƏRİMANOGLU - «Ən gözəl dostluq səninlə olandır» 59 

Sabir NOVRUZOV - “Laçın dağlarına məktub ” şeirinə gecikmiş 
cavab 67 

Gənc alimlərimiz 

Pərviz İsmayılov 62 

Əks-səda 

Bayram İBRAHİMOV - Məhəmməd Səyyahın “ Dağlar ” şeiri 64 

Söhrab HƏSƏNOV - Mənim tanıdığını Aşıq Umbay 89 


Təəssürat 

Vidadi SABİROĞLU - Baldırğan harayı 70 

Maarif KÖÇKÜN - Gecələr yuxumdan çıxmırsan, Laçın! 87 

Həkim məsləhəti 

Nağdəli ZAMANOV - Hipertoniya xəstəliyi 76 

Nəsr 

Orxan CƏBRAYILOV - Yuxu 80 


5 




Laçın yurdu - №2(2), 2011 


BAŞ REDAKTORDAN 

Əziz oxucular, böyük məmnunluqla “Laçın yurdu”nun 2-ci sayını 
da sizlərə təqdim edirik. Bu dəfə hüzurunuza etirafla gəlmişik. İlk sayı- 
mızda işlətdiyimiz “heç kəsin kitabını heç kim oxumur” ifadəsindən imti- 
na etmək məcburiyyətindəyik. Sən demə, kiminsə kitabını kimlərsə oxu- 
yurmuş. Cəmi 500 tirajla çap olunan jurnala bu qədər təlabat olacağını, 
doğrusu, gözləmirdik. Metro stansiyalarında və digər satış nöqtələrində 
jurnalımızın bir nüsxəsinin də qalmaması qəlbimizi qürur hissi ilə doldur- 
du, yalnız bizdən jurnal istəyən dost-tanışın xahişini yerinə yetirə bilmə- 
diyimizə görə təəssüfləndik. Çoxsaylı telefon zəngləri, oxucu məktubları 
bizi daha da ruhlandırdı. Təbii ki, haqlı iradlara da anlayışla yanaşdıq, in- 
dən belə də bütün tənqidi fikirləri səmimiyyətlə qarşılayacağıq. 

Mütləq onu da diqqətə çatdırmalıyıq ki, ünvanımıza gələn yazılara 
qarşı tələbkarlığımızın dozası xeyli aşağıdır. Bu isə səbəbsiz deyil. Ən 
azı sözü qiymətləndirməyi bacaranların, düşüncələrini, duyğularını qələ- 
mə alıb çap etdirmək arzusunda olanların üzünə qapımızı həmişə açıq 
saxlayacağıq. Çünki onların yazıdan-yazıya püxtələşəcəklərinə inanırıq. 

Müəlliflərdən bir təvəqqəmiz də var. Ayrı-ayrı şəxslər barədə ya- 
zarkən şişirtmələrə, təhriflərə yol verməsinlər. Xüsusilə unutmayaq ki, 
ötən əsrin 20-ci illəri o qədər də uzaq tarix deyil. O dövrün hadisələri, əsl 
gerçəkliklər, kimin hansı ideologiyaya xidmət göstərməsi hələ yaddaş- 
lardan silinməyib. Ona görə də fərqli təqdimat əks effekt yaradır. Bəzən 
insanın layiq olduğu səviyyədən artıq təriflənməsi istehzaya çevrilir, “qaş 
düzəltmək əvəzinə göz çıxarmaq”la nəticələnir. 

Yeri gəlmişkən, bir məsələyə də aydınlıq gətirək: bəzən hansısa 
mətbuat orqanında, saytda işıq üzü görən materialları “Laçın yurdu”nun 
səhifələrinə yerləşdirməyimizin yazı qıtlığı ilə bağlılığı yoxdur. Bu, sadə- 
cə olaraq Laçına, laçınlılara aid məlumatları ictimailəşdinnək məqsədi 
daşıyır. 

Hörmətli oxucular, sözü uzatmadan verdiyimiz vədə sadiqliyimizi 
xatırladırıq. Biz sizinlə əməkdaşlığa hər zaman hazırıq. Bu jurnal sizin- 
dir, istəklərinizi, təkliflərinizi, problemlərinizi bölüşmək hər birinizin 
haqqıdır. 

Bir daha göstərdiyiniz diqqətə, həssaslığa görə redaksiyanın əmək- 
daşları adından sizlərə təşəkkürümüzü yetiririk. Növbəti sayımızda görü- 
şənədək. 


6 




Laçın yurdu - №2(2), 2011 


ANIM 

«ÖLSƏM ŞƏHİDƏM, QALSAM QƏHRƏMAN...» 

Allah yolunda, dini, canı, malı, namus və şərə- 
fi, Vətən və milləti uğrunda ölənlərə şəhid deyilir. 

Vətəni və milləti uğrunda döyüşərək müqəddəs şə- 
hidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan bi- 
ri də avqustun 20-də 45 yaşı tamam olan Azərbay- 
canın Milli Qəhrəmanı, şəhid Fazil Mehdiyevdir. 

Şəhidlər Allahın hüzuruna diri olaraq getdik- 
lərinə, sorğusuz-sualsız cənnətə girəcəklərinə, şa- 
hidlik olunduğu üçün bu adı alıblar. Qurani-Kərim- 
də belə buyrulur: «Allah yolunda öldürülənlərə ölü- 
lər deməyin, onlar ölü deyil, diridirlər, lakin siz (o yüksək həyatın) fər- 
qində deyilsiniz» (Bəqərə, 154). 

Fazil Umud oğlu Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonu- 
nun Ələkçi kəndində anadan olub. O, uşaq olarkən ailəsi Ağdamın Abdal 
Gülablı kəndinə köçüb. 1988-ci ildə başlanan Qarabağ münaqişəsi başqa 
həmvətənlərimiz kimi ilk gündən Fazili də narahat edib. 1990-cı ildə Ağ- 
dam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılan 
Fazilin səsi ən qaynar döyüş meydanlarından eşidilməyə başlayıb. 1991- 
ci ildə Qaradağlı kəndində ağır yaralanmasına baxmayaraq azacıq sağa- 
lan kimi yenidən döyüşə yollanıb. Döyüşlərdə böyük qəhrəmanlıqlar gös- 
tərib. 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus «Niva» mar- 
kalı avtomobili ələ keçirib polis idarəsinə təhvil verib. Bu sayaq igidlik- 
ləri çox olub. Fazilin qəhrəmanlığı haqqında əfsanələr hələ sağlığından 
yayılıb. 1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə ermənilərin Abdal 
Gülablı kəndinə hücum xəbərini eşidən Fazil dostu Salehlə birlikdə dö- 
yüşə tələsib. Ancaq Ağdama gələn yolda ermənilərin qurduğu pusquya 
düşüblər və Fazil bu döyüşdə qəhrəmancasına həlak olub. İgid Vətən oğ- 
lu Ağdamın «Qarağacı» qəbiristanlığında dəfn olunub. 

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 
264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən son- 
ra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. 

21 avqust 2011-ci ildə şəhidin doğum günü ilə əlaqədar olaraq “Fa- 
cebook“ sosial şəbəkəsində yaradılan “Laçın və laçınlılar“ qrupunun tə- 
şəbbüsü ilə şəhidin Nəsimi rayonunda yerləşən büstü önündə “Şəhidlər 
ölməz, Vətən bölünməz” adlı anım tədbiri keçirildi. Tədbirdə “Laçın və 
laçınlılar” qrupunun üzvlərindən başqa Abuzər Nadirovun rəhbərlik elə- 


FAZİLİ nJİİLAH 
DƏRGAHINA GEDƏN 

ÖMÜR YOLU 

ELBRUS ŞAHMAR 


7 




Laçın yurdu - №2(2), 2011 


diyi “Laçın“ futbol klubunun, Azərbaycan Məcburi Qaçqın və Köçkün 
Gənclər Təşkilatının üzvləri, ziyalılar, hərbiçilər və şəhidin döyüş yol- 
daşları da iştirak edirdilər. 



Torpaqlarımız uğrunda şəhid olmuş soydaşlarımızın ruhuna dualar 
oxunduqdan və bir dəqiqəlik sükutdan sonra tədbiri giriş sözü ilə açan 
Laçın rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Orxan Cəb- 
rayılov Fazil Mehdiyevin döyüş yolundan, göstərdiyi igidliklərdən danı- 
şaraq onun bu gün də gənclərə bir ömək və qəhrəmanlıq nümunəsi oldu- 
ğunu qeyd etdi. Sonra söz milli qəhrəmanın anası Şövkət xanıma verildi. 
Göz yaşlarını saxlaya bilməyən ana bu gün onlarla bərabər olduqlarına 
görə bütün tədbir iştirakçılarına minnətdarlığını bildirdi: “Bu gün ürəyim 
dağa döndü. Sizlərin hər biri mənim üçün övlad yerindəsiniz. Mən fəxr 
edirəm ki, gənc nəslimiz belə vətənpərvər böyüyür, keçmişinə, bu günü- 
nə hörmətlə yanaşır. Ailəm və yaxınlarım adından bir daha hər birinizə 
təşəkkür edirəm“. 

Daha sonra çıxış edən Söhrab Həsənov, Abuzər Nadirov, Günel İs- 
mixanova Fazil Mehdiyevin xatirəsini gənc nəslin daim ehtiramla xatırla- 
yacağını söylədilər. 

Sonda Elbrus Şahmarın qəhrəmana həsr olunmuş «Fazilin Allah 
dərgahına gedən ömür yolu» kitabı tədbir iştirakçılarına hədiyyə olundu. 

Siyavuş ƏMİRLİ 


8 




Laçın yurdu - №2(2), 2011 


O KƏND BİZİM KƏNDTMTZDT 
ZABUX KƏNDİ 

Qonşu kəndlər (əhatəsi) - Sus kəndi, Fətəlipəyə kəndi (Həkərinin 
sol sahili), Cağazur kəndi (Zabux çayının sağ sahili), Ennənistan tərəfdən 
Gorus rayonunun Gorunzur kəndi və Dığ kəndi. 

Zabux Həkəri çayı ilə Zabux çayının qovuşduğu yerdən (Çay qo- 
vuşan) bir qədər yuxarıda - iki çayın arasında, Zabux çayının sol sahilin- 
də yerləşirdi. Sonradan kənd böyümüş - çayın o tayında - Alxan də- 
rəsində də evlər tikilmişdi. Laçın ərazisindəki ikinci böyük körpü bu kən- 
din ərazisində - Zabux çayının (Minkənd çayı da deyirdilər) üstündə idi. 
Kənd Laçının bir çox kəndləri kimi Ennənistanla sərhəddə yerləşirdi. Er- 
mənistana gedən Beynəlxalq avtomobil yolu və yeraltı rabitə xətti bu 
kəndin ərazisindən keçirdi. Üç kənddən ibarət (Zabux, Sus, Qızılca) 
“Komsomol” kolxozunun sovetliyi və bütün inzibati binalar, orta məktəb, 
mədəniyyət evi, bəzi iaşə obyektləri bu kənddə yerləşirdi. Kənddə ta qə- 
dimdən su dəyirmanı olub. Heyvandarlıq təsərrüfatı olduğu üçün Zabux- 
da silos quyuları, böyük anbarlar, geniş ərazidə ot taya yerləri vardı. 
Kənddə yerli Zabuxlularla yanaşı qonşu Fətəlipəyədən, Fətəlipəyə Qışla- 
ğından (Bağırbəylilər ), Sus Xallanlısından və Sümüklüdən köçüb gəlmiş 
insanlar da məskunlaşmışdı. 

Yurd yerləri: Yal sümüklü, Çay sümüklü. 

Tirələr: Yerli Zabuxlu, Bağırbəyli, Xallanlı, Sümüklü. 

Məşğuliyyətləri: Zabux kəndində su altında xeyli bağlar varıydı. 
Zabux körpüsünün altından dəhnə vurub həm məhlələri, həm də bağları 
suvarırdılar. Bağlarda tut, alma, üzüm, heyva, gilas, gilənar, gavalı, ərik, 
göyəm yetişdirirdilər. Tutdan xanımlar bəhməz və irçal bişirərdilər. Kişi- 
lər isə tutu çəlləkdə qıcqırdıb araq çəkirdilər. Tut ağacları çox olduğu 
üçün dədə-babadan bu kənddə baramaçılıqla da məşğul olurdular. Bun- 
dan başqa tütün də əkilirdi. Hər üç kəndin (Zabux, Sus, Qızılca) ərazisin- 
də tütün emal etmək (qurutmaq üçün) tikililər varıydı. Kənddə hər kəsin 
bostan yeri vardı. Bostan ya həyətdə, ya da evdən aralı su tutan bir yerdə 
olurdu. Kələm, xiyar, pomidor, kartof, boranı, göyərti əkirdilər. Zabuxda 
həyətlərdə gözəl qızılgüllər becərirdilər. Mal, qoyun, keçi saxlayardılar. 
Kənd çay sahilində olduğundan həyətlərdə çoxlu ördək, qaz saxlayırdılar. 
Zabuxun əkin yerlərində bol buğda, arpa əkilirdi. Zabuxlular da çay balı- 
ğı ovçuluğuna yaxşı bələd idilər. Zabuxda yaxşı divar ustaları və iri daş- 
lardan başdaşı yonmaq peşəsinə yiyələnmiş ustalar varıydı. 


9 




Laçın yurdu - №2(2), 2011 


Yer adlan: Bağlar - Qısxanımın bağı, Göyüşün bağı, Calaxlıq, Mə- 
mərzə yeri, Kəlbalı bağı, Allahqulunun dərəsi (altı bağ olub). Məmməd- 
hüseynin bağı, Çınqıllı bağ, Düz bağ, Rəhimin bağı. 

Bulaqlar - Qızlar bulağı, Buzlu dərə, Zoğal bulağı, Çömçəli bulaq. 

Örüş adları - Topatılan, Qunça uçan, Zallar, Qasımoğlu kahası, 
Küllü kaha, Dəvə yurdu, Bədəl uçan, Kölgəli göl (Həkəri çayında), Qıjılı 
şam, Qızıl qəyə, Donuz qaçan, Qara qəyə, Çay qovuşan, Eylaz bağı, Ağ 
ev, Söyüdlü, Xırda bağın dərəsi, Kahalı, Susa yol dönən, Gen dərə, Ağca 
yazı (iki yerə bölünür: Böyük yazı, Xırda yazı), Quru dərə, Kömür basdı- 
rılan (Ermənistanla sərhəddə), Xırman düzü, Şavsen təpəsi, Mehdinin qu- 
zeyi, Daş qıran, Daşlı güney, Quzğun yuvası, Bədəlin yolarası, Xutun 
(Zahman) dibi, Umudun akasiyası, Otuz beş hektar, Sus çalası, Qurban 
təpəsi, Binin dərəsi, Sümüklü tələləri. 

İlham QƏHRƏMAN, 
Alıyev Umud Balış oğlu 
(Zabux kəndi) 


TƏBRİK 

YENİ DƏRS İLİNİZ MÜBARƏK! 

Bütün dövrlərdə cəmiyyətin aparıcı qüvvəsi ziyalılar olub, ziyalı 
deyəndə isə ilk növbədə müəllimlər yada düşüb. Doğrudur, son zamanlar 
müəllimləri haqsızlıq qarşısında susan bir zümrə adlandıraraq biganəlik- 
də suçlayanlar da tapılır. Amma hərdən qınaq obyektinə çevrilsə də, aldı- 
ğı maaşın azlığına görə ironiya ilə üzləşsə də əsl müəllimin cəmiyyətdəki 
xüsusi yeri danılmazdır. 

Övladlarımızın təlim-tərbiyəsinə bizimlə birgə cavabdehlik daşıyan 
müqəddəs peşə sahiblərini 2011/2012-ci tədris ilinin başlanması münasi- 
bətilə səmimi qəlbdən təbrik edir, onların hər birinə möhkəm cansağlığı, 
çətin, eyni zamanda şərəfli işlərində uğurlar diləyirik! 

Qoy bəzi səlahiyyət sahiblərinə Allah-təala elə imkan versin ki, 
gözləri müəllimin öz zəruri ehtiyaclarını ödəməyə güclə çatan halal mə- 
vacibində qalmasın. 

Yeni dərs ilində hər kəsin ayrı-ayrılıqda təbrik payı var. Fürsətdən 
istifadə edib təbrikimizi şagirdlərə, yüksək balla nüfuzlu ali məktəblərə 
qəbul olunan abituriyentlərə, tələbələrə və onların valideynlərinə də ün- 
vanlayırıq. Yeni dərs iliniz mübarək olsun! 


10 




Laçın yurdu - №2(2), 2011 


Axtar babaları, axtar Hüseyn, 

Bir gün də nəvələr axtarar səni. 

Hüseyn ARİF 

DAĞLARDA İZİ QALDI 

Şəlvə dərəsinin Vəlibəyli kəndində 1897-ci 
ildə anadan olmuş Talış Allahverdiyev kiçik yaş- 
larından Şəlvə dərəsində nüfuzlu seyid olan Mə- 
şədi Salah ağanın yanında uzun müddət dindən 
dərs almışdır. O, ərəb və fars dillərinə yiyələnə- 
rək o dövrdə Quranı mükəmməl şəkildə mütaliə 
edən 3-4 şəxsdən biri olmuşdur. Öz üzərində 
daim çalışdığını görən böyük qardaşı Allahver- 
diyev Əli Abış oğlu onu xalq qəhrəmanı Sultan 
bəyin yanma gətirir. Qardaşı Əli gənc Talışı Sultan bəyə təqdim edir və 
onunla birlikdə erməni daşnaklarına qarşı mübarizə aparmaq istəyini bil- 
dirir. Olduqca yaraşıqlı, cüssəli, tədbirli Talışla bir az söhbət edən Sultan 
bəy onu məmnuniyyətlə öz dəstəsinə qəbul edir və yaxın silahdaşlarından 
olan Talışın böyük qardaşı Əliyə işarə edərək deyir: “Bunun gələcəyi ola- 
caq”. Həqiqətən də dünyagörmüş bəy yanılmadı. Bu gündən sonra bığ 
yeri yenicə tərləmiş Talış Allahverdiyev dəstənin ön sıralarında addım- 
lamağa və mübarizə əzmi ilə seçilməyə başlamışdır. 

Gündən-günə püxtələşən Talış Allahverdiyev fəaliyyətinin son 30 
ildən çoxunu Laçın rayonunun müxtəlif kəndlərində kənd soveti iki ərinin 
rəhbəri vəzifəsində çalışmış, insanların kasıbçılıq və savadsızlığını ara- 
dan qaldırmaq üçün mütəmadi olaraq dövlətin səlahiyyətli nümayəndələ- 
rinin diqqətini bu zonaya çəkmək üçün əlindən gələni etmişdir. Məhz bu 
əziyyətlərin nəticəsi idi ki, Talışın adını çəkərkən Şamkənd, Təzəkənd, 
Piçənis, Ağcakənd, Şəlvə, Minkənd, Aybazarı, Qorçu, Qoşasu kəndləri- 
nin ağsaqqalları öz kəndlərinin abadlaşmasında, quruculuq işlərinin güc- 
lənməsində, insanların savadlanmasında onun danılmaz rolundan söhbət 
açıb el üçün canından keçməyə hazır olan əvəzsiz bir insan olmasından 
ürək dolusu danışırdılar. Onun qorxmazlığını, mətinliyini, döyüşkənliyini 
sübut edən bir çox faktlar vardır ki, bunların əksəriyyətinə onun haqqında 
o dövrdə dərc edilmiş qəzetlərdə rast gəldim. Həmin qəzetlər müxtəlif 
dövrlərdə: 1958, 1967, 1981, 1982-ci illərdə nəşr olunan qəzetlər idi. Hə- 
min məqalənin birində bu günə qədər mənim üçün aydın olmayan, lakin 
maraq doğuran bir məlumata da rast gəldim və aydınlaşdırdım. Bu məlu- 



11 



Laçın yurdu - №2(2), 2011 


mat 1967-ci ildə Laçın qəzetində T.Nəcibin qələmə aldığı “Talışvurulan” 
adlı məqalədə idi. Bu məqalədəki məlumatların daha geniş formasına 
Laçın qəzetində Tofiq Əhmədovun imzası ilə çap olunan “Biz sizdən 
öyrdəndik qəhrəmanlığı” adlı məqaləsində rast gəldim. Bu məqalənin bir 
fərqi vardı, peşəkar jurnalist hadisəni ağsaqqalın öz dilindən eşitdiyi kimi 
qələmə almışdı. Məqalə belə başlayırdı: “Xəyal Talışı bir qədər keçmişə 
apardı. Bəli, 1931-ci il 3 oktyabr. Həmin günü Talış Allahverdiyev xatır- 
layaraq dedi: Təzəkənddə sovet sədri işləyərkən yuxarıdan tapşırıq almış- 
dım. Şəlvə dərəsində bandit dəstələri camaatı incidir, silah gücünə onla- 
rın mal-qarasını talayıb aparırdılar. Odur ki, təcili mərd və mətin yoldaş- 
lardan bir dəstə düzəldib, atlara minib Şəlvəyə yollandıq. Hacısamhnm 
üst tərəfində - “Gen dərənin” yuxarısında bir dəstə banditlə rastlaşdıq və 
əlbəyaxa vuruşmalı olduq. Məni arxadan güllə ilə vurdular. Bir müddət 
müalicə aldıqdan sonra yenə də işə başladım. Həmin quldur dəstəsi qısa 
müddətdə dağıdıldı. Talış Allahverdiyevlə etdiyim bu səmimi söhbətdən 
sonra mənə aydın oldu ki, nəyə görə bu yerin adı Talışvurulan adlanır”: 

Laçından tərpəndim söküləndə dan, 

Titrədim keçəndə İlan qayadan. 

Kəsdi bənd-bərəmi Talışvurulan, 

Heyrət muzeyidir dağlarım mənim. 

Sonralar Daşlı, Vəlibəyli, Hətəmlər kəndlərində kolxoz sədri, ilk 
partiya təşkilatının katibi kimi vəzifələrdə işləyərkən Talış Allahverdiyev 
adamların işə səfərbər edilməsində, məhsuldarlığın artırılmasında, gənc- 
lərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində az əmək sərf etməmiş- 
dir. Bunun nəticəsidir ki, 1941-1945-ci illər Böyük Vətən Müharibəsində 
onun verdiyi tərbiyə öz bəhrəsini göstənnişdir. Qardaşı oğlu İsrafil Abı- 
şov, bacısı oğlanları Əhəd Hüseynov, Fərəc Cəfərov, Mədət və başqa 
gənclər Böyük Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş və itkin 
düşmüşlər. Qardaşı oğlu Abış Abışov isə Böyük Vətən Müharibəsində 
qəhrəmancasına döyüşmüş, orden və medallarla təltif olunaraq Vətənə al- 
nıaçıq, üzüağ dönmüş və sonra daxili işlər orqanlarında çalışaraq polkov- 
nik rütbəsinə qədər yüksəlmişdir. Digər qardaşı oğlu Şöhlət Abışov da 
böyük əzmlə Vətən müharibəsində iştirak etmiş, göstərdiyi igidliyə görə 
müxtəlif medallara layiq görülmüş və müharibə qurtardıqdan sonra geri 
dönmüşdür. Bacısı oğlu Səməd Hüseynov da Böyük Vətən Müharibəsi- 
nin iştirakçılarından olub sağ-salamat geri dönənlərdəndir. 


12 




Laçın yurdu - №2(2), 2011 


Elə bu illərdə Talış Allahverdiyev rayonun 6 kənd sovetliyi üzrə tə- 
darük müvəkkili təyin olunub. O, yeni vəzifəsində də hökumətin tapşırıq- 
larını müvəffəqiyyətlə yerinə yetirmişdir. Böyük Vətən Müharibəsinin 
ağır günlərində cəbhənin ehtiyaclarını ödəmək üçün əlindən gələni etmiş 
və “Əmək igidliyinə görə” medalı ilə təltif olunmuşdur. O dəfələrlə rayon 
və kənd sovetlərinin deputatı seçilmiş, o dövrdəki qurultaylarda fəal işti- 
rak etmişdir. Ümummilli liderimiz, müstəqil Azərbaycan Respublikasının 
qurucusu, ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə bir neçə orden və 
medala layiq görülmək də Talış Allahverdiyevə nəsib olmuşdur. 

1977-ci ilin oktaybr ayından yerli əhəmiyyətli fərdi təqaüdçü olan 
Talış Allahverdiyev yenə də ictimai fəaliyyətini dayandırmamış, məktəb- 
lərdə keçirilən tədbirlərdə iştirak etmiş, gənclərdə Vətənə, əməyə məhəb- 
bət hissi aşılamışdır. 

Talış Allahverdiyev sayılan el ağsaqqalı olmaqla yanaşı, ideal ailə 
başçısı olmuşdur. 4 oğul 3 qız tərbiyə edib və son nəfəsində də oğlanları- 
na son sözü bu olub: “Sizə vəsiyyətim budur ki, ev ağsaqqalı yox, el ağ- 
saqqalı olmağa çalışın”. 1984-cü ildə 87 yaşında vəfat edən Talış Allah- 
verdiyevin vəsiyyətini övladları, nəvələri və hətta nəticələri də bu gün hə- 
yata keçirməkdədirlər. 

Rəşad ABASLI, 
“Laçın yurdu” nun xüsusi müxbiri, 
Azərbaycan Universitetinin müəllimi 

TƏBRİK 

YAŞINDAN BÖYÜK GÖRÜNƏN QƏZET 

Azərbaycanı bütöv görmək istəyənlərin qəzeti - “Bütöv Azərbay- 
can”ın 3 yaşı tamam oldu. Həftədə 1 dəfə 16 səhifə ilə çıxan qəzetin keç- 
diyi qısa yola nəzər salanda hiss edirsən ki, yaşından xeyli böyük görü- 
nür. Ailənin yükünü böyüklərlə bərabər çəkdiyinə görə vaxtından tez ki- 
şiləşən uşaqlara bənzəyir. Müqayisənin nə dərəcədə yerinə düşüb-düşmə- 
diyinin fərqinə varmadan deyim ki, bütövləşməkdən özgə yolumuz yox- 
dur. Bu yolu yorulmadan qət eləmək isə uşaq işi deyil. Deməli, daha tez 
böyümək tarixi zərurətdir. 

“Bütöv Azərbaycan” barmaqla sayılacaq qədər az olan o nəşrlər- 
dəndir ki, heç bir müəllif imzasının bu qəzetin səhifələrində görünməsin- 
dən narahatlıq keçirmir. Çünki ağına-bozuna baxmadan “ədəbi məhsulla- 
rı”nı harda gəldi çap etdirməyə can atan cızma-qaraçılardan fərqli olaraq, 
öz imzasına hörmətlə yanaşanlar hər qəzetə yazı göndərmirlər. 


13 




Laçın yurdu - №2(2), 2011 


Hörmətli qələm dostlarım Tamxil Ziyəddinoğlu və İlham Məm- 
mədli, tərifi xoşlamadığınızı, uzunçuluğu sevmədiyinizi yaxşı bildiyimdən 
əvvəlcədən rabitəsini, ardıcıllığını pozduğum cümlələri yekunlaşdırıram. 
Sizə kiçik kollektivinizlə birlikdə möhkəm cansağlığı, bu çətin, eyni za- 
manda şərəfli işinizdə uğurlar diləyirəm! Arzu edirəm ki, sonu sıfırla qur- 
taran rəqəmlə ifadə olunan yubileyinizdə “Bütövləşmiş Azərbaycan” adlı 
xüsusi buraxılışla Azərbaycanı bütöv görmək istəyənləri sevindirəsiniz ! 


ƏDƏBİ İRSİMİZ 

BÖYÜK BAYATI USTADI - SARI AŞIQ 

Həm şifahi xalq ədəbiyyatı, həm də yazılı ədəbiyyatda mahir bayatı 
ustası kimi tanınan Sarı Aşığın həyat yolu hələ sağlığında ikən əfsanə və 
rəvayətlərə çevrilmiş, əsrlərin sınağından keçərək bu günümüzə qədər gə- 
lib çıxmışdır. 

XVII yüzilliyin təzkirəçisi H. Qaradağ əslən Qaradağ mahalından- 
dır. Çox qədim vaxtlarda gəlib Qarabağın Zəngəzur mahalında, Həkəri 
çayının kənarında, Güləbird adlı qəryədə sükna edib... deyəndə aşığın 
həyatını daha qədimlərə aparır. 

Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın qəbrini nəzərdən keçirmiş və 
günbəzin XVII yüzilliyin abidəsi olduğu qənaətinə gəlmişlər. 

Güləbird kəndində Orucməmməd tayfası böyük bir nəsildi. O nəsil 
də Qaradağ mahalından gəlmədi (o vaxtlar insanlar istədikləri yerdə ya- 
şayırdılar. Çünki ərazilər Azərbaycana məxsus idi). Orucməmməd kişi ilə 
Sarı Aşığın qohumluq əlaqələri olub, hər ikisi eyni vaxtda Güləbird kən- 
dində yaşamağa başlayıblar. Güləbirddə böyük bir nəslin Orucməmməd 
kişinin adını daşıması heç də təsadüfi deyildi. 

Sarı Aşıq isə haqq aşığı olduğu üçün yalnız zəmanəsindən, sevgi- 
sindən, bir də təbiətin gözəlliyindən bayatılar qoşub yazmışdır. Bu gün 
də Sarı Aşığın bayatıları dillər əzbəridir. 

Hələ XVI yüzilliyin 1-ci yarısından başlayaraq Aşığın bayatıları 
təzkirəçilərin diqqətini cəlb etmiş, yeri gəldikcə tərtib etdikləri cünglərə 
köçürmüşlər. Azərbaycan Respubkikası Əlyazmalar İnstitutunun cünglər 
əsasında tərtib etdiyi (Asiya Məmmədova. "Bayatılar”, 1977) kitab Sarı 
Aşığın bayatıları ilə açılır. 

Məhəmməd İbn Məkkənin 1549-cu ildə köçürdüyü “Ləmə atüd Di- 
məşqiyyə” cüngünə aşığın iki bayatısı daxil edilmişdir. 

Mən Aşıq, yasəmən siz, 

Bağların yasəmənsiz. 

14 




Laçın yurdu - №2(2), 2011 


Mən öldüm gülə həsrət, 

Gül sənsiz, yasəmənsiz. 

XVII yüzilliyin cüngündən götürülmüş bayatılarda isə Aşıq Yaxşı- 
ya salam-dua da göndərir: 

Aşıq, yaxşıya məndən, 

Dürrün yaxşı Y əməndən. 

Salam-dua təmənna, 

Apar Yaxşıya məndən. 

Sarı Aşığın məzarının bir neçə metrliyində hündür formada olan 
günbəz ucalır. Günbəz VII-IX yüzilliyin tarixi abidələrindəndir. Sarı Aşı- 
ğın məzarı Güləbird kənd qəbiristanlığındadır. Sarı Aşıq bayatılarının bi- 
rində Güləbird kəndinin lap yaxınlığındakı qədim Qaradağlı kəndinin 
adını çəkərək deyir: 


Mən Aşıq Qaradağlı, 

Qar tutmaz Qaradağlı. 

Elim Məzməzək eli, 

Yurdumdu Qaradağlı. 

Qaradağlı deyilən yer Sarı Aşığın məzarından 200 metr aralıda, yə- 
ni Güləbird kəndinin aşağı hissəsindədir. Güləbird kəndinin üstündə, ya- 
macın döşündə Sarı Aşığın yaylaq yeri, təxminən 2500 metr aralıda sev- 
gilisi Yaxşının məzarının yerləşdiyi Maqsudlu kəndi qalmaqdadır. Bəd- 
xah erməni və rus hərbi birləşmələri tərəfindən Güləbird kəndi işğal olu- 
nana qədər kənd camaatı o yerləri tarixi abidə kimi qoruyub saxlayırdı. 
Sarı Aşığın bugünkü nəslə zəngin bir ədəbi irsi qalmışdır. 

Böyük folklorşünas alim Salman Mümtaz yazır: 

“Azərbaycanda Aşığın bayatıları dahi şairimiz Füzulinin qəzəlləri 
qədər mərufdur. Gəncliyə Vaqifin, Zakirin təsirini duydum. Aşığın təsiri 
də az olmayacaqdır. Çünki Aşığın özündən sonra gələn bütün el şairləri- 
nə, o cümlədən Vaqifə, Zakirə təsiri olmuşdur. Aşığın bayatılarında tarix 
və məişətimizin mühüm bir qismi gizlənmişdir.” 

Sarı Aşığın bayatılarında həyat sevgisi, Vətəni sevmək, gözəllik 
rəmzi, haqqın və ədalətin bərqərar olması çağırışları daha çox yer alır. 

Dörd misralıq bayatıda dərin bir fikir ifadə etmək, mənasını tam ay- 
dın şəkildə söyləmək Sarı Aşığın yaradıcılığının əsas xüsusiyyətidir. Ci- 
nas bayatı yaratmaq sahəsində Sarı Aşıq ən böyük ustad kimi şöhrət tap- 
mışdır. 

Mən aşiqəm, gülə naz, 

Bülbül eylər gülə naz. 


15 




Laçın yurdu - №2(2), 2011 


Dünya yaman dünyadı, 

Ağlayan çox, gülən az. 

Aşığın dörd sətirlik bayatısı haqsızlığa qarşı mübarizə hissi yaradır. 
Aşıq el dərdindən ev tikdiyini, qəmindən hasar çəkdiyini belə ifadə edir. 

Mən aşiqəm ha sarı, 

Sınıq könlüm ha sarı. 

Aşıq dərddən ev tikmiş, 

Qəmdən çəkmiş hasarı. 

Aşıq vətənpərvər şairdir. Onun şeirlərində bütövlükdə Vətən anlamı 
hiss olunur: 

Dünya cənnət olsa da, 

Yenə Vətən yaxşıdı. 

Aşıq hər şeydən əvvəl gözəllərdən vəfa, sədaqət, etibar tələb edir. 
Şair deyir ki, yaxşı gözəl o kəsdir ki, o özü də gözəlliyinin qədrini bilə, 
yerində danışıb, yerində gülə. Sarı Aşıq bütün ömrü boyu sevgilisi Yaxşı- 
nın eşqinə sadiq qalmış, bayatılarla ona böyük bir “Yaxşınamə” yarat- 
mışdır: 

Aşıq, yaxşıdan gözlər, 

Mürgün yaxşı dan gözlər, 

Baxdıqca şirin düşər, 

Doymaz Yaxşıdan gözlər. 

Aşıq yaxşıdı, yaxşı, 

Xalın yaxşıdı, yaxşı. 

Sərraf baxdı bəyəndi, 

Dedi yaxşıdı Yaxşı. 

Dünya ədəbiyyatında gül və bülbül haqqında minlərlə əsərlər yazıl- 
mışdır. Lakin Aşığın bayatılarındakı cinas bənzətmə adamı heyrətə gə- 
tirir. Qızılgül təzə açılarkən onun rəngində qaraya bənzər qızartı olur, hə- 
min qızartı xeyli qalıb öz rəngini dəyişir. Aşıq onu bülbülün bağrındakı 
qana bənzədərək deyir: 

Mən aşiqəm qanlı gül, 

Qanlı seviş, qanlı gül. 

Yemiş bülbül bağrını, 

Çıxmış ağzı qanlı gül. 

Aşığın yaradıcılığında məhəbbət kamilliyi mənalı ömrün yaşadıcı 
qüvvəsinə çevrilir. Aşıq bütün uydurma dinlərdən yaxa qurtararaq “Mə- 
həbbət dini” yaratmışdır. Şair məhəbbətin gücünü bütün dünyada olan 

16 




Laçın yurdu - №2(2), 2011 


digər güclərdən üstün tutur. Düşünən başlara ağır zərbələr endirildiyi bir 
dövrdə, dövlət qılıncının xalqı doğradığı bir zamanda özünü azadlıq car- 
çıları Həllac Mənsura, Nəsimiyə bənzətmək, fərdi məhəbbəti bəşəri mə- 
həbbətə çevirib sevgilisini Məkkə, Mədinə adlandırmaq şairdən çox bö- 
yük cəsarət tələb edirdi: 

Mən Aşıq, o yar mənim, 

Qəm bağrım oyar mənim. 

Məkkəmdi, Mədinəmdi, 

Qibləmdi o yar mənim. 

Qüdrətli qələm sahiblərimiz bayatı ustası Sarı Aşıq haqqında və 
onun yaradıcılığı ilə bağlı zaman-zaman dəyərli fikirlər söyləmişlər: 

“Azərbaycan ədəbiyyatında cilalı, bitkin, bədii cəhətdən mükəmməl 
bayatı yaratmaq ənənəsi Sarı Aşığın adı ilə bağlıdır” 

S.Paşayev, 

filologiya elmləri doktoru, professor 

“Həqiqət odur ki, Füzuli poeziyası ilə Sarı Aşıq şeiri iliyinə, qanma 
qədər bir-birinə yaxındır”. 

A. Vəfalı, 

şair 

“Füzuli sözünün damarlarında Dədə Qorqud qanı axdığı kimi, Sarı 
Aşığın da canında Füzuli qanı axmışdır” 

K. Vəliyev, 

professor 

“Sarı Aşığın misralarındakı məhəbbət bəşəri məhəbbətdir. Bu mə- 
həbbət reallıqla əfsanələşmişdir. Zaman keçdikcə o daha sürətlə dünyə- 
viləşəcəkdir”. 

S. Rüstəmov, 

şair 

“Sarı Aşıq böyük bayatı ustadı, aşıq şeirinin bayraqdandır” 

M.H. Təhmasib, 

professor- 

San Aşıq müdrik zəkaları heyrətdə qoyan el filosofudur. O, deyiş- 
mə meydanında idrak bayrağı qaldırmışdır. 

Sarı Aşıq nəinki Azərbaycanın, bütövlükdə Türk dünyasının bayatı 
ustasıdır. Gələcək nəsillər Sarı Aşığı çox tədqiq edib öyrənəcəklər. Çünki 
o, keçmişimizlə bu günümüzü birləşdirən nəhəng bir körpü yaratmışdır. 
Bu körpünü qoruyub gələcək nəsillərə ötürmək isə bizim borcumuzdur. 

Ra miz QƏNİMƏTOĞLU, 

“Sarı Aşıq” Xatirə Muzeyinin və “Sarı Aşıq” Araşdırmalar Mərkəzinin miidiri 


17 




Laçın yurdu - №2(2), 2011 


QƏLƏM DOSTUMUZA YUBİLEY TƏBRİKİ 


Mən Elnuru 10 ilə yaxındır ki, tanıyıram. 
Onunla ilk tanışlığım əməkdaşı olduğum “Təbib” 
qəzetinin redaksiyasında başlayıb. Qəzetimizin 
baş redaktoru Eldar İsmayıl Azərbaycan Tibb 
Universitetində təhsil alan bu gəncin yazılarına 
baxmağı tapşırmışdı. Biz qısa söhbətdən sonra bu 
qənaətə gəldik ki, o yalnız çap olunmaq xətrinə 
yazmır və üz tutduğu bu yolda qətiyyətlidir. Haqlı 
iradları təmkinlə qəbul etməsi, razılaşmadığı fi- 
kirlərə yerindəcə münasibət bildirməsi, bir az 
emosional danışıq tərzi diqqətimizdən yayınmadı. 
Necə deyərlər, söhbətimiz tutdu. 

Zamanın sınağından keçən bu tanışlıq aramızda böyük yaş fərqinin 
olmasına baxmayaraq, dostluğa çevrildi. İndi hesab edirəm ki, uğurlarına 
sevindiyim qələm dostumun yaşı ilə müqayisədə çox zəngin görünən 
bioqrafiyasına nəzər salmaq yerinə düşər. 

Elnur Sədi oğlu Mehdiyev 1981-ci il avqustun 14-də Bakı şəhə- 
rində həkim ailəsində doğulub. 1988-ci ildə Bakı şəhəri, Əzizbəyov rayo- 
nunun (indiki Xəzər rayonu) Buzovna qəsəbəsində yerləşən 26 saylı orta 
məktəbin I sinfinə gedib. 1998-ci ildə həmin məktəbi müvəffəqiyyətlə 
bitirib. 2000-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültə- 
sinə daxil olub və həmin fakültəni 2006-cı ildə yüksək qiymətlərlə başa 
vurub. 2006-2007-ci illər ərzində isə Ə. F. Qarayev adma 2 saylı Klinik 
Uşaq Xəstəxanasında internatura keçib. 

Universitetdə təhsil aldığı zaman bir sıra ictimai işlərə xüsusi diqqət 
ayırıb. Belə ki, 2004-2006-cı illər ərzində Azərbaycan Qızıl Aypara Cə- 
miyyətinin ATU Komitəsində pediatriya fakültəsi üzrə sədr işləyib. 

2004-cü ilin oktyabrından Yeni Azərbaycan Partiyasının üzvüdür. 

2001-ci ildən bu günə qədər Elnur həm də bədii yaradıcılıqla məş- 
ğuldur. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2007-ci ildən isə 
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 

2004-cü ildən dövri mətbuatda şeirləri və tibbi yazıları çap olunur. 
“Təbiətin öz məlhəmi” adlı ilk yazısı Azərbaycan Tibb Universitetinin 
mətbu orqanı olan “Təbib” qəzetində 10 aprel 2004-cü ildə işıq üzü gö- 
rüb. Elə ilk şeiri də həmin qəzetdə çap olunub. 

Elnurun poeziyaya həvəsi ötəri olmayıb. Təsadüfi deyildir ki, 2005- 
ci ildən indiyədək 6 şeirlər kitabını - “Səni sevdiyimə peşman deyiləm”, 
“Qəlbimin sözləri”, “Səni sevməyimdir günahım mənim”, “Doğmalar, 

18 





Laçın yurdu - №2(2), 2011 


müdriklər”, “Sənsiz bu dünyanı neyləyirəm mən”, “Tanrının töhfəsi” - oxu- 
cuların ixtiyarına verib. Onlarla kitabın korrektoru və bədii redaktorudur. 

Bundan başqa “Ekspress”, “Xalq qəzeti”, “Mövqe”, “PressPost”, 
“Mühakimə”, “Kredo”, “Sağlamlıq və Rifah”, “Kaspi”, “Zaman” qəzetlə- 
rində və “Xəzər xəbər”, “Azərbaycan dünyası” və s. jurnallarda şeir və 
publisistik yazıları dərc olunub. Amma bu gün də uğurla əməkdaşlıq etdi- 
yi “Təbib” qəzeti ona xüsusilə doğmadır. 

İndi ona doğma olan ədəbi-bədii publisistik bir dərgi də var: “Laçın 
yurdu”. Onun dərgimizdə məsul katib işləməsini məsləhət görəndə də ilk 
növbədə məsuliyyət hissinin yüksək olmasını əsas götürmüşdük. Seçimi- 
mizdə yanılmadığımıza da əminəm. 

Zəhmətinin bəhrəsini görən Elnur İrəvanlı “Qızıl qələm”, “Araz” 
ali ədəbi media mükafatları laureatıdır. 

Adı professor Teymur Əhmədovun tərtib etdiyi 1056 səhifəlik 
“Azərbaycan yazıçıları XX-XXI yüzillikdə” ensiklopedik məlumat kita- 
bına (Bakı, “Nurlar”, 2011) daxil edilib. 

Həkim ailəsində dünyaya göz açması Elnurun dünyagörüşünə, bir 
şəxsiyyət kimi formalaşmasına təsirsiz ötüşməyib. Atası Sədi Mehdiyev 
Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləş- 
miş Şəhər Xəstəxanasının Poliklinika Şöbəsində 31 ildir ki, həkim-cərrah 
işləyir. Anası İradə Mehdiyeva isə Bakı şəhəri Sabunçu rayonu Bilgəh 
qəsəbəsində, Xəzər dənizi sahilində yerləşən “Bilgəh” Kardioloji Sana- 
toriyasında 29 ildir ki, həkim-kardioloq vəzifəsində çalışır. Bacısı da ixti- 
sasca həkim-kardioloqdur. 

Bir haşiyə də çıxaq ki, Elnur İrəvanlınm “Səni sevməyimdir güna- 
hım mənim” adlı kitabına ön sözü anası yazıb. Bu, ədəbiyyat aləmində 
rast gəlinən, bəlkə də, nadir hadisələrdəndir. Təbii ki, səmimiyyətlə yazıl- 
mış ürək sözlərinə ana məhəbbəti də qatılıb. 

Ömrünün təlatümlü cavanlıq illərini yaşayan Elnurun fəaliyyəti iki 
istiqamətlidir. Ədəbi yaradıcılığında xeyli nailiyyətlərə imza atan Elnur 
İrəvanlınm tibbi yazıları da maraq doğurur. Gələcəkdə həkim kimi də 
karyerasını quracağına inanırıq. Çünki qarşısına qoyduğu məqsədə çat- 
maqda inadkarlığı onu yaxından tanıyanlara sirr deyil. 

Qələm dostumuzu 30 yaşının tamam olması münasibətilə sə mi mi 
qəlbdən təbrik edir, ona yaradıcılığında və şəxsi həyatında müvəffəqiyyət- 
lər arzulayırıq. 30 yaşda əldə etdiklərini göz önünə gətirdikcə, 40-50 yaşda 
nailiyyətlərinin nəzərəçarpacaq dərəcədə artacağına şübhə yeri qalmır. 

30 yaşın mübarək, əziz dost! 

Qoy qələmin kəsərdən, sözün dəyərdən düşməsin! 

Arif MƏMMƏDLİ 


19 




Laçın yurdu - №2(2), 2011 


ZİYALILARIMIZ 

PROFESSOR ZÖHRAB QARAYEV 

Zöhrab İslam oğlu Qarayev 25 mart 1945-ci 
ildə Minkənd kəndində anadan olub. 195 1-1961- 
ci illərdə Minkənd kənd orta məktəbində oxuyub. 
1961-1966-cı illərdə N.Nərimanov adma Azər- 
baycan Dövlət Tibb İnstitutunun (indiki ATU) 
stomatologiya fakültəsində təhsil alıb. 

1966-ci ildən Laçın rayonunun Alxaslı kənd 
xəstəxanasında həkim- stomatoloq, 1967-1968-ci 
illərdə isə Minkənd kənd xəstəxanasının baş hə- 
kimi işləmişdir. 

1969-cu ildə Ə. Əliyev adma Azərbaycan Dövlət Həkimləri Təkmil- 
ləşdirmə İnstitutunun (ADHTİ) stomatologiya kafedrasının aspirantı 
olub. 1974-cü ildə Krasnodar şəhərində Kuban Dövlət Tibb İnstitutunda 
tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə 
etmişdir. 

1985-ci ilə qədər Ə. Əliyev adma ADHTİ-də əvvəlcə aspirant, sonra 
isə baş metodist və stomatologiya kafedrasında assistent, 1980- 1985-ci 
illərdə Həmkarlar Təşkilatının sədri vəzifəsində işləyib. 

1985-ci ildə müsabiqə yolu ilə N.Nərimanov adma Azərbaycan 
Dövlət Tibb İnstitutunun ortopedik stomatologiya kafedrasına assistent, 
1987-ci ildə isə dosent vəzifəsinə seçilmişdir. 

1990-cı ildən 2000-ci ilədək ATU-nun stomatologiya fakültəsinin 
dekanı vəzifəsində çalışıb. 

2000-ci ildə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Stomatolo- 
giya İnstitutunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri 
doktoru alimlik dərəcəsi almışdır. 

Z. Qarayev 150-dən artıq elmi işin, o cümlədən 1 monoqrafiya, 3 
dərslik, 8 tədris-metodik vəsait və 5 səmərələşdirici təklifin müəllifidir. 
Elmi işləri təkcə ölkəmizdə deyil, müxtəlif xarici ölkələrdə də çap olu- 
nub. ABŞ, Almaniya, Avstriya, İsveç, Portuqaliya, Türkiyə, Rusiya, Uk- 
rayna, İran, Sinqapur, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkə- 
lərdə keçirilən beynəlxalq konqres və simpoziumlarda iştirak və çıxışlar 
edib. 

O, ATU-nun Elmi Şurasının, Dissertasiya Şurasının, Azərbaycan 
Stomatoloji Assosiasiyasının (ASA), Beynəlxalq Stomatoloqlar Akade- 



20 



Laçın yurdu - №2(2), 2011 


miyasının (ADİ), Beynəlxalq Stomatoloji Tədqiqatlar Assosiasiyasının 
(İADR), Beynəlxalq Stomatoloji Assosiasiyasının (FDİ) və Avropa Re- 
gional Stomatologiya Təşkilatının (ERO) üzvüdür. “Səhiyyə əlaçısı” döş 
nişanı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri fərmanı” 
ilə təltif olunub. 

Professor Zöhrab Qarayev 2004-2007-ci illərdə ATU-nun Stoma- 
toloji Klinikasının direktoru işləyib. 2005 -ci ildən isə ATU-nun ortopedik 
stomatologiya kafedrasının professoru vəzifəsində çalışır. 

Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2010-cu il 
tarixli sərəncamı ilə Əməkdar həkim fəxri adma layiq görülmüşdür. 


TƏBRİK 

“HƏR VƏTƏNDAŞ ÖZ MƏMLƏKƏTİNİN 
XİLASKARI OLMALIDIR” 

Təbrik edirəm, Arif müəllim! Laçın torpağının unudulmaması, o 
torpaqda yaşayan vətənpərvər, mərd, Vətən yolunda öz canlarını qoymuş 
həmvətənlərimizin yeni nəslə bir nümunə kimi çatdırılmasında mühum 
rol oynayacağına əmin olduğumuz bu gözəl dərgini ərsəyə gətirdiyiniz 
üçün çox sağ olun. 

Böyük türk şairi Mehmet Akif deyib: Hər vətəndaş öz məmləkəti- 
nin xilaskarı olmalıdır: 


Sahibsiz olan məmləkətin 
Batması haqdır. 

Sən sahib olursan bu Vətən 
Batmayacaqdır. 


Nə qədər ki, Laçın torpağına bu məmləkətin ziyalı, mərd oğulla- 
rı sahib çıxır, Laçın heç vaxt unudulmayacaq, bizim qəlbimizə, beynimi- 
zə həkk olunmuş Laçın bizdən sonra gələn nəslin qəlbində də daim yaşa- 
yacaqdır. 

Sizin böyük zəhmətlə ərsəyə gətirdiyiniz “Laçın 
yurdu” dərgisinin nəşri də bu yolda atılmış ən uğurlu 
addımlardan biridir. Bu yolda bütün Laçın gəncləri 
adından yaradıcı kollektivə öz minnətdarlığımı bildirir 
və uğurlar arzulayıram! Hamının adından danışmaq 
səlahiyyətimin olmadığını bilsəm də, heç kəsin bu is- 
təyimə qarşı çıxmayacağına inanıram. 

Qələminiz kəsərli olsun! 

Dərin hörmətlə: Sadiq ABIŞOV 


П 


21 





Laçın yurdu - №2(2), 2011 


KİTAB RƏFİ 

“SULTAN BƏY YƏ XOSROV BƏY QARDAŞLARI” 
KİTABI NƏŞR EDİLİB 

“Zəngəzur” Cəmiyyətləri Birliyi xalq qəhra- 
manı Sultan bəyin anadan olmasının 140 illiyi ilə 
bağlı elan etdiyi müsabiqəyə yekun vurub. Birliyin 
sədri Hacı Nərimanoğlunun verdiyi məlumata görə, 
təqdim olunmuş materiallar arasında tarix elmləri 
doktoru, professor Ziyadxan Nəbibəylinin “Bütöv 
Azərbaycan”, “Təzadlar” və digər qəzetlərdə gedən 
silsilə məqalələri Sultan bəyin ömür yoluna həsr 
olunmuş ən uğurlu yazılar hesab edilərək, müəllifə 
elmi-tarixi əhatə dairəsini genişləndirməklə kitab 
şəklində hazırlamaq tövsiyə olunub. 

Nəticədə 176 səhifəli “Sultan bəy və Xosrov bəy qardaşları” kitabı 
“Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görüb. Nəşrin redak- 
tor və rəyçiləri “Zəngəzur” Cəmiyyətləri Birliyinin sədr müavini, “Bütöv 
Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru Tamxil Ziyyədinoğlu və 
İdarə Heyətinin üzvü, “Bütöv Azərbaycan” qəzetinin redaktoru, filologi- 
ya üzrə fəlsəfə doktoru İlham Məmmədlidir. Kitaba istedadlı şair Zahir 
Abbas “Ön söz” yazmışdır. 

Kitabda Azərbaycanın qədim torpaqlarından olan Zəngəzurda hər 3 
nəfərdən birini xüsusi qəddarlıqla məhv edərək özünü “Zəngəzur quber- 
natoru” elan etmiş Andronikin qoşunlarına Sultan bəyin tutduğu divan, 
qardaşı - Azərbaycan Xalq Cümhüriyyətinin ilk Hərbi naziri, Gəncə və 
Qarabağın general-qubernatoru Xosrov bəyin erməni daşnaklarına qarşı 
mücadiləsi əsas yer tutur. Kitabda həmçinin Sultanov qardaşlarının təmsil 
olunduğu Qarabağ-Zəngəzurun və onun Laçın bölgəsinin etno-mənəvi 
dəyərlər tarixindən ətraflı bəhs edilir. 

Kitabdakı 100-dən çox rəngli foto-şəkil qəhrəmanların yurd yerləri 
haqqında da zəngin təəssürat yaradır. 

Tanınmış tarixçi alim, “Zəngəzur” Cəmiyyətləri Birliyi Ağsaqqallar 
Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalist- 
lər Birliyinin üzvü Ziyadxan Nəbibəylinin “Sultan bəy və Xosrov bəy 
qardaşları” kitabının işıq üzü görməsinə Laçın torpağının dəyərli ziyalıla- 
rından olan Tapdıq Abbasovun ailəsi maddi dəstək verib. 



22 



Laçın yurdu - №2(2), 2011 


MƏKTƏBLƏRİMİZ 


MİNKƏND MƏKTƏBİ 

Qafqaz Təhsil Dairəsi İdarəsinin 1890-cı il qərarı ilə Minkənd mək- 
təbinin əsası qoyulmuşdur. Məktəb 42 nəfər şagirdlə rus-tatar (Azərbay- 
can) məktəbi adı altında açılmış, dərslər türk və rus dillərində tədris edil- 
mişdir. Şəriət dərsi deyən ilk müəllimi Molla Vəli Kərbəlayı oğlu, digər 
dərsləri tədris edən Rəsul bəy Tahirov, rus dili müəllimi isə Geladze 
olmuşdur. 1896-cı ildə məktəbə Rəsul bəy Tahirov müdir təyin edil- 
mişdir. 1912-ci ildə birsinifli məktəb ikisinifliyə çevrilmişdir. Bu təhsil 
ocağı 1920-ci ildən 7 illik natamam məktəb, 1940-cı ildən isə orta mək- 
təb kimi fəaliyyət göstərmişdi. 

Azərbaycanda belə məktəblərin yaranma tarixi o qədər qədim olma- 
sa da, o zaman çar Rusiyası milli ucqarlarda təhsili inkişaf etdirməklə 
idarəetmə sistemini möhkəmləndirməyə çalışırdı. Məhz ona görə də XIX 
əsrin ortalarından başlayaraq milli ucqarlarda ibtidai təhsil verən, rus di- 
lində yazıb-oxumağı bacaran kiçik məmurlar hazırlamaq məqsədilə bir 
sıra məktəblər açılmasına şərait yaradılmışdı. Sözsüz ki, həmin dövrün 
görkəmli ziyalıları bundan bəhrələnib yeni məktəblər açmışdılar. Min- 
kənd birsinifli məktəbi də belə bir şəraitdə fəaliyyətə başlayaraq Zən- 
gəzur qəzasında əhalinin maarifləndirilməsində müstəsna rol oynamışdı. 

Minkənd məktəbi yarandığı vaxtdan etibarən rayonda təhsilin inki- 
şafına töhfələr vermiş, əhali arasında savadsızlığın ləğv edilməsində ciddi 
rol oynamışdır. Vaxtilə Minkənd məktəbində təhsil alan Azərbaycan 
Xalq Cümhuriyyəti dövrünün dövlət xadimi, milli məktəblərdə rus dilinin 
tədrisi prinsiplərinin hazırlanmasında böyük xidmətləri olan Nurməm- 
məd bəy Şahsuvarov respublikanın ictimai-siyasi, elmi-mədəni həyatında 
da fəal iştirak etmişdir. Mürsəl bəy Şahsuvarov AXC-nin göndərişi ilə 
Almaniyada təhsil alaraq bir müddət Hamburq Tropik Xəstəliklər İnsti- 
tutunda işləmiş, orada elmlər doktoru, professor olmuş, Azərbaycanda 
tibbi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmişdir. Geolo- 
giya-mineralogiya elmləri doktoru, professor, uzun illər Bakı Dövlət Uni- 
versitetinin geologiya fakültəsinin dekanı işləmiş Tofiq bəy Şahsuvaro- 
vun, tibb elmləri doktoru Rəhman Səfərəliyevin, Sumqayıt şəhər səhiy- 
yəsinin qurucularından biri olan tibb elmləri namizədi, dosent İzzət Sadı- 
xovun, İsmayıl Sadıxovun, Vəliyyədin Cahangirovun, Mirzəxan Əliye- 
vin, Zakir Əliyevin, Şirin Məmmədquliyevin və onlarla başqalarının 
adları ölkəmizdə bu gün də yüksək ehtiramla çəkilir. 


23 




Laçın yurdu - №2(2), 2011 


Minkənd orta məktəbini bitirən, xalqımıza ləyaqətlə xidmət edən profes- 
sor Mustafa Qarayev, Zöhrab Qarayev, fizika-riyaziyyat elmləri doktoru 
Maarif Cəfərov, iqtisad elmləri doktoru Qəmbər Əliyev, texnika elmləri 
doktoru Əli Yusifov, dosentlər Oruc Şahsuvarov, Zəfər Cəfərov, elmlər 
namizədləri Ələmdar Şahverdiyev, Fəxrəddin Əliyev, İmran Cümşüdov, 
Rövşən və Ağaverdi Həsənovlar, Nağı Nağıyev və başqaları da respub- 
likamızın tanınmış ziyalılarıdır. İlk təhsilini Minkənddə almış yüzlərlə ali 
təhsilli soydaşımız respublikamızın müxtəlif müəssisələrində uğurla 
çalışır, xalqımıza və dövlətimizə ləyaqətlə xidmət edirlər. 



Yüksək dağlıq ərazidə yerləşən Laçın rayonu coğrafi baxımdan 
Ermənistanla sərhəddə Azərbaycanın qala qapısı idi. Kiçik Qafqaz dağ- 
larının ən hündür zirvələrindən biri olan İşıqlı dağının ətəyində yerləşən 
Minkənd təbiətinin gözəlliyi, neçə-neçə dərdin dərmanı olan mineral 
bulaqları və zəngin bitki örtüyü ilə də məşhur idi. Hər il Ağdam, Ağca- 
bədi, Xocavənd, Füzuli, Cəbrayıl, Beyləqan, İmişli və digər rayonların 
heyvandarları yay mövsümünü bu kəndin ərazisindəki geniş yaylaqlarda 
keçirirdi. Respublikanın müxtəlif bölgələrindən buraya istirahətə gələn- 
lərin də sayı çox idi. 

Dağlıq Qarabağ münaqişəsi başlandığı 1988-ci ildən 1992-ci ilə 
kimi müharibənin birinci dövründə Minkənd orta məktəbinin onlarca igid 


24 




Laçın yurdu - №2(2), 2011 


yetirməsi doğma yurdları uğrunda düşmənə qarşı qəhrəmanlıqla döyüş- 
müş, dəfələrlə yağıları geri oturtmuş, sinələrini düşmənə sipər edərək şə- 
hid olmuşlar. Məktəbin məzunu Kamil Nəsibov Azərbaycanın Milli Qəh- 
rəmanı adma layiq görülmüşdür. 1 8 nəfər şəhid verən, hazırda öz məzunu 
şəhid Bayram Məmmədovun adını daşıyan Minkənd məktəbinin pedaqoji 
kollektivi İlqar Şahverdiyevin rəhbərliyi ilə şagirdlərin keyfiyyətli təhsil 
almaları və onların dövlətimizin inkişafına layiqli töhfə vermələri üçün 
səylə çalışır. 

Namiq HÜSEYNOV 


QARABAĞ QAZİLƏRİ 


MƏZAHİR ABDULKƏRİMOV 

Abdulkərimov Məzahir Bəhlul oğlu 1964-cü 
ildə Laçın rayonunun Ərikli kəndində anadan 
olub. Orta məktəbi bitirdikdən sonra 1982-ci ildə 
Azərbaycan Politexnik İnstitutunun (indiki Azər- 
baycan Texniki Universiteti) mexanika fakültəsi- 
nə daxil olub. 

1983- 1985-ci illərdə ordu sıralarında hərbi 
xidmət keçən Məzahir 1989-cu ildə institutu bi- 
tirib və təyinatla Mingəçevir Yol Maşınlar Zavo- 
duna göndərilib. Həmin zavodda mühəndis-konstruktor vəzifəsində çalı- 
şıb. 1992-ci ilin sentyabr ayında Mingəçevir Hərbi Komissarlığı tərəfin- 
dən milli orduya hərbi xidmətə çağırılıb. N saylı hərbi hissənin tərkibində 
olan taborda leytenant rütbəsində xidmətə başlayıb. Ağdərə, Sırxavənd, 
Dovşanlı, Mehmanə, Koçoqot, Vaqauz, Vəng, Umudlu, Aterk, Mağavuz, 
Sərsəng su hövzəsi, eləcə də Ağdam rayonu istiqamətində - Fərrux, Pap- 
rəvənd və s. bölgələrin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak 
edib. 1994-cü ildə baş leytenant rütbəsi alan Məzahir Abdulkərimov 
1994-1995-ci illərdə Pirəküşkül qəsəbəsində N saylı hərbi hissədə bölük 
komandiri kimi xidmət edib. 

1995-ci ilin mart ayında Füzuli rayonu istiqamətindəki hərbi hissə- 
lərdə xidmət edən Məzahir 1996-cı ildə ordu sıralarından tərxis olunub. 

Ailəlidir. 



25 




Laçın yurdu - №2(2), 2011 


KİMLƏR KEÇDİ BU DÜNYADAN 

CÜMŞÜD ŞAHVERDİYEV 

Cümşüd Saybalı oğlu Şahverdiyev 1929-cu 
ildə Laçın rayonunun İmanlar kəndində anadan 
olub. Atası Böyük Vətən Müharibəsindən qayıt- 
mayan Cümşüd, qardaşı Cavanşir və bacıları 
Məntuqə, Əntiqə analarının - “Çiçəklər loğmanı 
Raziyə nənə”nin himayəsində böyüyüblər. Cüm- 
şüd Şahverdiyevin elmə, təhsilə xüsusi həvəs gös- 
tərməsində əmisi Şahverdi müəllimin şəxsi nü- 
munəsi böyük rol oynayıb. O, 7 illik məktəbi qur- 
tardıqdan sonra Laçın şəhərində 2 aylıq kurs 
keçərək Şəlvə kənd ibtidai məktəbinə müəllim təyin olunub. 1946-cı ildə 
Dambulaq kənd ibtidai məktəbində də dərs deyib. Müəllimlik fəaliyyətini 
dayandırmadan təhsilini davam etdirərək o vaxt Ağdamda təşkil olunan 2 
illik institutu bitirib. 

1954-cü ildə Hacıxanlı kənd 7 illik məktəbində kimya-biologiya ix- 
tisası üzrə müəllim işləyib. 1955-ci ildə isə Şəlvə kənd 8 ilik məktəbinin 
direktoru vəzifəsinə irəli çəkilib. 1976-cı ilədək həmin vəzifədə çalışan 
Cümşüd Şahverdiyevi, təşkilatçılıq qabiliyyətini nəzərə alaraq, 1976-cı 
ildə Hacıxanlı kənd orta məktəbinə direktor təyin ediblər. Adı çəkilən 
məktəblərin məzunları indi cəmiyyətdə layiqli yer tutan, üzərlərinə düşən 
vəzifəni ləyaqətlə yerinə yetirən nüfuzlu şəxslərdir. Düz 1 1 il Hacıxanlı 
kənd orta məktəbinə fasiləsiz rəhbərlik edən Cümşüd Şahverdiyev 1987- 
ci ildən İmanlar kənd orta məktəbində coğrafiya dərslərini tədris edib (2 
illik institutda kimya-biologiya ixtisasına yiyələnən Cümşüd müəllim 
1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) coğrafiya 
fakültəsini bitinnişdir). Bir qədər sonra məktəbin tərbiyə işləri üzrə di- 
rektor müavini vəzifəsində çalışan Cümşüd Şahverdiyev məlum hadisə- 
lərlə əlaqədar Sumqayıt şəhərində məskunlaşmış, 1992-ci ildən ömrünün 
sonunadək “Sarıqaya” düşərgəsində fəaliyyət göstərən Laçın rayon 21 №-li 
tam orta məktəbdə dərs demişdir. 

2001-ci ildə vəfat edən Cümşüd müəllimin xatirəsi onu tanıyanların 
qəlbində daim yaşayır. 

Cümşüd Şahverdiyevin fəaliyyəti yuxarıda sadaladıqlarımızla məh- 
dudlaşmır. Onun xüsusi natiqlik qabiliyyəti vardı, mötəbər məslislərdə, 
rəsmi yığıncaqlarda məntiqli çıxışları ilə seçilərdi. Şəlvə dərəsində 3 gün, 



26 





Laçın yurdu - №2(2), 2011 


3 gecə davam edən toyların “padşah”ı kimi də ad-san qazanmışdı. Təsa- 
düfi deyil ki, başqa rayonlardan da tez-tez dəvətlər alardı. Toylarda “pad- 
şah”lıqla “tamada”lığın fərqi isə ayrı mövzudur. 

Cümşüd müəllimin daha yaxın ətrafı onun bir istedadına da bələd 
idilər. Cavanlığında zarafatyana şeirlər yazardı. Qaçqınlıqdan sonra isə 
qələmə aldığı vətən həsrətli şeirləri, bayatıları yadigar qalıb. Həmin nü- 
munələrdən bir neçəsini dərc edirik, ruhu şad olsun! 

*** 

Cümşüdəm, dağılıb kəndim, şəhərim, 

Gecə uzun, açılmayır səhərim. 

Kövrəlibdi qəlbim, yoxdur təhərim, 

Qartallı Laçınım yadıma düşdü. 

İgidlər sirdaşı o köhlən atlar, 

Piyada qalanın ürəyi partlar. 

Harda gecələyir ellər, elatlar, 

Pirani qocalar dururmu görən? 

*** 

Dənnandı qarağat, moruq, baldırğan, 

Asta yeri, dalamasın gicitkan. 

Gözəlliklər məskənidir Nərdivan, 

Qanadlanıb o yerləri gəz, könül. 

Əziziyəm arxadı, 

Dağlar dağa arxadı. 

Atanın dar günündə 
Oğul ona arxadı. 

Baldan şirin baladı, 

Əhvalımdan halıdı. 

Hər övladın öz yeri, 

Karlısı Niftalıdı. 


27 




Laçın yurdu - №2(2), 2011 



imanlar kəndindən bir görünüş (foto Elxan Həsənovundur) 



Laçın şəhəri, Abidənin yanı 


28 




Laçın yurdu - №2(2), 2011 


O KƏND BİZİM KƏNDTMTZDT 
İMANLAR İMAN YERİDİ 

İmanlar kəndi rayonun şimal hissəsində, rayon mərkəzindən 68 km 
məsafədə yerləşirdi. Şəlvə kənd ərazi-inzibati vahidliyinə daxildir. Dəniz 
səviyyəsindən 1800 m yüksəklikdə salınan kənd Şəlvə, Hacıxanlı, Dam- 
bulaq və Oğuldərə kəndləri ilə həmsərhəd idi. 

Babalarımızın dediklərinə görə, kəndin adı bu əraziyə Gəncəbasar- 
dan köç etmiş İman kişi ilə bağlıdır, tarixi təxminən 1680-ci illərə təsadüf 
edir. Burada ilk dəfə məskunlaşan İman kişinin övladları da sonralar öz- 
lərinə ev-eşik düzəltmiş, ailə qurmuşlar. Evlərin, əhalinin sayı artdıqca 
eyni nəsildən olan insanların yaşadığı yerə ad qoymaq zərurəti yaranıb. 
Beləliklə, bu kəndi “İman kişinin nəslindən olanlar” mənasını verən 
İmanlar adlandırmışlar. 

Rayonun ermənilər tərəfindən işğalına qədər kəndin 70 yaşayış evi, 
300 nəfərdən artıq əhalisi olmuşdur. Kənddə orta məktəb, kitabxana, 
klub, tibb məntəqəsi və mağaza fəaliyyət göstərmişdir. 

Həmişə ziyalıları ilə seçilən bu kəndin adamlarını düzlüklərinə, ha- 
lallıqlarına görə çox vaxt “imamlar” deyə çağırardılar. El şairi Məhəm- 
məd Səyyah kənd camaatının qonaqpərvərliyini belə poetikləşdinnişdi: 

İmanlar iman yeridi, 

Əsl mərd insan yeridi. 

İtləri zəncir tanımaz, 

Qalmağa mehman yeridi. 

O dövrün tələbinə uyğun olaraq peşə seçimində daha çox müəllim- 
liyə üstünlük verən insanlar elmin, təhsilin əhəmiyyətini yaxşı anlayırdı- 
lar. Hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində mədrəsə təhsili almış 
Məşədi Səlim təkcə öz kəndində deyil, ətraf kəndlərdə də dini dərslər 
keçmişdir. 

Məşədi Səlimin oğlu Ənsar Mustafayevin dediklərindən: - Məşə- 
di Səhm Mustafa oğlu Novruzov İman kişinin nəticəsidir, 1863-cü ildə 
anadan olmuşdur. İman kişi əslən Gəncə şəhərindəndir. Ordan Ağdamın 
Zəngişalı kəndinə gəlib, Peykər adlı bir qadınla evlənib, sonra köçüblər 
ind ik i Budaqdərəsi kəndinin ərazisinə. Həmin yer əvvəl İmanın dərəsi 
adlanıb. Sonralar Hacıxanlı kəndinin ağsaqqalı Hacıxanın məsləhəti ilə 
indiki İmanlar kəndinin ərazisində məskunlaşan İman kişinin 5 oğlu olur: 
- Əsəd, Novruz, Məmmədhəsən, Məşədi Bayram, Həsən. 


29 




Laçın yurdu - №2(2), 2011 


Novruzdan indiki Novruzlar, Əsəddən Şahverdilər, Məmmədhəsən- 
dən Məmmədhəsənlər, Məşədi Bayramdan Bayramlar, Həsəndən isə Hə- 
sənlər nəsli törəyib. Məşədi Səlim kişi Mustafanın, Mustafa Novruzun, 
Novruz da İmanın oğludur. Novruzun 3 oğlu olur: - Cabbar, Nəsib, Mus- 
tafa. Bu 3 qardaşın hərəsinin 6 oğlu olur və nəsil böyüyür. Mustafanın 
oğlanları Kərim, Həmid, Müseyib, Həşim, Rəcəb və Məşədi Səlimdir. Bu 
6 qardaşın yalnız biri, - Səlim ilahiyyət elmini öyrənmişdir. 

Səlim kişi Laçının Alxaslı kəndindən olan dostu Molla Şükürlə 
ziyarətə gedir. Səlim kişi İrana - Məşədə, Molla Şükür isə Həcc ziyarə- 
tinə yola düşür. Səlim kişi ziyarətdən sonra Xorasan və Qum şəhərlərində 
ilahiyyət elmindən 3 il təhsil alır və ruhani molla kimi kəndə dönür. 

1920-ci ildə Səlim kişini dostu, Şuşa məscidinin axundu Hacı Molla 
Şükür yanma çağırıb deyir ki, get Şəlvə kəndindəki məsciddə dərs ver. 
Səlim kişi 1920-ci ildən 1930-cu ilə qədər orda dərs vermişdir. Onun tə- 
ləbələri sonralar Şəlvə dərəsinin sayılıb-seçilən elmli insanları olmuşlar: - 
İmanlardan Sahverdi müəllim, Zülü müəllim, Şəlvədən Fərəc, Həsən, As- 
tan, Vəlibəylidən Dilən, Talış, Daşlıdan isə Ağəli, Kərimin oğlu Şahmar. 
Şahmar Hüseynov sonralar Laçın Rayon Partiya Komitəsinin birinci ka- 
tibi işləyib. 

Səlim kişi illərlə dövlətdən maaş ala bilməyib və şagirdlərin vali- 
deynləri ona haqq ödəmək istəyiblər. Bir dəfə onun şagirdi olan Vəlibəyli 
kənd sakini Talış məscidin qabağına bir qoç bağlayır. Məşədi Səlim soru- 
şur ki, bu nədir? Talış deyir ki, atam yollayıb, axı siz uzun müddətdir 
dövlətdən maaş ala bilmirsiniz. Məşədi Səlim, - bala, qoçunu geri qaytar, 
bu, dövlətlə mənim aramda olan məsələdir, - deyir. O, vəfat edən insanla- 
rı dəfn edəndə pul almazdı. Xüsusən də “fəqir”i olandan. Deyərdi ki, fə- 
qirin palazının üstünə çıxmaq olmaz, yoxsa səni yandırar. Heç vaxt dua 
yazmazdı, dua yazmağı haram və günah bir iş adlandırardı. Çox mədəni, 
əxlaqlı bir şəxs kimi tanınıb. O, tələbələri haqda da fikir söyləyərmiş: 
“Heydər zəkadı, Şahverdi nə tökürəm yığır”. 

Şahverdi müəllim Daşlı kəndində müəllim işləyərkən Səhliyal ki- 
şinin anası Ballı arvad deyib ki, - oturuşun, duruşun, yerişin, danışığın 
eyni Məşədi Səlimdir, təkcə görkəmin fərqlidir. 

Məşədi Səlim 1943-cü ildə 80 yaşında vəfat etmişdir. 

Təsadüfi deyil ki, ötən əsrin ortalarında da qonşu kəndlərin məktəb- 
lərində çalışan pedaqoji kadrların əksəriyyəti bu kənddən idi. El-obada 
böyük nüfuz qazanmış Şahverdi Şahverdiyev, Zülü Bayramov, Cümşüd 
Şahverdiyev, Bəhrəm Nəsibov və Bayram Bayramov bu gün də ehtiramla 
xatırlanır. Bir neçə nəslin formalaşmasında əvəzsiz xidmətləri olan Mə- 


30 




Laçın yurdu - №2(2), 2011 


zahir Mustafayev, Əli Bəndəliyev, Əzim və Baloğlan Əzimovlar estafeti 
orta nəslə versələr də, ən azı mənəvi müəllimimiz olaraq qalırlar. Sabir 
Novruzov, Rafiq Niftəliyev, Sefi Rəsulov, Eldar Pirəliyev isə sevimli pe- 
şələrindən ayrılmayaraq indi də gənc nəslin təlim-tərbiyəsi ilə məş- 
ğuldurlar. Yaşlı nəslin ənənələrinə sadiq qalan orta və gənc nəsil də “Zi- 
yalılar kəndi” adını qoruyub saxlamağı bacarıblar. 

Əlağa MUSTAFAYEV 


NƏSİL ŞƏCƏRƏSİ 


MƏŞƏDİ SƏLİMİN NƏSİL ŞƏCƏRƏSİ 



31 


Laçın yurdu - №2(2), 2011 




32 


Laçın yurdu - №2(2), 2011 


“LAÇIN” FUTBOL KLUBU 

Klub peşəkar fəaliyyətə 2007-ci ildə başlayaraq bir neçə turnir və 
yarışlara qatılıb. İlk dəfə AFFA-nın bayrağı altında FİFA və UEFA-nın 
tanıdığı ölkə birinciliyinin U-13 və U-14 liqalarında iştirak edib, indi də 
edir. 2009-2010, 2010-2011 mövsümündə komanda ilk ən güclü 10 ko- 
manda sırasına daxil olub. Bu il komandanın 6 üzvü ölkənin U-14 yığma- 
sında rəsmən baxışa çağırılıb. “Laçın” komandası 201 1-ci il BP şirkəti və 
tərəfdaşlarının maliyyə dəstəyi ilə keçirilən turnirin, eyni zamanda Bakı 
Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirin 
qalibi olub. Komanda tanınmış ölkə klubları - hər bir şəraitə malik olan 
“Neftçi”, “Bakı”, “Azal”, “OMİK” və digərlərinə qalib gələrək rayonu- 
muzun adını futbol ictimaiyyəti arasında ucaltmışdır. 



Artıq ölkə yığmalarında da klubumuzun üzvü oynayır, bu isə bütün 
Laçının uğurudur. “Laçın” FK haqqında Xəzər TV bir neçə dəfə veriliş 
hazırlayıb. Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən turnirin 
komandanın qalib olduğu final oyunundan süjetləri də Xəzər TV yayım- 
lamışdır. 

20 Yanvar şəhidi Azad Rzayevin xatirə turnirinin qalibi də (201 1-ci 
il) “Laçın” komandası olub. 


33 





Laçın yurdu - №2(2), 2011 


”Laçın“ FK Laçın rayonunu ölkə və xaricdə təmsil etmək hüququ 
olan tək komandadır. AFFA hər hesabatında UEFA və FİFA-ya “Laçın” 
futbol klubunun Laçın ərazisinin təmsilçisi olduğunu bildirir. Komanda- 
nın yaradıcısı və baş məşqçisi Abuzər Nadirovdur. 

Abuzər Nadirov 1967-ci il fevral ayının 11-də Laçın rayonunun 
Mişni kəndində anadan olub. 1984-cü ildə Mişni kənd orta məktəbini bi- 
tirmişdir. Uşaq yaşlarından futbola böyük maraq göstərib. Ağdamın "Şə- 
fəq" futbol komandasından təkliflər alsa da, ailə çətinliklərinə görə həmin 
komandada oynamaqdan imtina etmişdir. 

198 1- 1987-ci illərdə Polşada hərbi xidmət zamanı da idmanın bu 
növü ilə məşğul olmuşdur. Həmin vaxt bir neçə klubun heyətin- 
də Polşanın 2-ci futbol liqasında oynamışdır. Futbol karyerası dövründə 
daha çox həvəskar klublarda çıxış etmişdir. Qarabağın ermənilər tərəfin- 
dən işğalından sonra Qaradağ rayonunda məskunlaşıb. Ümid qəsəbəsində 
yerləşən məcburi köçkün uşaqlarından təşkil olunmuş "Laçın" koman- 
dasında 1997-ci ildən baş məşqçi işləyir. Komandada əsas heyət 1995- 
1997-ci il təvəllüdlü uşaqlardan ibarətdir. 

Ümid qəsəbəsində və digər qəsəbələrdə məskunlaşan köçkün uşaq- 
ları komandaya cəlb edilib və klubda 35-ə yaxın uşaq futbolun sirlərini 
öyrənir. 

2010-cu ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 
ən yaxşı uşaq məşqçisi adma layiq görülən Abuzər Nadirovun yetişdir- 
diyi futbolçulardan biri Azərbaycanın uşaq yığma komandasında oynayır. 
2010-cu ilin avqust ayında almanların məşqçilər üçün keçirdiyi kurslarda 
iştirak edən Abuzər Nadirov UEFA-nın “C kateqoriyalı məşqçi” adını qa- 
zanıbdır. 

ŞƏHİDLƏRİMİZ 

ƏBƏDİYYƏTƏ QOVUŞAN ÖMÜR 

1968-ci ildə Laçın rayonunun gözəl guşələ- 
rindən biri olan Şəlvə kəndində dünyaya göz açan 
Şahverdiyev Ənvər Şahverdi oğlu 1992-ci ilin 
mart ayında Laçın rayon polis batalyonunun tər- 
kibində silaha sarılıb torpaqlarımızın müdafiəsinə 
qalxdı. Ənvər ömrünün gənc çağlarında çox ağır 
döyüşlərdə qəhrəmanlıq göstərərək komandirlərin 
hörmətini qazandı. Vətən üçün canını belə əsir- 
gəməyən Ənvər ölümün gözünə dik baxıb “Öncə 



34 



Laçın yurdu - №2(2), 2011 


Vətəndir” - deyə dəfələrlə ağır döyüşlərə atıldı. Təəssüflər olsun ki, 
1992-ci il 18 may tarixində Laçın rayonunun 120-dən çox kəndi ilə bir- 
likdə Şəlvə də işğal edildi. 1992-ci ilin iyun ayında Laçın rayon polis 
batalyonu o vaxtkı Daxili İşlər naziri İsgəndər Həmidovun əmri ilə Kəl- 
bəcər istiqamətindən Laçının bir neçə kəndini azad etmək üçün döyüşə 
başladı. O döyüşlərdə Laçın polis batalyonu Laçının bir çox kəndlərini 
düşməndən azad etdi. 

1992-ci il iyulun 21 -də Ənvərə komandanlıq tərəfindən kəşfiyyata 
getmək əmri verildi, bu, Ənvərin son döyüşü oldu. Y ağı düşmən Ənvərin 
çiçəklənən ömrünü yarımçıq qoydu. Mən onun döyüşçü yoldaşı kimi deyə 
bilərəm ki, Ənvər kimi oğullarımız heç vaxt unudulmayacaq və biz belə 
oğullarımızla həmişə fəxr etməliyik. Ruhun şad olsun, döyüşçü qardaş! 

Saleh ŞİRİNOV 


ZİYALILARIMIZ 

CƏFAKEŞ HƏKİM 

İsgəndərov Elçin Abbas oğlu 1942-ci ildə 
Laçın rayonunun Bozlu kəndində kolxozçu ailə- 
sində anadan olub. 1949-cu ildə Bozlu kənd ibti- 
dai məktəbinin I sinfinə gedib, 1959-ci ildə Qar- 
qışlaq kənd orta məktəbinin X sinfini bitirib. 

1960-cı ildən 1962-ci ilə kimi Bakı şəhərində 
“SU-49” tikinti idarəsində fəhlə işləyib. 1962- 
1965-ci illərdə hərbi xidmət keçib, zabit kimi tər- 
xis olunub. 1965-ci ildə ADTİ-nin (indiki ATU) müalicə-profilaktika 
fakültəsinə daxil olub, 1971-ci ildə ADTİ-nin müalicə-profilaktika 
fakültəsini fərqlənmə diplomu ilə bitirib. 

ADTİ-nin Elmi Şurası onun aspiranturada saxlanmasına qərar versə 
də, rayona qayıtmağı üstün tutmuş, 1971-ci ildən 1989-cu ilə kimi rayo- 
nun ən ucqar kəndlərindən olan Qarqışlaq kəndində baş həkim vəzifəsində 
işləmişdir. 1989-cu ildən Laçın RMX-nın baş həkimi vəzifəsində çalışır. 

Rayon səhiyyəsinə rəhbərlik etdiyi müddətdə əhaliyə göstərilən tibbi 
xidməti yaxşılaşdırmaq üçün böyük əmək sərf etmişdir. 150 çarpayılıq 
xəstəxana-poliklinika kompleksinin tikintisinin reallaşdırılmasına, orta 
tibbi kadrlara olan tələbatı nəzərə alıb Bakı 2 saylı Baza Tibb Məktəbinin 



35 




Laçın yurdu - №2(2), 2011 


Laçın filialının, RMX-da stomatoloji şöbənin açılmasına, Respublikanın 
Stomatoloji Mərkəzindən hərəkət edən stomatoloji maşının alınıb gətiril- 
məsinə, “Sağlamlıq-2000” proqramına əsasən, 14 həkim ambulatoriyası, 
iki 25 çarpayılıq xəstəxananın tikilib istifadəyə verilməsinə nail olmuşdur. 

Dağlıq Qarabağ hadisələri zamanı onun rəhbərliyi ilə 300 nəfərə 
yaxın ağır xəstə atəş altında Qubadlının Muradxanlı kəndindən vertolyot 
vasitəsi ilə evakuasiya edilib, respublikanın ixtisaslaşmış xəstəxanalarına 
çatdırılmışdır. Sərhəd kəndləri həkim briqadaları və təcili yardım maşın- 
ları ilə təmin edilmişdir. 

İşğal ərəfəsində özünümüdafiə batalyonunun əsgərlərinə, polis şö- 
bəsinin əməkdaşlarına, mülki əhaliyə tibbi xədmətin təşkilinə xüsusi diq- 
qət ayırmışdır. 

Laçın rayonu və onun ərazisi erməni hərbi birləşmələri tərəfindən 
işğal edildikdən sonra əhalinin 20 minə yaxmı Ağcabədi rayonunun La- 
çın rayonuna məxsus qış yataqlarında, qalan hissəsi respublikanın 58 şə- 
hər və rayonunda müvəqqəti məskunlaşmışdır. Rayon səhiyyəsinin heç 
bir maddi, texniki bazası olmayan bir dövrdə işğal edilməyən Güləbird 
kəndi istiqamətində, Ağcabədi qış yataqları ərazisində və digər rayon- 
larda əhaliyə tibbi xidmətin təşkilinə böyük ehtiyac duyulurdu. 

E. İsgəndərov respublikanın səhiyyə, rabitə, ticarət nazirlərinin müa- 
vinləri F. Cavadov, N. Əhmədov, T. Tarverdiyev və Laçın rayon Rabitə şö- 
bəsinin müdiri T. Bayramovla birlikdə Güləbird kəndi istiqamətində xid- 
mət sahələrini təşkil etmək üçün Qubadlı rayonundan Güləbird kəndinə 
gedərkən, Ermənistanın Qafan rayonu tərəfdən qrad atəşinə tutulur, ev- 
lərdə yanğın və dağıntı ilə yanaşı, ölüm hadisələri ilə üzləşirlər. Bu çətin- 
liklərə baxmayaraq Elçin həkim Güləbird kəndində qalan ailələrin və kö- 
nüllülərdən ibarət batalyonun tibbi, rabitə və ərzaq ilə təminatına rəh- 
bərlik edir. 

Hal-hazıra kimi 58 rayon və şəhərdə müvəqqəti məskunlaşan rayon 
əhalisinin səhiyyə problemlərinin həllində yaxından iştirak etməklə bə- 
rabər, rayonun ictimai siyasi həyatında da fəallıq göstərir. Ümummilii Li- 
derimiz Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin ide- 
yalarına həmişə sadiqdir. 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 85 illik yubleyin- 
də Səhiyyə Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. 2000-ci ilin noyabr 
ayının 2-də Respublika Prezidentinin Fərmanı ilə Əməkdar həkim fəxri 
adma layiq görülüb. QAC-ın yubiley medalı ilə təltif olunub. YAP-ın üz- 
vüdür. Ailəlidir, 5 övlad atasıdır. 

Ülviyyə ZAMANLI 


36 




Laçın yurdu - №2(2), 2011 


MƏKTƏBLƏRİMİZ 

LAÇIN RAYON 5№Lİ TAM ORTA MƏKTƏB 

Laçın rayon 5№li tam orta məktəbi Sumqayıt şəhərində 1992-ci 
ildən fəaliyyət göstərir. Şagirdlərin təlim-tərbiyəsi ilə 31 müəllim məşğul 
olur. 

Fəaliyyətə başladığı gündən məktəbə Əlipolad Həbib oğlu Əzizov 
rəhbərlik edir. 

Məktəbdə Laçın rayonunun müxtəlif kəndlərindən şagirdlər təhsil 
alırlar. Məktəb əvvəllər Sumqayıt Avtomobil Məktəbinin bazasında fəa- 
liyyət göstərirdi. Burda isə çox çətinliklər var idi. Əsasən də qış fəslində 
çətinliklər üzə çıxırdı. Amma təhsilin keyfiyyəti azalmırdı və çalışırdıq 
ki, bu çətinlikləri aradan götürək. Belə də oldu, artıq bütün çətinliklər ar- 
xada qalıb. 2007-ci il sentyabrın 15-dən məktəb yeni inşa edilmiş binaya 
köçürüldü. Laçın rayon İcra Hakimiyyətinin sabiq başçısı Elburus Təh- 
məzov dərs ilinin başlanması və yeni məktəb binasının istifadəyə veril- 
məsi münasibəti ilə məktəb kollektivini təbrik etmiş və gələcək fəaliyyət- 
lərində uğurlar arzulamışdı. 



Məktəb şagirdləri rəsm, inşa, idman yarışları müsabiqələrində vax- 
taşırı iştirak edir və nailiyyətlər əldə edirlər. 


Məktəbdə dərslər son 3 ildə kurikulum sisteminə əsaslanaraq apa- 
rılır. Bu işdə ibtidai sinif müəllimləri Adilə Nəbiyeva, Xatirə Əsədova, 
Nəcibə Ömərova və Rafiq Həsənovun üzərinə böyük məsuliyyət düşür. 

37 





Laçın yurdu - №2(2), 2011 


Pedaqoji kollektiv şagirdlərin təlim-tərbiyəsinə ciddi yanaşaraq onların 
layiqli vətəndaş kimi formalaşmasını həmişə diqqət mərkəzində saxlayır, 
əllərindən gələni əsirgəmirlər. 

Artıq neçə illərdir ki. Təhsil Nazirliyi tərəfindən keçirilən mərkəz- 
ləşmiş imtahandan məktəbimizin şagirdləri uğurla çıxırlar. Əlbəttə ki, 
zəhmət olan yerdə qazanc da böyük olar. Bu günə kimi məktəbimizin şa- 
girdləri buraxılış imtahanlarında yüksək nəticələr əldə etmişlər. Onu da 
qeyd edək ki, bu gün hər hansı bir məktəbin gücü onun yetirdiyi şagirdlə- 
rin ali məktəblərdə tutduğu yerlə ölçülür. Bu baxımdan da məktəbimiz 
həmişə seçilmişdir. 

Samirə BAYRAMOVA 


KİMLƏR KEÇDİ BU DÜNYADAN 

QARACA RƏSULOV 

Rəsulov Qaraca Nuralı oğlu 15 oktyabr 
1932-ci ildə Laçın rayonunun İmanlar kəndində 
doğulmuşdur. Orta məktəbi başa vurduqdan sonra 
1948-ci ildə Şuşa Kənd Təsərrüfatı Texnikumuna 
daxil olmuş və 1952-ci ildə texnikumu bitirmişdir. 

1952-ci ildən Minkənd, 1956-cı ildən isə 
Şəlvə kənd baytarlıq sahəsinin müdiri vəzifəsində 
işləmişdir. İşlədiyi müddətdə qiyabi yolla ali təh- 
sil almış, 1962-ci ildə Gəncə şəhərində S.Ağama- 
lıoğlu adma Azərbaycan Kənd Təsərrüfatı İnstitu- 
tuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) daxil olmuş, 1968-ci 
ildə ali təhsilini tamamlamışdır. 

1964-69-cu illərdə mərkəzi Daşlı kəndi olmaqla bir neçə kəndi 
özündə birləşdirən F.Engels adma kolxozun sədri, 1969-cu ildən Şəlvə 
kənd İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. 1977-ci ildə ye- 
nidən Şəlvə baytarlıq sahəsinin müdiri vəzifəsində işləyən Qaraca Rəsu- 
lov ömrünün son illərini məcburi köçkün statusu ilə yaşamış, Laçın həs- 
rəti ilə 2007-ci ildə dünyadan köçmüşdür. 

El ağsaqqalı kimi tanınan Qaraca Rəsulov onu tanıyanların yadda- 
şında sözübütöv, həmişə gücsüzün tərəfində olan təəssübkeş bir insan ki- 
mi qalıb. 



38 




Laçın yurdu - №2(2), 2011 


AXTAR BABALARI... 

BOLŞEVİK-ERMƏNİ TERRORUNUN 
QURBANI OLAN TÜRK KİŞİSİ 

Xəlilov Səfəralı Abdulkərim oğlu təxminən 
1890-cı ildə Zəngəzur qəzasının (Laçın rayonunun) 

Xaçınyalı kəndində anadan olmuşdur. 

Uşaqlıq illəri o qədər xoş keçməsə də, yetkin- 
lik yaşlarında öz bəlağəti və istedadı sayəsində mü- 
kəmməl olmasa da, dövrünün tələbinə uyğun biliyə 
yiyələnmişdir. 

Gəncliyi isə, ümumiyyətlə, Qafqazın və 
Azərbaycanın təlatümlü, eyni zamanda əhəmiyyətli dövrünə təsadüf etdi- 
yindən öz mütərəqqi düşüncə tərzi və baxışlarına görə bu prosesdən 
kənarda qalmamışdır. Belə ki, yaşadığı bölgədə böyük hörmətə və nüfuza 
malik olmaqla yanaşı, həm də yaşadığı zamana görə yaxşı vara-dövlətə 
sahib olmuşdur. Olduqca xeyriyyəçi, humanist xarakteri onu camaat 
içində daha da hörmətli etmişdir. Zamananın ağır və yoxsulluq şəraitində 
həmişə ev tikənlərə, toy edənlərə, ehtiyacı olanlara köməklik göstər- 
məkdən zövq almışdır. 

1915-191 8-ci illərdə Zəngəzurda ermənilərin törətdiyi vəhşiliklərə 
və işğala qarşı aparılan döyüşlərdə əmisi Qara Əkbər və əmisi oğlanları, 
həm də qayınları Niftalı və Seyfalı ilə birlikdə, digər Piçənisli döyüşçü- 
lərlə Kirs dağında, Şuşa yaxınlığında Sultan bəyin dəstəsində qəhrəman- 
lıqlar göstənnişdir. 

Müharibədən sonra Nuru Paşanın komandanlığı altında Qafqaz İs- 
lam Ordusu ilə gəlmiş Osmanlı əsgərlərindən iki nəfər yaralını aylarla 
evində saxlamış, sonra isə istəklərinə uyğun olaraq təmtəraqla Vətənlə- 
rinə yola salmışdır. 

Sultan bəylə şəxsi dostluq əlaqələrinin olması və Temir yüzbaşı ilə 
ailəvi dostluğu sonralar onun Xosrov bəy Sultanovla da yaxşı münasibət- 
lərinin qurulması ilə nəticələnmişdir. 

Milli dövlətçilik məfkurəsinin daşıyıcısı olaraq bu hərəkatın və ide- 
yanın müdafiəçisi olmağa çalışaraq, öz imkanları çərçivəsində bu pro- 
seslərdə çox səmimi iştirak etmişdir. Dəfələrlə Tiflisdə, Gəncədə Xosrov 
bəylə görüşmüş, burada “İttihad” partiyasının üzvləri ilə tanış olmuşdur. 
Bu tanışlıqlar sayəsində onun Nəsib bəy Yusifbəyli, Həmid bəy Şahtax- 
tinski, Nurməmməd bəy Şahsuvarov və digər “Müsavat” üzvləri ilə də isti 
münasibətləri yaranmış, özü də “Müsavat” partiyasının üzvü olmuşdur. 



39 




Laçın yurdu - №2(2), 2011 


Yaşadığı bölgədə, kənddə maarifçiliyə, mədəniyyətə dəstək vermiş, 
o dövr üçün olduqca mütərəqqi bir sahə sayılan teatrlar təşkil etmişdir. 
“O olmasın, bu olsun”, “Arşın mal alan” tamaşalarını səhnələşdirib gös- 
tərmişdir. 

Səfəralı Xəlilov oğluna yaxşı təhsil vermiş, mühasib ixtisasına yi- 
yəl əndirmişdir. Təəssüf ki, 1920-ci illərdə “qırmızı terror”un başlaması 
ilə vəziyyət dəyişmişdir. Bütün Qafqazı, xüsusilə Azərbaycanı bolşevik 
talanı bürümüşdür. Milli dövlətimizin, onun fədailərinin başı üzərini qara 
buludlar almış, ölkə işğal olunmuşdur. Bu işğaldan Səfəralı və onun ailə- 
si də “nəsibini” almışdır: əmlakı talan edilmiş, evi, mal-qarası, atlarının 
müsadirə edilməsi hesabına kolxoz qurulmuş, özü və ailəsi isə “xalq düş- 
məni” elan olunmuşdur. Dostları gedərkən ona da Türkiyəyə keçməyi 
məsləhət görsələr də, “mən arvad-uşağı soldatın ayaqaltısı edə bilmərəm” 
- deyərək etiraz etmişdir. 

O, 1930-cu ildə həbs olunaraq Qazaxıstana, oradan da Sibirə sürgün 
edilmiş, 1937-ci ildə qayıdıb gəlmişdir. Bir neçə ay doğmalarının arasın- 
da yaşasa da, 1937-ci ilin noyabr ayında yenidən həbs edilərək Şuşaya 
aparılmış, elə oradaca güllələnmişdir. Başqa say-seçmə Vətən oğulları ki- 
mi, bu boylu-buxunlu, yaraşıqlı Türk kişisi də bolşevik-erməni terroru- 
nun qurbanı olmuşdur. 

Əbülfəz 


ŞƏHİDLƏRİMİZ 

UNUDULMAZ QƏHRƏMAN 

1969-cu ildə Laçın rayonunun Hacıxanlı 
kəndində doğulan Xəlilov Həbib Sevindik oğlu 
ömrünün gənclik illərini düşmənlə mübarizəyə 
sərf etməyə məcbur oldu. Laçın dağlarında gedən 
ağır döyüşlərdə iştirak edən Həbib üzvü olduğu 
Laçın polis batalyonunun şərəfini həmişə uca tu- 
turdu. Dostları, həmkəndliləri Vüqar, Həmid, Ən- 
vər, Xuduş, Saleh, Rəfayıl, Nəriman, Rəhim, 
Həmdəm, Məzahir, Əli, Eyvaz, Nazim, Rasim, 
Mikayıl, Yaşar, Müşfiq, Şiralı, Qəhrəman, Ələmdar, Yunus, Əlizaminlə 
birlikdə çox ağır döyüşlərdən keçdi. 1994-cü il aprel ayının 21 -də Füzuli 
istiqamətində gedən ağır döyüşdə nankor düşmənlərimizin atdığı mərmi 
nəticəsində Rəfayıl, Nəriman və Mikayıl ağır yaralandılar. Həbib isə 
Vüqar və Həmidlə birlikdə şəhidlik zirvəsinə ucaldı. Allah rəhmət eləsin! 
Qoy bu igid oğullarımızın qəhrəmanlığı gələcək nəsillərə örnək olsun. 

Saleh ŞİRİNOV 



40 




Laçın yurdu - №2(2), 2011 


QARABAĞ MÜHARİBƏSİ DÖYÜŞÇÜSÜ 

İsgəndərov İlhami Əvəz oğlu 4 mart 1962- 
ci ildə Laçın rayonunun Ərikli kəndində doğul- 
muşdur. Ərikli kənd orta məktəbini 1979-cu ildə 
bitirmiş, 1 980- 1982-ci illərdə keçmiş Sovet Si- 
lahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 

1983- 1988-ci illərdə M.F.Axundov adma 
Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İns- 
titutunda (indiki Slavyan Universiteti) təhsil al- 
mışdır. Təhsil aldığı dövrdə institutun bədən tər- 
biyəsi kafedrasında idmanın ağırlıq qaldırma nö- 
vü ilə məşğul olmuşdur. Respublika daxilində ali 
məktəblər arası yarışın qalibi olduğu üçun 1988-ci ildə Belarusiya SSR- 
nin Vitebsk şəhərində SSRİ-nin ali məktəbləri arasında keçirilən ağırlıq 
qaldırma üzrə yarışda iştirak edərək qalib gəlmiş, SSRİ idman ustası 
adını qazanmışdır. 

1988-ci ildə ali təhsilini başa vurduqdan sonra ixtisası üzrə Laçın ra- 
yonunun Şamkənd kənd orta məktəbinə müəllim təyin edilmişdir. Müəl- 
lim işlədiyi dövrdə partiya fəallığına və təşkilatçılığına görə S.M.Kirov 
adma sovxozun ilk partiya təşkilat katibi vəzifəsinə seçilmişdir. 

1990-cı ilin faciəli 20 Yanvar hadisəsindən sonra Kommunist Parti- 
yasına etiraz olaraq partiyadan imtina etmiş, 1990-1992-ci illərdə rayo- 
nun yerli mətbuat orqanı olan «Laçın» qəzeti redaksiyasında müxbir kimi 
fəaliyyət göstərmişdir. Öz məqalələrində Sovet Rusiyasının Azərbaycana 
qarşı yeritdiyi mənfur siyasətin mahiyyətini açıqlamaqla rayonda azadlıq 
hərəkatının iştrakçısına çevrilmişdir. 

Laçın rayonunun işğalından sonra Laçın rayon Polis Şöbəsində ya- 
radılmış Könüllü Polis Batalyonunun tərkibində ennəni təcavüzünə qarşı 
başlayan əməliyyatlarda iştrak etmişdir. Laçın Könüllü Polis Batalyonu- 
nun döyüş fəaliyyəti 1993 -cü ilin aprelindən sonra Füzuli rayonunda da- 
vam etdirildi. Füzuli rayonunun Balabəhmənli kəndindən başlayaraq sol 
tərəfi Araz çayı, sağ tərəfi Əhmədbəyli kəndi olan məsafə enində, Cəbra- 
yıl rayonunun Cocuqmərcanlı kəndi də daxil olmaqla ərazilərin ennəni 
işğalçılarından təmizlənməsi uğrunda fasiləsiz döyüşmüşdür. Atəşkəs 
elan olunana qədər cəbhənin ən qaynar nöqtələrində mövqe tutan İlhami 
İsgəndərovu heç vaxt şöhrət, ad düşündürməmiş, Vətənini mənfür erməni 
işğalçılarından azad etmək, dövlətimizin ərazi bütövlüyünü qorumaq 
üçün savaşmışdır. «Qəhrəmanlıq naminə qəhrəmanlıq göstənnək qəh- 



41 



Laçın yurdu - №2(2), 2011 


rəmanlıq deyil» - ideyası altında vuruşmuş bir döyüşçü, sözün həqiqi 
mənasında əsl qəhrəman idi. 

1994-cü il atəşkəsdən sonra Laçın Rayon Polis Şöbəsində işini da- 
vam etdirərək ölkənin ictimai asayişini qorumaq, siyasi sabitliyini saxla- 
maq üçün öhdəsinə düşən vəzifə borcunu layiqincə yerinə yetirmişdir. İti 
zəkası, çevik polis davranışı, real münasibəti rəhbərlik tərəfindən layiqin- 
cə qiymətləndirilmişdir. O, polis polkovnik-leytenantı rütbəsinə layiq gö- 
rülmüş, Laçın Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinədək yüksəl- 
mişdir. 

Qarabağ müharibəsində şücaəti, dəyanəti və çevikliyi nəticəsində 
düşmənlərin gülləsindən yayman polis polkovnik-leytenantı İlhami 
İsgəndərov 3 dekabr 2004-cü il tarixdə bütün cəhdlərə baxmayaraq qara- 
ciyər serrozu xəstəliyindən dünyasını dəyişmişdir. Üç övladı var. 

Ramil CƏBRAYIL 


PUBLİSİSTİKA 

DOĞRUD ANMI QARABAĞ DÖYÜŞSÜZ TƏSLİM OLUNUB? 

Və ya Çingiz Mustafayevin kadrları niyə tipik görüntülər deyil? 

90-cı illərin əvvəllərində Dağlıq Qarabağ və ətraf rayonlarda baş 
verənlər uzaq keçmişdə qalmasa da və o qədər də qaranlıq olmasa da, o 
zamankı hadisələrə münasibət birmənalı deyil. Bu baxımdan Azərbaycan 
cəmiyyətinin təfəkküründə iki portret cızılıb. Birincisi, Dağlıq Qarabağ 
və ətraf rayonlar qanlı döyüş əməliyyatlarından sonra işğal olunub, ikin- 
cisi, bu ərazilər döyüşsüz-filansız ennənilərə verilib. 

Təəssüflə qeyd etməliyik ki, bu gün şəhər və kənd əhalisinin bir-bi- 
rinə münasibəti baxımından bir qədər neqativ mənzərə hiss olunmaqda- 
dır. Azərbaycan kəndlisi Azərbaycan şəhərlisini yumşaq desək, əxlaqi 
dəyərlərə qarşı gedən biri kimi qəbul edirsə, sıradan bir şəhərli belə tə- 
fəkküründə orta statistik Azərbaycan kəndlisini savadsız və dünyagörüşü 
yetərincə olmayan biri kimi canlandırır. Bu münasibət xüsusilə torpaq- 
larımızın işğalından sonra qaçqın və məcburi köçkün həmvətənlərimizin 
ölkənin digər şəhərlərinə üz tutmasından sonra qabarıq şəkildə özünü 
göstərməyə başladı. Şəhər camaatının kənd əhalisini həzm edə bilməməsi 
“torpaqlarınızı atıb qaçmısmız” kimi işlədilməsi ənənəyə dönən təh- 
qiramiz ifadə ilə culğalaşmaqda - assosiativlik tapmaqda idi. “Təsir əks 
təsirə bərabərdir” aksiomu ilə gəlmələrin də yerlilərə neqativ münasibəti 

42 




Laçın yurdu - №2(2), 2011 


yaranmalı idi və belə də oldu. Doğrudur, tədricən bu münasibət neytral- 
laşdı, ancaq “status-kvo”ya qayıtmaq mümkünsüz oldu. Təsadüfi deyil 
ki, qarabağlı ilə məsələn, bakılının bir-birinə münasibəti, bu, nə qədər 
normal olmasa da, bir çox dəyərlərə münasibət baxımından (və həmişə 
belə deyilsə də) qarşılıqlı “dodaqbüzmə” ilə müşayiət olunur. Hansı ki, 
azərbaycançılıq, eyni mentalitet bu baxışa da yer qoymamalı idi. 

Haşiyə: Burada əslində bəlkə də qeyri-adi heç nə yoxdur - kənd və 
şəhər insanları həmişə bir-birindən fərqləniblər. Bu fərq az qala şəhərlə 
kəndin fiziki-coğrafi və yaşam tərzindəki qədərdir. Həmişə belə olub - 
meşə və dağ adamı səhra adamından həmişə fərqlənib. “Bəlkə bölücülük 
üçün yalnız bir doğru yol vardır: insanları meşə adamlarma və səhra 
adamlarma bölmək. Şərqin içkisiz sərxoşluğu səhradan gəlir. Səhrada isti 
külək və qızmar qum insanları sərxoş edir. Səhra dünyası sadə və prob- 
lemsiz dünyadır. Meşə isə sularla doludur. Yalnız səhra su vermir, məh- 
sul vermir və heç nə vəd etmir. Lakin ruhun atəşi, qığılcımı meşədən gə- 
lir...” - deyə “Əli və Nino”da səhra adamı ilə meşə adamı müqayisə olu- 
nur. Bəli, həyat artıq bunu sübut edib - təəssübkeşlər səhradan gəlirlərsə, 
yaradıcılar meşədən və dağdan gələnlər olur. Qartallar dağlardan, pələng- 
lər isə cəngəlliklərdən çıxır... 

Qarabağın döyüşsüz təslim olunduğunu düşünənlər həm haqlı, həm 
də haqsız idilər. Xocalı hadisəsinin yaratdığı xof bir sıra hallarda Azər- 
baycana aid ərazilərin müqavimətsiz təslim olması ilə sonuclandı. Amma 
bu, bütünlükdə Qarabağın sakitcə tərki-silah olması demək deyildi. Am- 
ma bu cür rəyin fonnalaşmasında bir neçə faktor rol oynamışdı ki, biz 
onlardan demək olar ki, publika önündə heç vaxt qabardılmayan birinin 
üzərində dayanaq. 

Söz yox ki, milli qəhrəman, reportyor Çingiz Mustafayev hər bir 
azərbaycanlı üçün qürur mənbəyidir. Onun xüsusilə Xocalı faciəsi ilə bağ- 
lı kadrları Azərbaycanın müasir tarixinin itməməsi baxımından olduqca 
dəyərlidir. Ancaq gəlin onun Laçında çəkdiyi kadrları və bu kadrlardan 
bütün Azərbaycana səslənən məlumat xarakterli fikirləri xatırlayaq. Təx- 
minən belə: “Laçın uğrunda döyüşənlər indi burda gördüklərinizdir” (ətra- 
fındakı 100-150 əsgərə işarə edir), “Burdan Qubadlıyacan getdim, bir də- 
nə binamus, biqeyrət qayıtmadı”, “Hamınız qorxaqsız, hamınız arvadsız”, 
“Nə rəhbər, nə heç kim torpağı satmayıb, qorxub, tüpürüb qaçıblar”. 

Doğrudanmı, vəziyyət bu qədər eybəcər idi? Doğrudanmı, heç kim 
Qarabağda torpaq alveri etməmişdi, sadəcə, “qorxaqlar” o torpaqları atıb 
qaçmışdılar?! Doğrudanmı, alınmaz qalalarımız - Laçın və bundan 10 
gün öncə Şuşa bu qədər asanlıqla düşmənə təhvil verilmişdi? 


43 




Laçın yurdu - №2(2), 2011 


Laçında çəkilmiş kadrların birində Ç. Mustafayev kadra yaxınlaşa- 
raq deyir: “Bu gün ayın 16-sı, saat 1-dir, Laçın boşaldılır, ancaq Laçına 
nə bir dənə güllə, nə də bir dənə qəlpə atılmayıb”. 

Hansı ki, reportyorumuz bu məqamda yanılırdı. Hələ ayın 8, 9 və 
10-dan etibarən, Şuşanın işğalından dərhal sonra Laçın ağır texnikaların 
fasiləsiz atəşinə məruz qalmışdı. 

Digər bir tərəfdən, Laçın təkcə şəhərdən ibarət deyildi, onun 125 
kəndi var idi və o kəndlərin əksəriyyəti sonuna qədər müqavimət göstər- 
mişdi. Məsələn, Laçının sonuncu işğal olunan kəndi - Güləbird Laçının 
işğalından yalnız 1 il 3 ay sonra tutula bilmişdi. 

Qarabağda gedən siyasi oyunlar, torpaq alqı-satqısı isə mübahisəsiz 
məsələdir və Ç. Mustafayevin söylədikləri ilə həqiqət arasındakı dərin 
uçurum ortadadır... Hər ilin mayında ANS-in bu kadrları təkrar-təkrar 
göstərməsinin nəyə hesablandığını isə anlamaq çətindir. 

Bu yaxınlarda əlimə bir gündəlik keçdi. Könüllü döyüşçü Çingiz 
Məmmədovun Laçının Güləbird və ətraf kəndlərdə getmiş döyüşlər barə- 
də qeydləri reallığı daha çox əks etdirir. Gündəliyi soyuqqanlı oxumaq 
sadəcə mümkün deyil. 

Həmin gündəlikdən: - “Susuz dağ”a hücum başlanır. Bizi də bu is- 
tiqamətdə kömək üçün postdan geri çağırırlar. Həmin gün “Susuz dağ” 
istiqamətində şiddətli döyüş gedir, əməliyyat çox güclü alınır. Bizim atdı- 
ğımız qrantamyot mərmiləri ermənilərin postunu, sığınacağını darmada- 
ğın edir. Ennənilər 9 nəfər itki verərək postu qoyub qaçmağa məcbur 
olurlar. Həmin gecə güclü yağış başlayır. Biz acından bir təhər olmuşuq. 
Səhər açılar-açılmaz meyitləri də götürüb Güləbirdə gəlirik. Meyitlərdən 
biri isə azərbaycanlı - Laçınlı İsa müəllim imiş. Sən demə, ermənilər onu 
Laçın işğal olunanda girov götürüblərmiş... 

Yenə həmin gündəlikdən: - İki gün sonra isə Qızartı yüksəkliyinə 
hücum başlanır. Bir neçə saatın içində ermənilər postlarını qoyub qaçır- 
lar... Bundan bir gün sonra isə Güləbird üçüncü şəhidini verir. Alış Mal- 
xələfdə ermənilərin qoyduğu minanın qurbanı olur. 

Minatəmizləyən dəstənin komandanı sonralar bu hadisəni bu cür 
nəql edir: 

- Alış o əraziləri yaxşı tanıdığından bizə çox kömək edirdi. O, mina 
ilə işləməyi də pis mənimsəməmişdi. Ancaq bu dəfə minanı çıxararkən 
onun sadəcə, bəxti gətirməmişdi. O, piyada mərmisini tapdı, həmin yeri 
qazdı, ancaq sən demə, piyada mərmisinin altında tank əleyhinə mina da 
varmış, üstdəkini qaldırarkən yəqin ki, tank minası işə düşüb və partlayış 
baş verib. 


44 




Laçın yurdu - №2(2), 2011 


Həmin hadisələri Laçın rayon Polis İdarəsinin sabiq rəisi Akif 
Səlimov da yaxşı xatırlayır. 

Onun xatirələrindən: - Ermənistanın Laçınla sərhədlərdəki görü- 
nən mövqelərində rus hərbiçiləri tank və BMP-lərlə dayanmışdılar. Rus- 
lar psixoloji hücum effektli hərəkətlər nümayiş etdirsələr də, dinc əhaliyə 
atəş açmırdılar. Ancaq artileriyada olan ruslar Laçın şəhərini qarış-qarış 
vururdu. Mən, rəis müavini Telman Tanrıverdiyev və bir neçə döyüşçü 
mövqedən Kornidzor kəndi ərazisini binokolla müşahidə edərkən Laçına 
atəş açan topların alovlarını gördük və bizim topla oranı vurdurduq. Hə- 
min vaxt ratsiyada bizim xəttə rusca təmiz danışan bir şəxs girdi. O dedi 
ki, mən Sibirdən olan rusam. Bu torpaqları boşaldacağıq. Mən təbii ki, 
ona kim olduğumu demədən izah etdim ki, Alik, sən russan, bu müharibə 
ermənilərlə bizimdir. Niyə bizə qarşı döyüşürsən? 

Alik belə cavab verdi ki, burda siyasət də var, pul da. 

Siz bizi dəvət edin gələk. Bu Laçının işğalından iki 
gün qabaq idi. 


Vüsal MƏMMƏDOV, 
“168 saat” qəzetinin baş redaktoru 



İDMANÇILARIMIZ 

SAHİL XƏLİLOV 


Xəlilov Sahil Bayram oğlu 1995-ci 
ildə anadan olub. İdmana böyük həvəs 
göstərən Sahil Rəşad Abbasovun rəh- 
bərliyi altında məşqlərə başlayıb. 

O, 2008-ci ildə Gürcüstanda keçiri- 
lən Qafqaz ölkələrinin çempionatında III 
yeri, 201 1-ci ildə isə II yeri tutub. 

2011-ci ildə Türkiyədə keçirilən 
Dünya çempionatında III yeri tutaraq bü- 
rünc mükafata sahib olub. 



45 




Laçın yurdu - №2(2), 2011 


POEZİYA 


Elman ELSEVƏR 

Elman İsaq oğlu Mirzəyev 1948-ci il okt- 
yabrın 3-də Laçın şəhərində ziyalı ailəsində ana- 
dan olub. İlk şeiri 1965-ci ilin noyabr ayında 
“Kənd həyatı”qəzetində çap olunub. 

1966-cı ildə Laçın şəhər 1 saylı orta məktə- 
bini bitirərək Azərbaycan Dövlət Universitetinin 
(indiki BDU) jurnalistika fakültəsinə daxil olub. 

Tələbəlik illərində, eləcə də universiteti bi- 
tirdikdən sonra “Kommunist”, “Sovet kəndi”, 

“Bakı”, “Azərbaycan gəncləri”, ”Bakinskiy ra- 
boçi”, ”Vışka”, ”Molodyoj Azerbaydjana” qəzetlərində və “Kirpi”, 
“Kənd həyatı”, “Azərbaycan”, “Ulduz” jurnallarında işıq üzü görən bədii, 
publisistik yazıları həmişə bənzərsizliyi ilə diqqət çəkib. Oçerk və heka- 
yələri dəfələrlə Azərbaycan Dövlət Radiosunda keçirilən müsabiqələrdə 
qalib gəlib. 

1980-ci ildə SSRİ Jurnalistlər İttifaqına qəbul edilib və həmin ildən 
1991-ci ilədək Azərbaycan Jurnalistlər İttifaqının Laçın rayon təşkilatının 
katibi olub. İki dəfə Azərbaycan Jurnalistlərinin qurultayında rəyasət he- 
yətinə üzv seçilib. 

Elman müəllim müxtəlif illərdə Azərbaycan Dövlət Teleradio şirkə- 
tində jurnalist, Laçın Rayon Bədən Tərbiyəsi və İdman Komitəsinin səd- 
ri, ”Şuşa” qəzetində kənd təsərrüfatı şöbəsinin müdiri, ”Laçın” qəzetində 
şöbə müdiri, məsul katib, redaktor müavini. Laçın rayon Audit şöbəsinin 
rəisi və digər işlərdə çalışıb. 



Meşədə tənha ağacam 


Yollar açıb, atlar yordum, 
dağlar yurdum, düzlər yurdum. 
Tündə tünddüm, nura nurdum, 
vurulub qollarım, yoxdu. 

Bir üz qara, bir üz ağa 
sığammayan uca dağam. 

Od saçan diri bayrağam - 
Soyulmuşam, dərim yoxdu. 


Meşədə tənha ağacam, 
Günəm, içimdən doğacam. 

... Dolan buludam, yağacam, 
boşalmağa yerim yoxdu. 

Dünya dünya-dünyadımı, 
yüz yerə böldü adımı. 

Elə həmin dünyadımı - 
dünyadan xəbərim yoxdu. 


46 



Laçın yurdu - №2(2), 2011 


Palıd 

Uşaqlıq dostum Malik Fərruxun xatirəsinə 
Yaşıl çətir idi 

yol kənarında - 

Məğrur. Tənha. Uca. 

Başı qışdan qışa dəymişdi 
palıd Palıd olunca. 

Yolçular dincəlirdi kölgəsində... 

Yox, onu aşırmadı qasırğa 
bir payız gövdəsindən. 

Kölgəsində ocaq çatıb 
biş-düş edən biçinçilər 
soluxan gördü yarpaqlarını 
bir axşamüstü dönərkən biçindən. 

Söyüd deyildi ki, arx kənarında, 
dözmədi susuzluğuna vaxtın, 
qurudu içindən! 

1999-cu il 

Köçkün Ramiz 

Bu şəhərin içində - 
içində bir dənizin 

səmt küləyi gözləyən yelkənli ağ gəmiyəm. 

Bu dənizin içində- 
içində ağ gəminin 

marağı gözdən daşan 
qərib səyyah kimiyəm. 

Qalxıb-enir içindən dəniz mənim içimdə. 

Enib qalxan, 

qalxıb-enən dalğalara baxıram... 
gah düşürəm dərəyə, 

bax, təpəyə qalxıram yelkəni ağ gəmitək 
mən dənizin içində. 

Dalğalanır yelkənim... 

Nə qəribə havadı, 

göy üzündə xoşbəxt-xoşbəxt qaqqıldaşır qağayılar. 
Səmt küləyi qalxan kimi 
Sizi deyib, 

üzəcəyəm, ulu dağlar! 

2003-cii il 


Al 




Laçın yurdu - №2(2), 2011 


Məmməd əmi 

Yazın ağzın boza verib, 
yayı yolda toza verib, 

Könlümü payıza verib 
içiylə çıxıb gedirəm. 

Atım vardı, yol tapmadım, 
yol tapanda at tapmadım. 

Bir qaşqa qəmər çapmadım, 
cıdıra baxıb gedirəm. 

Muradlarım düzdə qalır, 
umudlarım sizdə qalır. 

Gözüm o tay üzdə qalır, 
gözümdən axıb gedirəm. 

Söz-söz pardaxlanan Səhər 

F ələklər yandı ahımdan, muradım şəmi yanmazmı? 

Məhəmməd Füzuli 

Alovlanıb əridikcə 
ahı, fəğanı içindən, 

Alovlanıb, ərimədi 
ahın, fəğanın içindən. 

Gecə söz-söz ömür çatdı, 
ömrə söz-söz ömür çatdı. 

Dür sözü gücə çatmadı, 
gücü elə sözə çatdı. 

Ağrı-ağrı incə sözlər 
inci-inci beyt toxudu - 
Fikir-fikir dərinliklər 
nurlanıb rəng-rəng oxudu... 

İşıq kölgədən öncədi, 

Kölgə işıq sönüncədi. 

Pardaxlanır söz-söz Səhər, 

Dan üzü bəyaz qönçədi. 

2002-ci il 


48 




Laçın yurdu - №2(2), 2011 


İDMANÇILARIMIZ 


XANƏLİ RƏSULOV 


Rəsulov Xanəli Nofəl oğlu 1996-cı ildə 
Sumqayıtda, ailəsinin müvəqqəti məskunlaşdığı 
Sarıqayada anadan olub. 2002-ci ildə məskunlaş- 
dığı ərazidə fəaliyyət göstərən Laçın rayon 21№li 
tam orta məktəbin I sinfinə gedib. 

Kiçik yaşlarından idmana böyük maraq 
göstərən Xanəli “Nəqşi-Cahan” cüdo idman klu- 
bunda məşqlərə başlayır. Ona idmanın bu növünü 
sevdirən məşqçi Akif Qədimovun etimadını doğ- 
ruldur və idmana marağının ötəri olmadığını 
uğurları ilə təsdiqləyir. 

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə 
2009-cu ildə 1995-1996-cı il təvəllüdlü oğlanlar arasında keçirilən ya- 
rışda 42 kq çəki dərəcəsində III yeri tutur. 

Sumqayıt şəhərinin 60 illik yubileyinə həsr olunmuş turnirdə də qə- 
ləbə qazanır və xüsusi diplomla mükafatlandırılır. 

İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər idman məktə- 
binin cüdo üzrə 1996-1998-ci il təvəllüdlü oğlanlar arasında açıq birin- 
ciliyində isə ən yüksək pilləyə ucalaraq I yerin sahibi olur. 

Bir-birinin ardınca qələbələrini təkrarlayan Xanəli 2010-cu ildə Xo- 
calı, 2011-ci ildə isə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş id- 
man yarışlarında da diplomlara layiq görülür. 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə ümum- 
milli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edil- 
miş açıq birincilikdə III yerlə kifayətlənən Xanəli “5 mart - bədən tərbi- 
yəsi və idman günü”nə həsr olunmuş yarışda yenidən birinciliyini qoru- 
yur. 

Hələ yeniyetməlik dövrünü yaşayan, Mehdi Hüseynzadə adma 
Sumqayıt şəhər İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər id- 
man məktəbinin yetirməsi olan Xanəli Rəsulovu qarşıda daha böyük nai- 
liyyətlər gözləyir. Arzumuz budur ki, o, Avropa və dünya çempionatla- 
rında üçrəngli bayrağımızı daim yüksəklərə qaldırsın. 

Təqdim etdi : 
Rəşid RƏSULOV 



49 




Laçın yurdu - №2(2), 2011 


“LAÇINDA “SƏNÖLÜMÜZ“, “MƏNÖLÜMÜZ”, 
“ÇÖRƏK HAQQIMIZ” QALDI” 

Müsahibimiz Azərbaycan ikinci dəfə 
müstəqilliyinə qovuşduqdan sonra Laçın 
rayonunun ilk icra başçısı olmuş dəyərli 
ziyalımız, memar Azər Məmmədovdur. 

- Azər müəllim, xoş gördük, necəsiniz? Havalar da yaman isti 
keçir, neyləyirsiniz? 

- Dözürük də, neyləyək ki, həyatdı, istisi də var, soyuğu da. Soyuğa 
da dözürük, istiyə də, köçkünlüyə də. Nə bilim, qismətimiz bu imiş, kök- 
süz ağac kimiyik. Mən həmişə demişəm ki, laçınlılar kökünün üstündə 
deyil, çıxarılıb bir başqa yerdə əkilən ağaca bənzəyir. Biz kök ata bilmi- 
rik, ona görə də yaşlı nəslimizin çoxu gedib, Laçının itkisi həddindən çox 
olub. Bir dəfə biri dedi ki, “Laçın, Laçın” deyirsiz, nədi ey bu dağ ca- 
maatı... Bir epizodu xatırlatdım. İçərişəhərdə ofisim vardı. Metroyla ge- 
dib-gəlirdim. Bir dəfə metronun çıxışında dilənən qadın gördüm. Laçında 
şəhər sovetinin sədri işlədiyim vaxt bir-biriylə çəpər, yol davası eləyən 
iki qonşu qadından birinə oxşatdım. Özü də davakar olmayan, sakit, haqlı 
hesab etdiyim qadına. Sarsıldım, narahatlıq keçirdim. Geri qayıdıb o biri- 
si keçiddən çıxdım. Baxdım ki, o deyil, elə bil çiynimdən ağır bir yük gö- 
türüldü, yüngülləşdim. Bax laçınlı budur, ən çətin anda da qürurunu sax- 
layır, özünü sındırmır, əyilmir. 

- Sizi Laçın ictimaiyyəti yaxşı tanıyır, ancaq istərdik ki, haqqı- 
nızda bioqrafik məlumatları öz dilinizdən eşidək. 

- 1954-cü ildə Hoçaz kəndində anadan olmuşam. Qardaşım 1959-cu 
ildən Sumqayıt şəhərində işləyirdi, qısa müddətdə orada mənzil almışdı. 
1961-ci ildə kənddə cəmi 1 ay məktəbə getmişdim ki, qardaşım məni özü 
ilə Sumqayıta apardı, 1-ci mikrorayonda yeni açılmış 5 nömrəli məktəb- 
də təhsil almalı oldum. Bəlkə də memarlığa, incəsənətə marağıma Sum- 
qayıtdakı dərnəklərin təsiri oldu. 7-ci sinifdə oxuyanda qardaşım xəstə- 
lənmişdi. O vaxtlar Sumqayıtda çox sayda kimya zavodları tam gücü ilə 
işləyirdi. Bu zavodların atmosferə buraxdığı zəhərli qazlar şəhərin hava- 
sını çox acınacaqlı hala salmışdı. 1967-ci ildə Sumqayıta qonaq gəlmiş 
atam bu vəziyyəti görüb məni də, qardaşımın ailəsini də Laçına qaytardı 
və mən 7-8-ci sinfi Hoçazda, 9-10-cu sinifləri isə Laçın şəhərindəki 1 
№li orta məktəbdə oxudum. 197 1-ci ildə orta məktəbi bitirib Politexnik 
İnstitutunun (indiki Texniki Universitet) memarlıq fakültəsinə daxil ol- 
dum. 1975-ci ildə Politexnik İnstitutunun inşaat profilli fakültələrinin ba- 

50 




Laçın yurdu - №2(2), 2011 


zasında İnşaat Mühəndisləri İnstitutu (indiki Memarlıq və İnşaat Uni- 
versiteti) yaradıldı və mən 1976-cı ildə İnşaat Mühəndisləri İnstitutunu 
bitirib Laçın rayon rəhbərliyinin rəsmi tələbnaməsi əsasında 1976-cı ilin 
oktyabr ayından Laçın rayonunun baş memarı kimi əmək fəaliyyətinə 
başladım. 

1984-cü ildə Laçın Səhər Soveti İcraiyyə Komitəsinin sədri seçil- 
dim. 1989-cu ildə rəhmətlik Muradxan Cabbarov Zəngilan rayon Partiya 
Komitəsinin I katibi vəzifəsindən azad olunduqdan sonra Laçına qayıtdı 
və onun işlə təmin olunması zərurəti ortaya çıxdı. Bir neçə idarə rəhbəri- 
nə başqa işə keçib tutduğu vəzifəni Muradxan müəllimə vermək təklif 
olunsa da, heç biri daşıdığı vəzifədən könüllü şəkildə getmək istəmədi . 
Bu məsələni eşidib o dövrdə Laçın Rayon Partiya Komitəsinin birinci 
katibi vəzifəsində işləyən rəhmətlik Xanlar müəllimin yanma getdim və 
Muradxan müəllimin rayonumuzda, xüsusilə də Laçın şəhərində böyük 
zəhməti olduğunu, ağsaqqalığını nəzərə alıb könüllü olaraq daşıdığım və- 
zifəni ona vermək istədiyimi bildirdim. Mənim təklifim Xanlar müəllim 
üçün gözlənilməz oldu, dedi ki, sən cavansan, yaxşı mütəxəssissən, işin- 
dən də razıyıq, get öz işində çalış, biz Muradxan müəllimi münasib işlə 
təmin edəcəyik. Mən isə təkid edib Muradxan müəllimlə baş memar kimi 
daha çox iş görmək imkanım olacağını bildirdim. Xanlar müəllim, nəha- 
yət, mənim təklifimlə razılaşdı. Bir neçə saatdan sonra məni kabinetinə 
çağırtdırdı. Muradxan müəllim də orada idi. O mənə bildirdi ki, Murad- 
xan müəllim sənin könüllü olaraq Şəhər Sovetinin sədri vəzifəsini ona 
vermək istədiyinə inanmır. Mən Xanlar müəllimə dediklərimi yenidən 
təkrarladım. Lakin Laçınımızı respublikanın ən gözəl şəhərinə çevirmək 
arzumuzu həyata keçirmək məlum Qarabağ hadisələri ilə əlaqədar müm- 
kün olmadı. 

Sonra da Rayon İcraiyyə Komitəsi, Rayon Partiya Komtəsi ləğv 
olundu, yeni İcra Hakimiyyəti Aparatı yarandı, onda mən də oldum İcra 
Hakimiyyətində şöbə müdiri. 1990-91- ci illərdə İcra Hakimiyyətinin ti- 
kinti şöbəsinin müdiri olaraq şəhərin abadlığından çox, müdafiə obyekt- 
ləri ilə əlaqədar işlərlə məşğul oldum. Təəssüflər olsun ki, Laçın torpa- 
ğında şərəfli ölüm əvəzinə, 1992-ci ilin may ayında mənə Bakı şəhərində 
məcburi köçkünlük taleyi qismət oldu. 

Laçınlıların bir xeyli hissəsi “Yeni Günəşli” massivində hələ su, ka- 
nalizasiya xətləri qoşulmayan, tikintisi başa çatdırılmamış binalarda yer- 
ləşmişdi. Mən də bu massivdə məskunlaşanlardan biri idim. Bir neçə la- 
çınlı ilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının qəbuluna getdik, və- 
ziyyəti ona izah edib bildirdik ki, qanuni, qanunsuz, yığışmışıq bu binala- 
ra, siz onsuz da bu binalara su, kanalizasiya xətləri çəkməlisiniz. Göstəriş 

51 




Laçın yurdu - №2(2), 2011 


verin tikinti təşkilatları binaların kanalizasiya, su xətlərini təcili düzəlt- 
sinlər, məskunlaşmış əhaliyə isə toxunmasınlar. Laçın işğaldan azad olu- 
nan kimi biz həmin mənzilləri sizə qaytaracağıq. (Çox təəssüf ki, o vaxtkı 
icra başçısı bizə verdiyi sözə əməl etdi, biz isə indiyədək verdiyimiz sözü 
yerinə yetirə bilməmişik. Nə Laçını işğaldan azad etmişik, nə də mən- 
zilləri geri qaytarmışıq). İcra başçısının yanından çıxanda bizimlə olan- 
lardan bir nəfər dedi ki, laçınlılar bu gün Milli Məclisin qarşısına top- 
laşırlar, gəlin biz də ora gedək. 

Milli Məclisin qarşısına gəldik. Orada 400-500 adam toplaşmışdı. 
Milli Məclis rəhbərliyi ilə əlaqə yaradılmış və qərara alınmışdı ki, toplan- 
tı iştirakçılarından 7 nəfər nümayəndə seçilsin, həmin nümayəndələr top- 
lantı iştirakçılarının tələb və istəklərini Milli Məclisin rəhbərliyinə çatdır- 
sınlar. Biz oraya çatanda qəbula girəcək 6-cı nümayəndənin kimliyi mü- 
zakirə olunurdu. Maşından düşdüyümü görənlər mənim də nümayəndələ- 
rin tərkibinə salınmağımı təklif etdilər və mən də Milli Məclis rəhbərliyi 
ilə görüşmək üçün seçilmiş 6 nəfər nümayəndə ilə qəbul otağına getdim. 

Bizi o vaxtlar millət vəkili, Prezidentin müşaviri Arif Hacıyev qə- 
bul elədi. Müzakirənin əsas mövzusu hələ də müvəqqəti məskunlaşmaq 
üçün yer tapmayan, aralıqda qalan əhalinin məskunlaşmasına dövlət sə- 
viyyəsində kömək göstərmək, qanuni-qanunsuz məskunlaşmış əhalinin 
məskunlaşdığı binalardan Laçın rayonu işğaldan azad olunanadək çıxarıl- 
maması barədə əlaqədar orqanlara rəsmi göstəriş vermək, Laçını işğaldan 
azad etmək idi. 

Arif bəy toplantı iştirakçılarının bu tələblərinə anlayışla yanaşdı və 
bizdən xahiş etdi ki, bu gündən sonra qapıların sındırılaraq yeni mənzillə- 
rin özbaşına tutulmasına, xüsusilə də rusların mənzillərində məskunlaş- 
maya yol verilməsin. Bu faktlardan Rusiya bizim əleyhimizə istifadə edə 
bilər. O, məskunlaşmamış əhalinin boş yataqxanalarda, pansionatlarda 
yerləşdirilməsi və bu günədək məskunlaşmış əhalinin məskunlaşdığı 
mənzillərdən çıxarılmaması barədə əlaqədar dövlət qurumlarına göstəriş 
veriləcəyini dedi. Müzakirə olunacaq məsələlər bitdiyinə görə, ayağa qal- 
xıb qəbul otağından çıxmaq istərkən Arif bəy bizə müraciət edərək soruş- 
du ki, kimin Laçına icra başçısı təyin olunmasını istərdiz? Sual hamı 
üçün gözlənilməz oldu. Hamı təəccüblə Arif bəyə baxdı. 

- Sizə verəcəyimiz növbəti sualın üstünə gəlirsiniz. 

- Bu, nağıllarda quş uçurtmaq məsələsinə bənzəyirdi (Gülür). Bizim 
üçün bu sual doğrudan da gözlənilməz idi. Sovet hakimiyyəti dönəmində 
rayon rəhbərliyi yuxarılar tərəfindən müəyyənləşdirilər, formal olaraq 
yerlərdə təsdiqlənərdi. Bizim Xanlar müəllimin işdən çıxarılacağı barədə 

52 




Laçın yurdu - №2(2), 2011 


də məlumatımız yox idi. Bir neçə nəfər Xanlar müəllimin yaxşı adam ol- 
duğunu, elə onun öz vəzifəsində saxlanmasını məqsədə müvafiq saydılar. 
Arif bəy dedi ki, indi yeni siyasi hakimiyyət iqtidara gəlib. Köhnə icra 
başçısı mütləq dəyişilməlidir. Bir neçə laçınlının adı çəkildi və mənim 
adım da bu siyahıya düşdü. Laçınlı nümayəndələr mənim uzun müddət 
rəhbər dövlət orqanlarında işləməyimi, həm laçınlıların məni, həm də 
mənim laçınlıları yaxşı tanıdığımı bildirdilər. Arif bəy müzakirəni dayan- 
dırıb adları çəkilən namizədlər barədə düşünəcəklərini deyib bizimlə xu- 
dahafizləşdi. 

İki gündən sonra məni Prezident Aparatına çağırdılar. Prezident 
aparatında məni Ərazi İdarəetmə şöbəsinin müdiri, dövlət müşaviri 
A.Hacıyev və dövlət katibi P.Hüseynov qəbul etdi. Söhbətimiz çox qısa 
oldu. Arif bəy dedi ki, biz Bakı şəhərində yaşayan nüfuzlu və tanınmış 
laçınlılarla məsləhətləşmələr apararaq qərara gəlmişik ki, sizi Laçın rayo- 
nuna icra başçısı təyin edək. İstərdik ki, sizin bizim bu təklifə münasibə- 
tinizi eşidək. Dedim ki, Laçın rayonu yoxdur, işğaldadır, olmayan rayona 
necə icra başçısı qoyursunuz? Bunu anlamıram, hərə dağılıb bir tərəfə. 

Pənah bəy dedi ki, narahat olma, Laçının işğaldan azad olunması 
dövlətin vəzifəsidir və biz bu yaxınlarda Laçını da, Qarabağımızı da iş- 
ğaldan azad edəcəyik. Sənin əsas vəzifən Laçın əhalisini öz yurd yuvala- 
rına qaytarmaq və rayonun dağılmış infrastrukturunu qısa müddətdə bər- 
pa etmək olacaqdır. Bu missiyanı yerinə yetirə biləcəksənmi? 

Onlarda belə bir fikir yaranmışdı ki, Laçın camaatını ora qaytarmaq 
çətindir. Elə bilirdilər ki, biz bir ucqar yerdən qaçıb gəlmişik, burada qal- 
mağa bəhanə axtarırıq. Onları inandırdım ki, belə problem olmayacaq. 
Dedim ki, Laçın işğaldan azad olunandan sonra əhalimizin 90-95 faizi öz 
yurd-yuvalarına qayıdacaq, buna heç bir şübhəniz olmasın. İnfrastruktu- 
run bərpası isə mənim üçün çətin olmayacaq, bu məsələni sizin kömə- 
yinizlə inşaallah həll edərik. Əsas məsələ Laçının işğaldan azad olunma- 
sıdır. Sonra Arif bəy dedi ki, biz sənin Laçının icra başçısı kimi təqdimat 
mərasimini Ağcabədidə keçirmək istəyirik, necə fikirləşirsən, oradakı 
əhali səni qəbul edəcəkmi? Bildirdim ki, laçınlılar mənə qarşı hörmətsiz- 
lik etməzlər, arxayın olun, heç bir problem olmayacaq. 

Ertəsi gün Nazirlər Sovetinin sədr müavini Gülməmmədovla birlik- 
də vertalyotla Ağcabədi şəhərinə getdik. Ağcabədinin İcra Hakimiyyəti- 
nin akt zalında Laçının aktivləri toplaşmışdı. İcra başçısı rəhmətlik Xan- 
lar müəllim, Rayon Sovetinin sədri Səlim müəllim və rayonun idarə, 
müəsissə rəhbərləri də orada idilər. Gülməmmədov tədbiri açıb Preziden- 
tin fənnanını oxudu, mənə uğurlar diləyərək qarşıda duran vəzifələrdən 


53 




Laçın yurdu - №2(2), 2011 


qısa danışdı. Sonra Xanlar müəllim söz alıb mənim təyinatımın hamının 
ürəyincə olduğunu və lazımı köməklik göstərəcəklərini bildirdi. Səlim 
müəllim, digər çıxış eləyənlər də barəmdə xoş sözlər söylədilər. Axırda 
söz alıb dedim ki, bir neçə namizədin içərisindən mənim icra başçısı tə- 
yin olunmağımin bir əsası var, o da doğma Laçınımızın işğaldan azad 
olunması yolunda uzatdığım əli bu gün hamının tutacağına əminlikdir, bu 
da günümüz üçün ən önəmli məsələdir. 

Bakıdan gəlmiş qonaqları vertalyotla geriyə yola salıb rayonun Ağ- 
cabədidə yerləşən qərargahına gəldim. Qərargah üzvüləri ilə söhbət edib 
vəziyyətlə tanış oldum. Durum təsəvvür etdiyimdən dəfələrlə ağır idi. 

Gecə Ağcabədənin mənə tanış olmayan istisində çarpayıya uzanıb 
səhərədək “nədən başlayım?” sualı ətrafında düşünməyə başladım. 

Məndə olan məlumata əsəsən, cənubdan Laçının Cicimli-Güləbird- 
Suarası istiqamətindəki, şimaldan isə Şamkənd zonasındakı kəndlərimiz 
hələ işğal olunmamışdı. Birinci növbədə bu kəndlərin müdafiəsini möh- 
kəmlətmək, ermənilərin hücumunun qarşısın almaq lazım idi. Bunun 
üçün isə respublikanın 60-dan çox rayonuna səpələnmiş əhalini axtarıb 
tapmaq, rayonun dağılmış infrastrukturunu bərpa etməkdən ötəri ayrı- 
ayrı rayonlara səpələnmiş idarə, müəsisə işçilərinin Ağcabədi rayonunun 
Taxtakörpü qəsəbəsində işə çıxması lazım idi. 

Adətən iyun ayında arandan yaylağa köç eləməli olan mal-qara və 
qoyun-quzu sürüləri Ağcabədinin bu cırhacır istisində ortalıqda qalmışdı. 
Bu azmış kimi yaylaqda olan mal-qara və qoyun-quzu sürüləri də yaylaq- 
dan qışlağa tökülmüşdü. Mal-qara və qoyun-quzu arasında qızdırma baş- 
lamışdı. Hansı vasitə iləsə yaylaq yeri alanlar isə mal-qaranı, qoyun-qu- 
zunu daşımaq üçün maşın tapa bilmirdilər. Sürücülər idarə etdikləri ma- 
şınlarına ailəsini, yorğan-döşəyini yığıb hansısa rayona aparmışdılar. Hə- 
ləlik yerləri məlum deyildi. 

Doğma torpaqlarımıza təcavüz edən mənfur ermənilərin qarşısını 
almaq üçün isə səfərbərlik elan edib əli silah tutanları orduya çağırmaq 
lazım idi. Hələlik ümidimizi könüllülərə bağlamışdıq. 

Bunları fikirləşdikcə hansı yükün altına girdiyimi indi dərk edirdim. 
Bütün bu fikirlər altında dan yerinin ağardığını hiss etdim və yadıma bir 
lətifə düşdü: - Bir nəfər dəli olmuş inəyini bazara aparır. Başlayır inəyi 
tərifləməyə. Bir alıcı yaxınlaşıb inək yiyəsindən soruşur ki, qardaş, bu 
inəyin əgər dediyin kimi təriflidirsə niyə satırsan? İnəyin nöqsanını de, 
alım. İnək yiyəsi deyir ki, qardaş, əgər inəyi alsan bu gündən mənim çı- 
rağım sönəcək, sənin çırağın isə yanacaq. Alıcıya bu cavab xoş gəlir və 
inəyi alır. Gecə yatmaq istərkən görür ki, bu gün aldığı inək böyürür. 


54 




Laçın yurdu - №2(2), 2011 


Lampanı götürüb tövləyə gələn kimi inək səsini kəsir. Kişi qayıdıb yat- 
maq istərkən inək yenə böyürür. Çırağı götürüb tövləyə qaçır. İnək kişini 
görən kimi səsini kəsir. Beləliklə, kişi səhərədək lampanı yandırıb inəyin 
yanında oturur. Səhər dan yeri ağaranda inək satan kişinin inəyin nöqsanı 
barədə dediyi sözlər yadına duşur. Və kişinin nə dediyini indi anlayır. 

Dan yerinin ağardığını görüb mən də o vaxt anladım ki, rəhmətlik 
Xanlar müəllimin çırağını söndürüb, mənim çırağımı yandırıblar. Geriyə 
yol yox idi. 

İlk növbədə Güləbirdə getdim. Güləbirdli Vaqif könüllüləri başına 
toplayıb Güləbird, Cicimli, Qazıdərə, Suarası, Fərəcan, Xanalılar, Səfian 
və Türklər kəndlərini müdafiə edərək bu kəndlərə ermənilərin girməyinə 
imkan verməmişdi. Güləbird körpüsü üzərindəki “Bayatı” pavilyonu bu 
kəndləri müdafiə edən hərbiçilərin qərargahına çevrilmişdi. Vaqif Laçın- 
da qalıb vuruşan hərbiçilərin real vəziyyətdə komandiri idi. 

Mən Vaqiflə görüşüb ona yuxarıda sadaladığım kəndlərimizin er- 
mənilər tərəfindən işğalına yol vermədiyinə, laçınlı könüllüləri başına 
toplayıb Laçın adma vuruşduğuna görə təşəkkür etdim. Güləbird istiqa- 
mətində vuruşan hərbi hissələrə hər cür köməklik göstərəcəyimi, onu bu 
hərbi qüvvələrə rəsmi komandir təyin etdirəcəyimi söylədim. 

Bakıya qayıdan kimi Vaqifin ətrafına toplaşıb Laçında vuruşan hər- 
biçiləri Qubadlıda yerləşən hərbi briqadanın tərkib hissəsi kimi rəsmiləş- 
dirdim və Vaqifi bu hərbi hissəyə komandir təsdiq etdirdim. 

Güləbirddən qayıdarkən yolüstü Qubadlıya döndüm. Qubadlıya ye- 
ni təyin olunmuş icra başçısı Baxış həkimlə görüşdüm. Güləbird istiqa- 
mətində Laçın kəndlərinin ermənilərdən müdafiəsi Qubadlı rayonunun 
təhlükəsizliyi üçün çox mühüm əhəmiyyət daşıyırdı. Ona görə də Baxış 
həkim mənim gəlişimdən cox sevindi və Laçın kəndlərini qoruyan hərbi- 
çilərin Vaqifin rəhbərliyi ilə Qubadlıda yerləşən hərbi briqadanın tabeçi- 
liyinə verilməsi onun da ürəyincə oldu. Cəbhə xətlərindəki vəziyyət barə- 
də qarşılıqlı məlumat mübadiləsindən sonra Baxış həkim məndən soruş- 
du ki, bəs Xanlıq kənd məktəbində yerləşən laçınlı hərbiçiləri neyləyək? 
- Düzü, biz onları tərkisilah etmək üçün yollar axtarırıq, lakin bir az ehti- 
yat edirik. Kənd əhalisi onlardan çox narazılıq edir, təcili bu məsələni də 
həll etməliyik, - dedi. Mən, doğrusu, çaşıb qalmışdım, Xanlıq kəndində 
bizim hərbiçilərin olmasından xəbərsiz idim. Baxış həkimdən məsələnin 
nə yerdə olduğunu ətraflı öyrənib bu məsələni həll edəcəyimə söz verdim 
və təcili olaraq oradan Xanlıq kəndinə qayıtdım. 

(davamı növbəti sayımızda) 
Arif MƏMMƏDLİ 


55 




Laçın yurdu - №2(2), 2011 


TƏQDİMAT 



‘DƏRDDƏN OLDUM HAQQ AŞIGI“ 


Masamın üstündə istedadlı şair (didərgin 
şair) Kamil Vəfadarın zindan şeirləri mənimlə üz- 
üzə, göz-gözədir. Bəlkə on dəfə oxumuşam bu 
əzab və üzüntülərlə dolu yazıları. Onun son iki il- 
lik həbsxana həyatının dəmirə döyülmüş rəsmlə- 
ridir bu ədəbi mətnlər (Bu ağrılı yazının mövzu 
başlığı da elə şeirlərin birinin içindən çıxıb oturub 
başda). 

Bir şair kimi oxucular onun yaradıcılığına 
1996-1997-ci illərdən müxtəlif mətbu orqanların: 
“Azərbaycan“, “Ulduz“, “Bayatı“ jurnallarının, “525-ci qəzet“, “Mühaki- 
mə^ “Kredo“ və “Məktəb“ qəzetlərinin səhifələrindən bələddirlər. Kamil 
Vəfadar “Oxunmayan məktublar“ və “Oğuldərənin igid oğlu“ kitabla- 
rının müəllifidir. 

Altı aylıq uzun sürən məhkəmə prosesindən sonra azadlıqdan məh- 
rum edilən (ancaq günahsızlığı açıqca görünən) şairin yuxarıda qeyd olu- 
nan şeirləri onun humanistliyini və həqiqət aşiqi olduğunu bir daha təs- 
diqləyir. 

Kamil Vəfadarın oxucuları inanacaqlar ki, Laçının Oğuldərə kən- 
dindən Qarabağ savaşı zamanı didərgin düşüb, Bərdə şəhərində qərar tut- 
muş (2009-cu ildə həbs olunana qədər) bir şair - bir mübariz insan üçün 
həbsxana o qədər də qorxulu deyil! Qorxulu olan əqidəndən və içindəki 
işıqlı ideallardan qeyri-məntiqi şəkildə əl çəkməyindir... 

Hörmətli redaksiya, inanırıq ki, şair Kamil Vəfadarın bir neçə 
şeirini dərc etməklə onun mənəvi ağrılarına məlhəm qoyacaqsınız! 

Hörmətlə: Rizvan NƏSİBOĞLU 


Dolanır 

Gövdə budağa arxadı, 
Yarpaq budaqnan dolanır. 
Bir kəlmə söz demək üçün 
Dodaq dodaqnan dolanır. 

Ovçunu əlik aparır, 

Eləyir ləlik aparır. 


Qocanı çəlik aparır, 

Uşaq adaqnan dolanır. 

Dadmadığı acı yoxdu, 
Şahdı, başda tacı yoxdu. 
Ata, qardaş, bacı yoxdu, 
Dustaq dustaqnan dolanır. 


56 




Laçın yurdu - №2(2), 2011 


Balalarıma 

“ Dəmir qəfəs ” silsiləsindən 
Ac qalsanız, gedin ümid 
Qapısını döyün bir az. 
Atasızlıq, əmi sizlik 
Dərdinizdən yeyin bir az. 

Mən gələnə söz saxlayın, 
Soyuq qışa köz saxlayın. 
Qəddinizi düz saxlayın, 
Qəminizi əyin bir az. 


Sən insan yox, məlakəsən, 
Sən ayrı bir biçimdəsən. 
Səndən necə aralanım, 

Axı mənim içimdəsən. 

... İcazə ver, bir xoş gündə 
Otağına gəlim sənin. 
Gedim dərin bir yuxuya, 
Qucağında ölüm sənin. 


Hər şəkərim, balım sizin, 
Qayğınıza qalım sizin. 
Qadanızı alım sizin, 
Hərdən gülün-deyin bir az. 


Dağları 

Gəncə türməsinin əl boyda nəfəsli- 
yindən baxanda çox da uzaqda olmayan 
dağlar könlümü dağladı... 


Söyləyərlər ahı dağa, 
Selə-suya axıtmağa... 
Kişisiniz axı daha, 
Olmayın ərköyün bir az. 


Qoşa barmaqlıqdan çölə baxıram, 
Gözümə görünür Gəncə dağları. 
Belə bir anımda Ulu Yaradan 
Göz dağı yaradıb məncə dağları. 


Nə olsun ki, min ahı var, 
Kamilin də Allahı var. 

Bu işlərdə günahı var 
Yerin bir az, göyün bir az. 


Könül, yar bu səddi, dur bayıra çıx, 
Hanı gen dərələr, yurdda alaçıx... 
Görürəm, gördüyüm alayarımçıx, 
Seyr edə bilmirəm gencə dağları. 


İcazə ver... 

İcazə ver bir xoş gündə 
Gəlim girim otağına. 
Qulağını gətir söykə 
Dərdlərimin dodağına. 

Sənsiz nələr çəkdiyimi 
Qoy danışsın o dodaqlar. 
Yazıq könlüm yanmaq üçün 
Sən adlı bir od adaxlar. 


Düşdüm taleyimin köhlən atından, 
Bezdim türməsindən, qazamatından. 
Çıxanda mən yeddi qıfıl altından, 
Ziyarət edərəm öncə dağları. 

Həmişə könlünü tox istəyirsən, 
Haqsızı ortada yox istəyirsən. 

Kamil, göz açdın ki, çox istəyirsən, 
Kimsə çox istəməz səncə dağları? 


57 




Laçın yurdu - №2(2), 2011 


SƏNƏTÇİLƏRİMİZ 

AŞIQ AYBƏNİZ LAÇINLI 

Vəliyeva Aybəniz Sabir qızı 1963- 
cü ildə Laçın rayonunun Şamkənd so- 
vetliyinin Nağdalı kəndində anadan 
olub. Orta məktəbdə oxuduğu illərdə şi- 
fahi xalq ədəbiyyatına və saza-sözə ma- 
raq göstənnişdir. Aybənizin saza-sözə 
olan marağı atası Sabir Vəliyevdən keç- 
mişdir. Aybənizin anası Şərqiyyə xanım 
Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman 
ana, respublika səviyyəsində tanınmış 
bir qadındır. 

Dədə Şəmşirin lent yazılarından, 
radioda olan çıxışlarından bəhrələnən 
Aybəniz 1980-ci ildə Kəlbəcər rayonun- 
dan olan tanınmış ustad aşıq Qəmkeş 
Allahverdinin şəyirdi olmuşdur. Aşıq 
Allahverdi aşıqlıq sənətinin bütün sirlərini Aybənizə öyrətmişdir. 

1984-cü ildə Azərbaycanda fəaliyyətə başlayan “Aşıq Pəri“ məc- 
lisinin sədri Narınc Xatun Aybənizi bu məclisə dəvət etmişdir. Aşıq Pəri 
məclisinə dəvət aldıqdan sonra “Pəri qızları” ilə tanış olub və bir neçə 
tanınmış ustad aşıqlarla: - Aşıq Əhməd Sadaxlı, Aşıq Mikayıl Azaflı, 
Aşıq Əkbər Cəfərov, Aşıq İmran Həsənov, Aşıq Aydın Çobanoğlu və 
başqa aşıqlarla dəfələrlə görüşmüşdür. 

İlk dəfə Laçınlı təxəllüsü ilə çıxış edən şair Ağa Laçınlı IV Aşıqlar 
Qurultayında Aybənizlə görüşən vaxt Aybənizin ustadı Qəmkeş Allah- 
verdi Ağa Laçınlıya müraciət edərək demişdir: - Ağa müəllim, ilk dəfə 
Laçınlı təxəllüsü ilə siz çıxış etmisiniz. Əgər izn versəniz, öz şəyirdim 
Aybənizə Laçınlı təxəllüsü verərdim. Bu təklifi Ağa müəllim məmnuniy- 
yətlə qəbul etmiş və o gündən Aybənizin təxəllüsü Laçınlı olmuşdur. 

Aybəniz istər rayon səviyyəli, istərsə də respublika səviyyəli tədbir- 
lərdə dəfələrlə fəxri fərman və diplomlara layiq görülmüşdür. Laçın ra- 
yonunun işğalından sonra Bərdə rayonunda məskunlaşan Aybəniz Laçınlı 
öz yaradıcılıq fəaliyyətini bu gün də davam etdirir. 



58 




Laçın yurdu - №2(2), 2011 


XATİRƏ 

«ƏN GÖZƏL DOSTLUQ SƏNİNLƏ OLANDIR» 



Hacı Nərimanoğlu və Polad Hüseyn 


2006-cı il yanvarın 1-də Laçın elimizin dəyərli yetirməsi Polad 
Hüseyn 30 yaşında Mingəçevir-Xaldan yolunda maşın qəzasında bu fani 
dünyadan köçdü. 

Tale məni Qubadlıdan, onu Laçının Qarakeşiş kəndindən gətirib 
Mingəçevirdə qovuşdurmuşdu. Yaxından tanıyıb, ürəkdən bağlanmışdım 
ona. Elə gün olmazdı görüşməyək. “A qağa, sən darıxmırsan heç məndən 
ötəri?”. Bəzən mən onun kabinetinə gedirdim. Çox zaman isə yaşda kiçik 
olduğuna görə o mənim yanıma gəlirdi. Kürün sahilində zövqlə bir ofis 
alıb təmir elətdirmişdi. Bir ildir ki, elə gün olmayıb Poladı yada salma- 
yım. Yanaşı fotolarımızı masamın birinci siyirməsindən götürürəm, gö- 
zümün qabağına gətirirəm, ruhuna Allahdan rəhmət oxuyuram və nə qə- 
dər özümə toxdaqlıq versəm də, özümdən asılı olmayaraq gözlərim dolur, 
xatirələr dilə gəlir, danışır. 

Mingəçevirdəki türk liseyində müdir müavini, sonra da «Zaman» 
qəzetində bölgə müxbiri işləmişdi. Özünü bu iki kollektivin - ailənin doğ- 
ma üzvü hesab edirdi. Laçın camaatının cəmləşdiyi, yurd saldığı Ağcabə- 
didəki Taxtakörpü qəbiristanlığında məzarı başından son və ən çətin ayrı- 
lan da elə bu ailələrin üzvləri oldu. «Zaman- Azərbaycan»ın baş direktoru 
Enes Cansever, müavini Osman Uçakdan başlamış Azərbaycanın bütün 
guşələrindən qara xəbərə yığışıb gələnlərin məzar başında qurduğu döv- 

59 






Laçın yurdu - №2(2), 2011 


rələmə hıçqırtılı mənzərini görmək çox üzüntülü, kədərli idi. Poladın adı- 
nı, xatirəsini yaşadan dost, həmkar sədaqəti, vəfası, ehtiramının rəmzi: 
«Zaman»ın Bakı təmsilçiliyində təzə, yaraşıqlı müasir iclas salonu Pola- 
dın adını daşıyır. Sağ olun, dostlar! İnsanların ruhuna girməyi, danışdır- 
mağı, özünü sevdirməyi bacarırdı. 

Mən Bakıya köçəndə dedim: bizə - AzərTAc-a informasiyalar yaz 
göndər, yer boşdu, gələcəkdə inşallah istəsən keçərsən bura. Bir neçəsini 
yazdı, hər dəfə bəzi düzəlişlər eləyirdim, deyirdim: «Bax belə çərçivəyə 
sal, rəsmi informasiya olmalıdı, bizdə hazır qəlibdi, müəllif mövqeyi 
gərək görünməyə»... Dedi: «Qutardım e siznən, mən sizin o qəlibinizə 
girə bilmərəm, o yazıda ki mən görünmürəm, onu heç yazmağa dəyməz». 

Polad mənən azad, sərbəst oğul idi, davranışında da, danışığında da, 
geyimində də. Yalan nədi, bilməzdi. Qardaş-bacı çox, hamısının dərdini 
çəkirdi, əl tuturdu. Elə buna görə son vaxtlar azad sahibkarlıqla məşğul 
olmaq fikrinə düşmüşdü. Çox xeyirxah idi, son tikəsini dostla, ehtiyacı 
olanla bölməyə hazır idi.... 

- Cibində nə qədər pulun var? 

- Bu qədər. 

- Ver, üstün də mən düzəldəcəm. 

Gedirdi bazara, meyvə-tərəvəz alırdı, Kürün sahilində yetim, əlil 
uşaqların dispanseri vardı, aparıb verirdik, çöldə-bayırda pay-püş eliyib 
gəlirdik: Oxxay! - deyirdi, - Allah, sən savab əməllərimizi çox elə, gü- 
nahlarımızı bağışla. Gəlirdi: - Qağamsan, gəl bir Gəncəyə (ya Şəki, Bər- 
də) dəyək qayıdaq. Gəl sözündən çıx görüm də. Hər yerdə də özünə dost 
qazanmışdı. 

AzTV-nin bölgə müxbiri Qaraş İsmayılın 50 yaşını qeyd eləmişdik, 
bir neçə gün keçmiş Qaraş Şəki yolunda qəzaya düşüb rəhmətə getmişdi. 
Ona da, mənə də çox ağır təsir etmişdi. Məni də alırdı yanma, gedirdik 
qəbrinin üstündə bir dua oxuyub gəlirdik, bayramlarda evlərinə baş çə- 
kirdik. Sonra Mingəçevir şəhər məhkəməsinin sədri, yaxın qonşum, həm- 
dəm, həmyaşıd olduğumuz Rüfət Həmidov 7 yaşlı madar oğlu ilə dənizdə 
batıb öldü. Ünsiyyət qurduğum bu dostların itkisindən dolayı mənə tox- 
daqlıq verirdi, Qurandan, hədislərdən misallar gətirirdi, haqqa qovuşanlar 
üçün çox üzüntü keçirməyin günah olduğun aşılayırdı. Ata-anası erkən 
dünyadan köçmüşdülər, cavan qardaşı qaçqınçılıqda kanalda batıb öl- 
müşdü, onların ağrı-acısı camndaydı hələ də. Bu da onun dilində ən çox 
səslənən sözlərdən biriydi: Allahın məsləhətinə şükür... bizim bizdən əv- 
vəl gedənlərə borcumuz rəhmət oxumaqdı. Onun o zamankı təsəlliləri 
mənə həyan olub Poladsız ötən bu illərdə. 

Şümal boy-buxununu, yaraşıqlı görkəmini üzündən əskik olmayan 
xoş təbəssümü, mərdanəliyi, mehribanlığı, prinsipiallığı, xeyirxahlığı, 
gözütoxluğu tamamlayırdı. Qardaşını heç nədən sifarişlə həbs eləmiş- 


60 




Laçın yurdu - №2(2), 2011 


dilər. Haralara, kimlərin qəbuluna gedib çıxmamışdı, axır ki, onu təmizə 
çıxartdı. Namaz qılan, oruc tutan, kamil imanlı, inamlı, dili dualı idi, neçə 
nəfəri din-islam, Allah yoluna gətirmişdi. Nə qədər təcili iş, tədbir olsay- 
dı, yenə də dəstamazım alıb namazını qılmamış getməzdi. Bu cavan ya- 
şında təpədən dırnağa əsl müsəlman, imanlı Allah bəndəsi olmağıydı bir 
də onu mənə sevdirən. 

Dədəm Mingəçevirə bizə gəlmişdi. Polad evimizdə Qurandan şirin 
avazla «Yasin»i oxuyub anamın ruhuna bağışladı. Kişi o vaxtdan könül 
bağladı ona. Tez-tez zəng eliyirdi kişiyə, halını soruşurdu. Dədəm ötən 
həcc ziyarətindən qayıdıb gələndə də, Ramazanda da onu soruşdu: - Mə- 
nim Polad balam belə iş eləməzdi axı, heç səsi gəlmir nə vaxtdı. 

- Köçüb... Türkiyəyə gedib, - dedim. 

- Yenə də... o belə iş eləməzdi, - dedi... 

Şirin qələmi vardı, tumsatan qarı ilə söhbəti ilin ən yaxşı yazısı ol- 
muşdu, orijinal mövzular seçirdi. Bir də görürdün hansısa rayonun ucqar 
kəndindən səsi gəlir, sadə bir insan sorağındadı. 

Ağdaşdan nəcib bir ailənin qızı ilə ailə qurmuşdu, Tanrı 4 övlad pa- 
yı vermişdi - Süheyla, Ömər, Fatih, Yavuz. Dostları STV-də haqqında 
gözəl bir veriliş hazırlamışdılar. Ömərin bu sözləri heç yadımdan çıxmır: 
«Atam gedib cənnətdə ev qurmağa ki, biz gedəndə orda hamımız bir yer- 
də qalaq həmişəlik... Bu Poladın verdiyi imandı, tərbiyədi. Telefonuma 
tez-tez ibrətamiz mesajlar göndərərdi, bu da son mesajıdır: «Ən möhtə- 
şəm gecə gündüzü olanındır. Ən güclü sevgi heç qeyb olmayandır. Ən 
mutlu insan xatırlanandır. Ən gözəl dostluq səninlə olandır. Neçə-neçə 
bayramlar!» 31 dekabr, 2005, 20.29.58. Dalınca telefon zəngi. Danışırıq, 
bayramlaşırıq, ilin son dəqiqələrində yenə də təkrar zəngləşirik, - Nə isə 
yaman darıxıram bu gün, Yeni ili keçirim, gələcəm Bakıya - deyir. 

Səhəri - Yeni ilin ilk günü gələn bu qara xəbərin üzüntüsünü Poladı 
tanıyanlar hər zaman yaşayacaqlar, onu heç zaman unutmayacaqlar, onun 
üçün rəhmət dualarını heç vaxt əsirgəməyəcəklər. Allah övladlarına xoş- 
bəxt, xeyirli tale nəsib eləsin! 

Mənə Poladın adı ilə daha da doğmalaşan «Zaman»da bir dəfə yaz- 
dığımı təkrar edirəm: Sən özünə səni unutmayan çoxlu dostlar qazandın, 
cavan yaşında hər zaman xatırlanan insanlardan biri olmaq haqqını qa- 
zandın, Polad! Yerin behişt olsun! Son mesajından çıxardığım bir cümlə- 
ni olduğu kimi sənə ünvanlayıram, Polad qardaşım: «Ən gözəl dostluq 
səninlə olan idi». 

Polad kimi namuslu, qeyrətli, imanlı övladlara ən çox sənin ehtiya- 
cın vardı, Vətən! Başın sağ olsun... 


Hacı NƏRİMANOĞLU, 
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri 


61 




Laçın yurdu - №2(2), 2011 


TƏBRİK 

ŞİRİNDİL ALI ŞANLI RUSİYADA AKADEMİK SEÇİLİB 

Hörmətli eloğlumuz, ədəbiyyatşünas və naşir, AMEA-nın Nizami 
adma Ədəbiyyat İnstitutunun şöbə müdiri, “Elm” nəşriyyatının direktoru 
Şirindil Alışanlı Rusiyanın nüfuzlu elm ocağının - Estetika və Azad Sə- 
nətlər İctimai Akademiyasının akademiki seçilib. Bu haqda məlumatı 
tanınmış rus alimi, görkəmli estetik, akademik Yuri Borev verib. 

“Laçın yurdu” jurnalının kollektivi Şirindil müəllimi yüksək ad al- 
ması münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, 
elmi fəaliyyətində və şəxsi həyatında uğurlar diləyir! 

GƏNC ALİMLƏRİMİZ 

PƏRVİZ İSMAYILOV 

İsmayılov Pərviz Xosrov oğlu 25 sentyabr 
1982-ci ildə Laçın rayonunun Daşlı kəndində 
müəllim ailəsində anadan olub. 

1988-ci ildə Laçın rayon Daşlı kənd orta 
məktəbinin 1-ci sinfinə gedib. Laçın rayonunun 
erməni qəsbkarları tərəfindən işğalı səbəbindən 
ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşan 
Pərviz təhsilini Xətai rayonunda təşkil olunmuş 
Laçın rayon 28 saylı orta məktəbində davam etdi- 
rir və 1999-cu ildə həmin məktəbi bitirərək Azər- 
baycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olu- 
nur. O, 2003-cü ildə universiteti fərqlənmə diplomu ilə başa vurur. Lakin 
bununla kifayətlənməyərək bakalavr təhsilini magistr təhsili ilə tamamla- 
maq qərarına gəlir və məqsədinə çatır. 

2005-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistra- 
turasını da fərqlənmə diplomu ilə bitirir, elə həmin il aspiranturaya qəbul 
olunur. Oxuduğu müddətdə elmi məqalələri çap olunan Pərviz İsmayılov 
2008-ci ildə aspiranturanı da müvəffəqiyyətlə başa vurur. 

Əməkdar elm xadimi, Şöhrət ordenli, Əməkdar müəllim, filologiya 
elmləri doktoru, professor Həsən Mirzəyevin elmi rəhbərliyi ilə “Kəlbə- 
cər rayonu onomastik vahidlərinin linqvstik təhlili” mövzusunda nami- 
zədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru 
alimlik dərəcəsi alır. 

Hal-hazırda Laçın rayon 28 saylı orta məktəbində Azərbaycan dili 
və ədəbiyyatını tədris edən gənc alim Prezident yanında Strateji Araşdır- 
malar Mərkəzində elmi fəaliyyətlə də məşğuldur. 



62 




Laçın yurdu - №2(2), 2011 


ONLAR ƏSİR DÜŞÜBLƏR 

Temir Zülfıqar oğlu, Mötəbər Dadaş oğlu və Ağaşirin Temir oğlu 
İbrahimovlar Laçın rayonunun Oğuldərə kəndində anadan olublar. Ağa- 
şirin Temirin oğlu, Mötəbər isə Temirin bacısı oğludur. 

1924-cü ildə anadan olan Temir İbrahimovun əsas məşğuliyyəti öz 
şəxsi təsərrüfatı olub. O, ağsaqqalığı ilə yaşlıların, şirin zarafatları ilə 
cavanların hörmət və rəğbətini qazanmışdı. 

1954-cü ildə anadan olan Mötəbər İbrahi- 
mov 1969-cu ildə Oğuldərə kənd 8 illik məktə- 
bini, 1971-ci ildə isə qonşu Qorçu kənd orta 
məktəbini bitirib. 1972-74-cü illərdə Sovet Ordu- 
su sıralarında hərbi xidmət keçdikdən sonra o da 
öz şəxsi təsərrüfatında işləyib. 

1962-ci ildə anadan olan Ağaşirin İbrahi- 
mov 1979-cu ildə orta məktəbi bitirmiş və 1980- 
82-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 

Hərbi xidmətdən qayıdan Ağaşirin atası Temir 
kişiyə təsərrüfat işlərində kömək etmişdir. 

1992- ci ildə Laçın rayonunun işğalı zamanı 
doğma Oğuldərə kəndini məcburi tərk edən Temir İbrahimov oğlu Ağa- 
şirin ilə birlikdə Qax rayonunda, bacısı oğlu Mötəbər isə Laçın rayonu ilə 
qonşu olan Kəlbəcər rayonunda məskunlaşır. 

Vətən həsrətinə dözməyib, ayrılığa tab gətirməyən Temir kişi bir 
müddətdən sonra ata-baba yurdu olan Oğuldərə kəndinə qayıdır. Bu 
zaman onun oğlu və bacısı oğlu da onunla bərabər kəndə dönürlər. 

1993- cü ildə Kəlbəcər rayonu işğal olunan vaxt Temir qohumları, 
həmkəndliləri və hərbiçilərlə mühasirədə qalır. Mühasirədən çıxmaq 
məqsədi ilə Kəlbəcər rayonunun dağlarına üz tuturlar. Bir neçə gün 
gündüz gizlənib, gecə yol gedirlər. Onlar Kəlbəcər rayonunun Çayqılışlı 
kəndində qəfil erməni quldurları ilə üz-üzə gəlirlər. Döyüş başlayır. Bir 
neçə nəfər xilas ola bilsə də, Temir kişi, oğlu Ağaşirin və bacısı oğlu 
Mötəbər ermənilərə əsir düşürlər. 



Vəliş ZİRVƏLİ 


63 




Laçın yurdu - №2(2), 2011 


ƏKS-SƏDA 


*** 

Günlərin bir günündə Məhəmməd Səyyah 
Kəlbəcərdən, daha dəqiq desək, Çovdar-Şəkərəm- 
dən Laçına qayıdırmış. Mıxtökən dağından keçib 
İsmayıl su içən adlı əraziyə yetişəndə borana 
düşür. Baxır ki, hər tərəf çən-duman, özü də tək- 
tənha. Fikirləşir ki, birdən ölüb-eləyərəm, ölümüm 
müəmmalı qalar. Əli heç yana çatmayan şair 
qələmə əl atır. Aşağıdakı şeiri yazır ki, başına bir iş 
gəlib-eləsə əsl həqiqət camaata agah olsun. 

Məhəmməd Səyyah (sağda) 

DAĞLAR 

Qanı qanla yumayıblar, 

Gəl qan etmə qana, dağlar. 

Dost, mühasib aralıdır, 

Kimdi dərdi qana, dağlar? 

Azalmır qəlbimdən ağrım, 

Mıxtökən olubdur Ağrım. 1 
Saz olmasa çatlar bağrım. 

Ömür yetər sona, dağlar. 

Bir qardaşım qarlı daşdı, 

Biri qəlbimə sirdaşdı. 

Sağ olsa da gözüm çaşdı 
Baxmaqdan hər yana, dağlar. 

Üstümə düşəndə toran, 

Çox görmüşəm sizdə boran. 

Olmayın Səyyahı yoran, 

Qan uddurman ona, dağlar. 

Təqdim etdi: 
Bayram İBRAHİMOV 



1 Ağrı dağı nəzərdə tutulur. 


64 




Laçın yurdu - №2(2), 2011 


ŞƏHİDLƏRİMİZ 

QƏHRƏMANIN SON DÖYÜŞÜ 

Məmmədov Ədalət Həsən oğlu 1961-ci il 
oktyabırın 29-da Laçın rayonunun Zabux kəndin- 
də anadan olmuşdur. O, 1968-ci ildə orta məktəbə 
getmiş, orta təhsilini başa vurduqdan sonra 1979- 
1981-ci illərdə əsgəri xidmətdə olmuşdur. Ədalət 
1983-cü ildə Mərdəkandakı milis (polis) məktə- 
bini bitirib Laçın rayon Daxili İşlər Şöbəsində işə 
girir. Baş serjant Ədalət Məmmədov 1992-ci ildə 
başqa polis işçiləri kimi doğma Laçın uğrunda dö- 
yüşlərə yollanır. Seyidlər, Tığik, Bilindüz, Narış- 
lar, Pircahan, Kürdhacı, Oğuldərə və s. kəndlər uğrunda gedən döyüşlər- 
də qəhrəmancasına vuruşur. 

Çoxlu sayda erməni döyüşçüsünü məhv edən Ədalət Məmmədov 
1992-ci il oktyabırın 11 -də Hoçaz yüksəkliyinin alınması uğrunda aparı- 
lan döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Məzarı Göyçay rayonun- 
dadır. İki övladı yadigar qalıb: qızı Gülnarə və oğlu Ziyadxan. 

Dostu və cəbhə yoldaşı, Qarabağ müharibəsi veteranı, polis kapitanı 
Əli Hüseynovun xatirələrindən: 

“Ədalətlə tanışlığım 1979-cu ilə gedib çıxır. İkimiz də eyni vaxtda 
bir qatarda hərbi xidmətə yollanmışıq. Daha sonra 1983-cü ildə Daxili İş- 
lər orqanlarında çalışmağa başlamışıq. İşlədiyimiz dövrdə Arif Heydərov 
adma kiçik rəis heyəti hazırlayan kursda da bir yerdə oxumuşuq. Daha 
sonralar isə döyüş yolumuz bir yerdən başladı. Səfian kəndi, Hadrut ra- 
yonu istiqamətlərində, Zabux kəndinin müdafiəsində də Ədalətlə bir yer- 
də olmuşuq. Laçının işğalından sonra Kəlbəcər ərazisindən keçərək Laçın 
uğrunda yenidən döyüşlərə qoşulmuşuq. Hoçaz dağının alınması əməliy- 
yatında da çox ağır döyüş oldu. İndi çox adam deyir ki, Hoçaz dağının 
alınmasında iştirak etmişəm Bu döyüşdə Laçın Polis Şöbəsindən 32 nəfər 
iştirak edirdi. Biz təkcə ermənilərə qarşı deyil, həm də rus ordusuna qarşı 
döyüşürdük. Bunu ələ keçirdiyimiz su qablarının üzərində rus adlarının 
yazılması təsdiq edirdi. Hoçaz döyüşündə 4 tank, 1 PDM ( piyadaların 
döyüş maşını ) ələ keçirmişdik. Həmin texnikaların üzərində də rus adları 
və Voronej şəhərinin adı yazılmışdı. (1991-92, dembil Voronej). Hoçaz 
dağını böyük çətinliklə ələ keçirdik. Həmin döyüşdə heç bir itki vermə- 
dik, ancaq biz dağın alınması ilə qane ola bilməzdik. Hərəkət eləməyə 



65 




Laçın yurdu - №2(2), 2011 


başladıq. “Telesentr” yüksəkliyini və Sus kəndini aldıqdan sonra möv- 
qeləri Milli Orduya təhvil verib, yenidən irəli doğru hərəkət eləməyə baş- 
ladıq. Bir müddətdən sonra bizə məlum oldu ki, erməni ordusunun müha- 
sirəsinə düşmüşük. Milli ordu mövqeləri tərk edib, ermənilər isə bizi ar- 
xadan mühasirəyə alıblar. Böyük çətinlik bahasına olsa da o mühasirədən 
çıxdıq və Ədalət o döyüşdə snayper gülləsindən qurtula bildi. Bundan 
sonra çox mühasirələrə düşmüşük. Elə bil ki, kimsə qəsdən Laçın polisini 
mühasirəyə salıb son nəfərinə kimi qırmaq istəyirdi. Mən sizə açıq hə- 
qiqəti deyirəm, inanın. Son döyüşümüz də çox ağır keçdi. Hocaz dağında 
möhkəmləndikdən sonra ermənilər ön tərəfdən 7 tank, 1 top, 2 qrad 
qurğusu ilə meşə idarəsinin həyətindən, 2 topla Cağazur kəndi istiqa- 
mətindən, 3 top, 1 qradla Hacılar, Sadınlar istiqamətindən, 1 TŞK, 1 tank, 
6 km-ə qədər məsafəni vuran topla hücuma keçdilər. Hər bir insan üçün 1 
mərmi atılırdı. Silah, texnika cəhətdən xeyli üstün olmalarına baxma- 
yaraq, 7 tankla müdafiə istehkamımızı yara bilmədilər. Döyüş bir az sa- 
kitləşdikdən sonra rəhmətlik Oqtay (Oqtay Güləliyev) dedi ki, qalan 
qüvvələr keçib qayanın arxasında mövqe tutsunlar. Mən mərmi düşən 
tərəfdə idim, həmin an keçib uzandım, heç 45 saniyə çəkmədi ki, hansısa 
mərmi Oqtayın, Ədalətin və Əşrəf Məmmədovun həyatına son qoydu. 
Bir dost kimi Ədalət və Oqtay əvəzsiz insanlar idilər. Dünyada Ədalət 
kimi yoldaşlığı olan ikinci bir insan tanımıram, mən bunları yazı və 
yaxud müsahibə xətrinə demirəm, həqiqət olduğu üçün deyirəm. 

Hələ 1983-cü ildə kursda olduğumuz müddətdə Ədalətlə münasi- 
bətlərimiz xeyli yaxınlaşmışdı. Elə bilirdilər ki, əkiz qardaşıq, bəzən bizi 
bir-birimizdən ayıra bilmirdilər, dəyişik salırdılar. Quruluşumuz, boyu- 
muz eyni idi, mən bir az ağbəniz idim. Eyni geyinirdik: ağ köynək, ağ 
“furajka”. Laçının özündə belə bizi dəyişik salırdılar. Bir dəfə Laçında 
bir nəfər qarşımı kəsdi ki, kostyum tikdirmisən, gəl apar. Mən dedim ki, 
bir yaxşı-yaxşı bax, bəlkə dəyişik salırsan. Baxıb dedi ki, ola bilər, Əda- 
lətə deyərəm gəlib götürər. Bir dəfə də bir nəfər dedi ki, su kranlarını gə- 
tirmişəm, gəl apar. Bax belə maraqlı epizodlar... Təəssüflər olsun ki, 
Ədaləti, Oqtayı, onlar kimi yüzlərlə oğullarımızı itirsək də, üzərimizə dü- 
şən vəzifəni axıracan başa çatdıra bilmədik. Dostumun balası olaraq Zi- 
yadxanı öz balalarımdan ayırmıram. O da, Anar da (Oqtay Güləliyevin 
oğlu) mənə dost əmanətidirlər. Onlara atalarının adını şərəflə daşımağı 
arzulayıram. Ziyadxan atasına layiq övlad olsun, onun ad-sanını şərəflə 
qorusun. 

Siyavuş ƏMİRLİ 


66 




Laçın yurdu - №2(2), 2011 


XATİRƏ 

“LAÇIN DAĞLARINA MƏKTUB” ŞEİRİNƏ GECİKMİŞ CAVAB 

Laçın rayonunun İmanlar kəndində ömür 
sürmüş əvəzedilməz ağsaqqal, indi haqq dün- 
yasına qovuşan Şahverdi Şahverdiyevə ünvan- 
lanmış bu “məktub - şeir” hər kəsi həyəcanlan- 
dırır, o cümlədən də məni. 

Məktub şeirlə yazıldığına görə şeirlə də 
cavab landınnaq lazım idi. Lakin düşündüm ki, 
şeirə şeirlə cavab verməkdən ötrü Şahmar ürə- 
yi, Şahmar istedadı, Şahmar məhəbbəti gərək- 
dir. Bunun mümkünsüzlüyünü dərk edərək is- 
tədim cavabı nəsrlə yazım, onun da Şahmar 
yazdığı səviyyədə olmayacağını anlayaraq fi kr imi dəyişdim. Cavab isə 
mütləq yazılmalıydı, yoxsa rahatlıq tapmayacaqdım. Bəs necə? Bəlkə 
“deyişmə” formasında? Görəsən, yerinə düşərmi? Axı “deyişmə”nin mə- 
nə məxsus hissəsi sonralar yazılıb. 

Bir neçə dəfə “Mədəniyyət” qəzetinin redaksiyasına gedib yazdıq- 
larımı Şahmara oxumaq istəsəm də, ürək etməmişəm. İndi isə hesab edi- 
rəm ki, Şahmarı anmaq üçün bu da bir vasitədir, daha doğrusu, şairin mü- 
qəddəs ruhu ilə söhbətdir. 

Əziz Şahmarım, səni həmişə, hər an xatırlayacağıq, bu yazımla əziz 
xatirəni bir daha yad edirəm. 



Şahmar 

Laçından tərpəndim söküləndə dan, 
Titrədim keçəndə İlanqayadan. 
Kəsdi bənd-bərəmi Talışvurulan, 
Heyrət muzeyidir dağlarım mənim. 

Sabir 

Laçından tərpəndin söküləndə dan, 
Keçdin əfsanəvi İlanqayadan. 
Kəsməz bənd-bərəni Talışvurulan, 
Qeyrət məskənidir dağlarım mənim. 


Şahmar 

Çalbayır, Uzunyal, Çilgəz, Mıxtökən, 
Sizi gözlərimdən oğurladı çən. 

Elə zənn elədi bədnəzərəm mən, 
Tutuldu qarşımda yollarım mənim. 

Sabir 

Çalbayır ürəyim, canım Mıxtökən, 
Səni gözlərindən oğurlamaz çən. 

Ötən günlərimi hər andıqca mən, 
Tökülür varağa göz yaşım mənim. 


67 




Laçın yurdu - №2(2), 2011 


Şahmar 

İmanlar yurdunda gəldim imana, 
Hacxanlı, Qovuşuq qonağa ana. 
Deyirəm ya qismət, bir də o yana 
Görən düşəcəkmi güzarım mənim? 

Sabir 

İmanlar yurdunda oldun qonağım, 
Hacxanlı, Qovuşuq dilim-dodağım. 
Bəhərli çöllərə çatmaz sorağım, 
Xəzana dönübdür baharım mənim. 

Şahmar 

Qorqud yadigarı Şahverdi dədə, 

Sözlə ovsunlayıb məni o vədə. 
Perikmiş bülbüləm, qalıb Şəlvədə 
Şehli gülüm mənim, gülzarım mənim. 

Sabir 

Qorqud yadigarı ağlar, sızıldar, 

Sənin ürəyintək yanar, cızıldar. 
Qürbətdə üşüyər qərib məzarlar, 
Həsrətdi Şəlvəyə sağlarım mənim. 

Şahmar 

Behiştdən gözəlmiş Cəhənnəmdərə, 
Cənnət deyəydilər gərək bu yerə. 
Nərdivan dağıyla qalxdım göylərə, 
Dünyaya sığmadı vüqarım mənim. 

Sabir 

Cəhənnəmdərəyə cənnət demişdin, 
Özünü görmüşdün sanki behiştin. 
Göylərə ucalmaq deyilmiş çətin, 

İndi şəhid olub Vüqarım mənim. 

Şahmar 

Yadımdan çıxarmı o çörək, o duz, 
Ellər səxavətli, çeşmələr bumbuz. 
Başyurda baxaram yüz il ac-susuz, 
Tükənməz səbirim, qərarım mənim. 


Sabir 

Y adından çıxmadı o çörək, o duz, 
Şairin qəlbini duymaz duyğusuz. 
Başyurda kim baxar indi ac-susuz? - 
Acdan xəbərsizdi toxlarım mənim. 

Şahmar 

Toyuqtöküləndən ehmallı keçdim, 
Qantəpər çinlədim, Qırxbuğum biçdim, 
Sütül baldırğanla qaynar süd içdim, 
Dağlarda dağlandı dağlarım mənim. 

Sabir 

Qonaq kimi gəldin, qardaştək getdin, 
Gedişinlə bizi qəmə qərq etdin. 

Palıd ağacıydın, şəhərdə bitdin, 
Kəndləri axtardı soraqçım mənim. 

Şahmar 

Çiçəklər loğmanı Raziyə nənə, 

Çəməni çəmənə qatırını yenə? 

Çilədağ, kəkotu yığıbmı mənə, 
Dururmu çaşırım, lilparım mənim? 

Sabir 

Çiçəklər loğmanı Raziyə nənə 
Çəməni çəmənə qatmayır yenə. 
Kəkotu, çilədağ yığmayıb sənə, 

Daha bar gətirmir bağlarım mənim. 

Şahmar 

Mən Leyli demişdim Laçıngüneyə, 
Vəfasız bilməsin gəlmirəm deyə. 
Ürəyim o vaxtdan dönüb kəkliyə, 
Başlayıb Məcnunluq çağlarım mənim. 

Sabir 

Sənin Leylin - Laçıngüney girovdu, 
Mıxtökənin başı dümağ qırovdu. 

Bir gün eşidərik düşmən qovuldu, 
Gələr başıuca çağlarım mənim. 




Laçın yurdu - №2(2), 2011 


Şahmar 

Xeyli var həsrətəm Qəbirliyala, 
Ölməyə nə var ki, belə yer ola. 
Qorxdum ölüb-qalım, anam hay sala, 
Car çəkə: 

- hardadır Şahmarım mənim?! 


Sabir 

Ruhun qovuşdumu Qəbirliyala? 
Mələk bacı yaman dalıb xəyala. 
Yaddan çıxmaz min qış keçə, yay ola- 
Qəlblərdə yaşayır Şahmarım mənim. 


Əziz oxucular, siz necə, Şahmar Əkbərzadəni 
unutmamısınız ki? ! 


Sabir NOVRUZOV, 
İmanlar kənd iimumi orta məktəbinin müəllimi 




69 






Laçın yurdu - №2(2), 2011 


TƏƏSSÜRAT 

BALDIRĞAN HARAYI 

Bilməm mən qədiməm, ya diinya qədim, 
Itıdi düşüncəyəm, əvvəl nə idim.... 
Dünyanın sirrini bilmək istədim, 

Mən özünı özümə elə sirrikən! 

B. Vahabzadə 

İnsan-kəşf olunmayan sirli bir müəmma. Bu müəmmanın içərisində 
sevinc və kədər, xoşbəxtlik, fəlakət, nələr nələr... 

Yeni doğulmuş körpəni ana rahatlayıb əmizdirəndə körpə gözlərini 
ananın gözlərinə dikib mehriban, nəvazişli baxışından tökülən ilahi mə- 
həbbətə sahib olur. Anaya müqəddəs sevgi də elə o andan başlayır. Bu 

müqəddəs məhəbbət böyüyən körpənin ruhuna 
pillə-pillə ilk gördüyü evdən, həyətdən, ayaq 
tutub gəzə bildiyi torpaqdan, ərtaf aləmdən ağ 
kağız kimi təmiz və pak olan yaddaşına hopur. 

Qırxqız adlı əzəmətli bir dağ vardı. O dağ 
yaradıcı insanların əsərlərində həmişə tərənnüm 
olunub. Böyük Qafqaz dağ silsiləsində - Şah- 
dağ, Babadağ, Kiçik Qafqaz dağ silsiləsində - 
Dəlidağ, Qırxqız, Qoşqar, Murov dağları bir 
qürur mənbəyi kimi Azərbaycan xalqının sim- 
voludur. Qürur və məğrurluq simvolu olan dağ- 
ları öz sirli- sehirli varlığı ilə yağı düşmənə təs- 
lim edib yetim qoymaq, yalnız təəssüflənmək və yaxud onun həsrətilə qə- 
riblikdə ölmək, eləcə də dünənimizlə öyünüb, keçmişin kölgəsində yat- 
maq mənəvi cılızlıqdan başqa bir şey deyil. 

Hal-hazırkı vəziyyətdə o dağların, yəni Qırxqızın, Çilgəzin, Dəlida- 
ğın, Sarıbabanın Qırxqulaq, Arxud, Pəriçınqılı nişanələrini başqa bölgə- 
lərdə görəndə kövrəlməkdən savayı əlimizdən bir şey gəlmir. 

Qırxqız dağının ətəyində bir kənd vardı. Bu kənddə sadə, zəhmət- 
keş, qarışıq dünyanın qarışıq işlərindən xəbərdar olmayan, səhərin açıl- 
masından ruhlanan, axşamın düşməsindən rahatlanan, gündəlik dolanışı- 
ğına şükür edən, böyüklərə hörmət, kiçiklərə mərhəmət göstərən insanlar 
yaşayırdı. Qırxqız dağının ətəyindəki bu kənddə daha zəhmətkeş, daha 
qayğıkeş bir ailə də vardı. Halal zəhmətin nəticəsi olaraq bu ailənin üzv- 
lərindən biri öz dövrünün ən ali tituluna - Sosialist Əməyi Qəhrəmanı 
adma layiq görülmüşdü. Bu, on bir uşaq böyüdən Qəhrəman Ana idi. 



70 




Laçın yurdu - №2(2), 2011 


Qəhrəman Ananın anası - məğrur, əzəmətli sıldırım qayaları, dərin dərə- 
ləri, sıx ormanları, şəfaverici buz kimi şəffaf bulaqlarından süzülüb axan 
dəlisov çayları, təbii bitkiləri ilə öz övladlarının loğmanı olan - Qırxqız 
dağı. Bu dağ sirli-sehirli Ana idi. Övladlarına zavallı ana nələr vermirdi... 
Çox düz deyilib: “Ana südü, dağ çiçəyi” min bir dərdin dərmanı. İnsanlar 
yaşadığı ərazidə hansı tamı dadmırdılar. Yazın ilk günlərindən təbiət öz 
övladlarına yarpız, cincilim, meşə keşnişi, su qıjısı, qoyunqulağı, quzuqu- 
lağı, qırxbuğum, yol otu, yemlik, əvəlik, xazas, danaqıran, çaşır, şoşan, 
kortum, dəvədabanı, kəkotu, qantəpər, çobanyastığı, zirə, qatırquyruğu 
kimi baldırğanı da bir loğman olaraq bəxş etmişdir. 

Ona görə də o dağların övladları heç vaxt eynək taxmır, şəkərli dia- 
bet, virus mənşəli hepatitlər nə olduğunu bilmirdilər. 

Baldırğan sözünün kökündə bal sözü var. Bal arısı balı min bir çi- 
çəkdən çəkir. Baldırğan ona görə dəyərlidir ki, təbiət onu min bir dərdin 
dərmanı kimi yaradıb, min bir dərdin dərmanı olması ilə bərabər, həm də 
kövrək bitkidir. 

Qırxqız dağının ətəyindəki o kəndi və bütövlükdə o məmləkəti ağı- 
lagəlməz qəfil bir “qasırğa” tutdu. Bu qasırğa heç bir təbii qasırğalara 
bənzəmirdi. Bu “qasırğa” dünya bərqərar olandan bəri görünməyən, misli- 
bərabəri olmayan, insanları öz yurd-yuvalarından əbədi ayıran, yurd yeri 
ilə yurddaşlar arasında qorxulu bir sədd çəkən qorxunc bir “qasırğa” idi. 

Bu qorxunc “qasırğa”dan insanlar hara gəldi baş götürüb qaçırdılar. 
Nənələr qırışlı və damarlı əlləri ilə bağladığı boxçaları “xəzinə” hesab 
edərək özləri ilə götürməyə can atırdılar. Bu boxçalarda nələr yox idi. İp- 
dən, sapdan tutmuş toxumlara qədər hər şey. O toxumlar yalnız o torpaq- 
da göyərə bilərdi. Gicitkən, meşə keşnişi, zirə, baldırğan və s. toxumları 
boxçalarda düyülmüşdü. 

Mərkəzi Aran rayonlarının birində məskunlaşmış Qırxqız dağının 
ətəyindəki o kənddən olan həmin zəhmətkeş ailənin üzvləri köçkün düş- 
dükləri dövrün on ikinci baharında yaşadıqları olacağın arxa tərəfində, 
sakit bir yerdə sanki möcüzə ilə rastlaşdılar. Qəhrəman Ananın sükut içə- 
risində baldırğan komasının yanında dayanıb qeyri-adi həyəcanla axıtdığı 
göz yaşı və qəlbindəki iztirabları duyan ailə üzvləri Ananın başına cəm- 
ləşdilər. Ananın başına cəm olan ailə üzvləri aran rayonunda boy atmış 
baldırğanın dövrəsində ani bir çaşqınlıqdan sonra elə bil ayıldılar. Hər bi- 
rinin üzündən gilələnən göz yaşları sanki on iki ildən sonra Qırxqız dağı- 
nın ətəyindəki o kəndin ziyarəti idi. Burada nələr baş verdiyini sözlə 
ifadə etmək mümkün deyil. Böyük Yaradanın yalnız insana bəxş etdiyi 
ən dəyərli və qüdrətli söz burada çox aciz və imkansızdır. 


71 




Laçın yurdu - №2(2), 2011 


Bu baldırğan koması həmin an Vətənin özü idi: Dağı, dərəsi, çayı, 
meşəsi, qayası bütövlükdə işğal altında olan bir məmləkət! ... 

İnsan ağlı cənnət və cəhənnəmin yalnız o dünyaya məxsus olduğu- 
nu düşünürdü. Bir el deyimi vardı: “Ölməmisən, görməmisən”. Sən de- 
mə, diriykən ölmək də vannış, gönnək də. Cənnət nə olduğunu bilmək 
üçün gərək cəhənnəmə düşəsən, cənnətdə qalsan o sənin üçün həmişə adi 
olacaq. 

İnsan - planetin dərin sirlərinə yiyələnən, qalaktikaları kəşf edən 
müəmma. 

İnsan - xoşbəxtlik içərisində özünü əbədi xoşbəxt, bədbəxtlik üz ve- 
rəndə əbədi bədbəxt bilən müəmma. 

Baldırğan komasının ətrafına cəmləşən bir məcburi köçkün ailəsi- 
nin keçirdiyi hiss və həyəcanı əgər duya bilsəydi dağlar öz yerindən oy- 
nayar, tufan qoparardı ki, ey insan, özünü gör və dərk et. 

Vidadi SABİROĞLU 


QARABAĞ QAZİLƏRİ 

Nİ Y AMƏDDİN İMRANOV 

İmranov Niyaməddin Tufan oğlu 7 may 
1975-ci ildə Laçın rayonunun Xaçınyalı kən- 
dində müəllim ailəsində anadan olub. 1992-ci 
ildə orta məktəbi bitirib. Evin tək oğlu olma- 
sına baxmayaraq 1993-cü ildə könüllü surətdə 
ordu sıralarına yollanıb. İlk vaxtlar Laçın alayı- 
nın tərkibində Cəbrayıl rayonunun ərazisində - 
Xələfli, Yarəhmədli, Minbaşılı, Mahmudlu isti- 
qamətlərində, daha sonralar isə Ağdam və 
Tərtər rayonları istiqamətlərində döyüşlərdə iş- 
tirak edib. 

Ailəlidir bir övladı var. 

Niyaməddinin cəbhə xatirələrindən: - “Rəhmətlik Elçinin bölüyün- 
də olarkən 1993-cü il dekabrın 28-də Ağdamın Salahlı-Kəngərli kən- 
dində mühasirəyə düşdük. Qarabağ kanalının üstündə 4 saata qədər ağır 
döyüş getdi. Dörd bir tərəfdən ermənilər bizi mühasirəyə almışdılar. 60- 
70 nəfərə yaxın itki versək də, təslim olmadıq. Gecə ara sakitləşəndə 
Elçin dedi ki, ön hissəni yoxlayıb qayıdıram. Bir az keçəndən sonra part- 
layış səsi eşitdik, durub irəli getdik ki, Elçin və başqa iki tağım koman- 



72 



Laçın yurdu - №2(2), 2011 


dirimiz minaya düşüb. O döyüşdə bizim mühasirədən çıxmağımıza kö- 
mək edən alay komandirinin müavini Sabir Xıdırov oldu. Sonra isə N 
saylı hərbi hissədə Cəfərov Nadirin komandir olduğu bölüyə göndəril- 
dim. Həmin bölük laçınlıların sayı çox olduğuna görə “laçınlılar” taboru 
adlanan taborun tərkibində idi. Hətta o vaxtlar briqada komandiri Aydə- 
mirov Yaşar III tabora çox güvənirdi, ən ağır döyüşlərə bizi göndərirdi. 
Füzuli rayonunun Seyid Əhmədli kəndi uğrunda gedən döyüşlərdə Cəfə- 
rov Nadirin başçılıq elədiyi tabor xüsusilə qəhrəmanlıq göstərdi. 1994-cü 
ildə bizi yenidən Ağdamın Təzəkənd, Tərtərin Seysulan kəndləri uğrunda 
gedən döyüşlərə göndərdilər. Laçın taboru yenə də böyük rəşadət gös- 
tərdi. Bir maraqlı epizodu deyim ki, biz Füzulidə olarkən N saylı xüsusi 
təyinatlı taborun komandiri Cəfərov Nadirdən kömək istədi. 150 nəfər 
xüsusi təyinatlı dəstənin saxlaya bilmədiyi bir mövqeyi 15 nəfər laçınlı 
döyüşçü bir neçə həftə saxlaya bildi və düşmənə təslim etmədi. Bəlkə də 
torpaqlarımızın hələ işğaldan azad edilmədiyi bir məqamda qəhrəmanlıq- 
dan danışmaq yerinə düşmür. Amma biz o döyüşlərdən qalib çıxacağı- 
mıza inanırdıq. Təəssüf ki, arzularımız həyata keçmədi. İndi Laçın üçün 
çox darıxıram, Laçın uğrunda yenidən vuruşmaq üçün Ali Baş Koman- 
danın əmrini gözləyirəm.” 

Açılan güllərin ətrinə uydum. 

Axan şəlalənin səsini duydum. 

Baxan bu gözləri, həsrətdə qoydum, 

Laçınlı günlərə dönmək istərəm. 

Zəmanə bəs niyə sındırdı bizi? ! 

Aldı əlimizdən Vətənimizi. 

Sanki kor eylədi gözlərimizi, 

Laçını son dəfə görmək istərəm. 

Həsrətli ürəyim arzuyla dolur, 

Arzular çiçəktək saralır, solur. 

Ölüm də sevgitək vəfasız olur, 

Laçınlı günlərə dönmək istərəm. 

Niyaməddin yenə şam kimi yanır, 

Bəzi nankorlarsa Vətənin danır. 

Biz burda, Laçınsa uzaqda qalır, 

Laçını döyüşüb almaq istərəm. 


73 




Laçın yurdu - №2(2), 2011 


POEZİYA 


Eldar İSMAYIL 


AY QAÇQIN, AY QARDAŞ 



Ay qaçqın, ay qardaş, a dərdin alım, 
Hərə öz kefində, səfasındadı. 
Damağı çağ olan hardan bilsin ki, 
Qaçqın öz canının cəfasındadı. 


Soyuq baxışların altda əsirsən, 
Bilmirəm qaçqınsan, yoxsa əsirsən. 
Kimdən inciyirsən, kimdən küsürsən?- 
Hərə öz başının qovğasındadı. 


Yağışı quruyub bulud verənin, 
Ayranı calanıb qurud verənin. 

Bir zaman qaçqına umud verənin 
Çoxusu vəzifə davasındadı. 


Bəs hanı halını “qanan oğullar”, 
Sinəsinə döyən “canan oğullar”? 
Sizin dərdinizə yanan oğullar 
Deputat eşqində, havasındadı. 


Eldar, nə yaşamaq belə həyatda... 
Koroğlu piyada, Həmzə Qıratda. 
Adam var milyonu başının altda, 
Gözləri qaçqının tavasındadı. 


74 



Laçın yurdu - №2(2), 2011 


QƏMLƏNDİM 

Yeni ilin gəlişi münasibətilə konsertlər, atəşfəşanlıq, deyib-giil- 
mək ara vermir. Şadlanmaq yaxşı şeydir. Yüz illərdən bəri düşmənə 
tapdaq olan torpaqlarımızın taleyi bıı şadyanalığa nə deyir? 

Hər kəs yeni ili bayram elədi, 

Şuşanı yadıma salıb qəmləndim. 

Ekranda çal-çağır ütdü səbrimi, 

Topa bulud kimi dolub qəmləndim. 

Mən düşən bu oyun başqa oyundu, 

Hiylələr bayquştək bəxtimə qondu. 

Göyçənin həsrəti içimdə dondu, 

Bu axşam tək-tənha qalıb qəmləndim. 

Başımdan bəlalar keçdi nə qədər, 

Sinəmin altına yol saldı kədər. 

Dedim Kəlbəcərdən bəlkə bir xəbər, 

Dedilər gülləri solub, qəmləndim. 

İtkin ellərimə matəm saxladım, 

Mənə gül dedilər haçan ağladım. 

Qəlbimin içində bir saz bağladım, 

Dərdimi gizlicə çalıb qəmləndim. 

Mən Vətən deyəndə Vətən can dedi, 

Sən mənim dərdimi anla, qan dedi. 

Arif Laçın dedi, Zəngilan dedi, 

Qarabağ dərdinə dalıb qəmləndim. 

Eldar, şadlığa da yer ayır hərdən, 

Qeyrətli insanlar düşməz təpərdən. 

Ömrü çal-çağırla keçən gənclərdən 
Nə qədər narahat olub qəmləndim. 


75 




Laçın yurdu - №2(2), 2011 


HƏKİM MƏSLƏHƏTİ 

HİPERTONİYA XƏSTƏLİYİ 
(səbəbləri, əlamətləri, profilaktikası) 

“Laçın yurdu” dərgisinin ilk nömrəsinə yazdığım təbrikdə dərginin 
daim fonnada qalması üçün öz tərəfimdən əhalimizin sağlamlığına yönə- 
lən tibbi məqalələrlə çıxış etməyə söz vermişdim. Elə bu yazımla da ver- 
diyim vədi yerinə yetirməyə qərarlı olduğumu göstərmək niyyətindəyəm. 

Ulu Tanrı ilimizi fəsillərlə bölmüşdür ki, bu fəsillərin də hər birində 
müəyyən xəstəliklər ya üzə çıxır, ya kəskinləşir, ya da sakitləşir (remis- 
siya verir). O cümlədən də yay fəsli üçün hipertoniya xəstəliyinin gedi- 
şində ağırlaşmaların artması xarakterikdir. El arasında qan təzyiqinin 
yüksəlməsi kimi başa düşülən hipertoniya xəstəliyi nədir? 

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi anlayışa görə, hiperto- 
niya xəstəliyi arterial qan təzyiqinin davamlı şəkildə xroniki yüksəlməsi- 
dir. Bəs normal arterial təzyiqin göstəriciləri necədir? Bax, elə bu göstəri- 
cilər barəsində əhalimizin, necə deyərlər, öz aralarındakı mübahisələrinə 
son qoymaq üçün bunları diqqətinizə yetirməyə dəyər. 

Orta məktəbin anatomiya dərsliyində nə vaxtsa getmiş səhv bir fikir 
- normal arterial təzyiq 120-80 millimetr civə sütunudur (mm.c.st) - 
şüurlara hakim kəsilmişdir. 

Yaradılış baxımından insanlar fərqli olduğundan onların arterial 
təzyiqlərinin də fərqli olmağında qeyri adi heç nə yoxdur. Normal arterial 
təzyiqin özünü də üç yerə bölürlər. 

optimal: <120 / <80 mm.c.st 
normal: 120-129 / 80-84 mm.c.st 
yüksəlmiş: 130-139 / 85-89 mm.c.st 

Demək 140/90 mm.c.st-dan yuxarı arterial hipertenziya hesab olu- 
nur. Bu gün hipertenziyadan yer kürəsində bir milyard insan əziyyət 
çəkir. Hər il 7.1 mln ölüm hadisəsi bu və ya digər dərəcədə arterial hiper- 
tenziya ilə əlaqələndirilir. Beləliklə, bu xəstəlik getdikcə ciddi tibbi və 
sosial problemə çevrilir. 

Oxucular haqlı bir sual verə bilər: bəs bu xəstəliyin səbəbi nədir, 
hansı amillər onun yaranmasına gətirib çıxara bilər? Səbəblər məlum ol- 
duqda biz buna simptomatik arterial hipertoniya deyir və səbəbləri sıra- 
laya bilirik. 

Bu sıraya böyrək patologiyaları (qlomerulonefrit, pielonefrit, dia- 
betik qlomeruloskleroz, böyrəkdaşı xəstəliyi və s.), endokrin sistemin 
xəstəlikləri (tireotoksikoz, böyrəküstü vəzin patologiyaları, şəkərli diabet 

76 




Laçın yurdu - №2(2), 2011 


və s.), ateroskleroz, mərkəzi sinir sisteminin xəstəlikləri və s. aid edə bi- 
lərik. Əksər təsadüflərdə isə kon kr et orqan zədələnməsini aşkar edə bil- 
mirik ki, bu zaman əsas səbəb kimi bəşər sivilizasiyasının doğurduğu si- 
nir-psixik gərginliyi qəbul edirik. Və bunu hipertoniya xəstəliyi adlan- 
dırırıq. 

Hipertoniyalı şəxslərin şikayətinə gəlincə bu ən çox özünü ənsə na- 
hiyəsində göstərən başağrıları, gözün qarşısında “tor”, “duman”, hissi, 
arabir ürəkbulanma və qusmadan ibarətdir. Bəzən bu şikayətlər olmaya, 
yaxud az intensivlikdə ola bilər. 

Şikayətlər əsasən hipertonik krizlər zamanı ortaya çıxır ki, bu kriz- 
lərə səbəb kimi psixoemosional yüklənmələr, meteoroloji amillər, həd- 
dindən çox duz və maye qəbulu, qan təzyiqini azaldan hipotenziv dər- 
manların qəflətən dayandırılması, alkoqol qəbulu, siqaretçəkmə, artıq bə- 
dən kütləsi. 

İki tipə bölünən hipertonik krizlərin I tipi AT-in qəflətən 180- 
190/100-105 mm.c.st-a yüksəlməsi, baş verir. 2-3 saatadək davam edən 
bu tip krizlər üçün başağrıları, başgicəllənmə, ürəkbulanma, çoxlu sidik 
ifrazı, ürəkdöyünmə, oyanıqlıq, üzdə və dəridə qırmızı ləkələr xarakterik- 
dir. 

II tip krizlərə beyinlə bağlı simptomlar yuxululuq, əzginlik, görmə- 
nin pozulması, dezorientasiya, qusma, döş qəfəsində sıxıcı ağrılar, təng- 
nəfəslik, boğulma, üzdə şişkinlik aiddir. 

Hipertoniya xəstəliyi diaqnozu təsdiqlənəndən sonra müalicəyə eh- 
tiyac yaranır. Bəzən xəstələrimiz “dərman qəbul etməkdən bezdim”, “nə 
vaxtacan dərman qəbul edəcəyəm” ifadələrini işlədir. 

Onlara sözümüz - bu xəstəlik zamanı dərman preparatı qəbul etmə- 
mək olar. Lakin ağırlaşmalar baş verdikdən sonra, necə deyərlər, “dər- 
man qəbuluna ehtiyac qalmır”. Bu xəstəliyin ağırlaşmaları hədəf orqanla- 
rın zədədlənməsi ilə əlaqədardır. Hədəf orqanlar kimi baş-beyin (ifliclər, 
beyin infarktı, ensefalopatiya və s.), ürək (miokard infarktı, ürək çatış- 
mazlığı), böyrək (böyrək funksiyalarının itirilməsi), göz dibi ( korluğa 
aparıb çıxaran qansızmalar və s.) əsas göstərilə bilər. 

Xəstələrin müalicəsi öncə sağlam həyat tərzinə söykənməlidir. 

Sağlam həyat tərzi dedikdə buraya düzgün qidalanma (xörək du- 
zunun pəhrizdə minimuma endirilməsi, yüksək kolorili qidaların məh- 
dudlaşdırılması, bitki məhsullarının rasionda miqdarının artırılması), fizi- 
ki aktivliyi yüksəltmək, ən əsası isə sinir-psixik gərginliyi mümkün qədər 
aradan qaldırmaqdır. 


77 




Laçın yurdu - №2(2), 2011 


Hipertoniya xəstəliyinin həyat üçün təhlükəli sayılan ağırlaşmala- 
rından xilas yolu xəstələrin vaxtaşırı öz həkimləri ilə məsləhətləşməsi, 
həkimlərin tövsiyələrini yerinə yetirməsi, dərman maddələrini vaxtlı-vax- 
tında qəbul etməsindən keçir. 

Sinir-psixik gərginliyi aradan qaldırmağın yolu 
isə səbirdən keçir desək, heç yanılmarıq. 

Bu məqalənin yazılması müqəddəs Qurani-Kə- 
rimin nazil olduğu Ramazan ayına təsadüf etdi. Bu da 
xoş təsadüf. Nəfsimizlə mübarizə apardığımız bu ay 
düşünürəm ki, xəstələrimizə hipertoniya xəstəliyinin 
müalicəsində səbir adlı güclü dərmanla kömək edə 
biləcək. 

Nağdəli ZAMANOV, 

ATU-nun dosenti 

SEYİD OCAĞININ ŞƏHİD ÖVLADI 

Mən onu çox yaxından tanıyırdım, çünki 
uşaqlığımız, gəncliyimizin ilk illəri bir yerdə keç- 
mişdir. Seyid Həmid Xudu oğlu Xəlilov 1969-cu 
ildə Laçın rayonunun Qovuşuq kəndində mötəbər 
bir seyid ocağında dünyaya göz açmışdır. Uşaq- 
lıqdan Vətənə, torpağa, elə-obaya bağlılıq hissi 
onda çox güclü idi. Xain düşmənlərimizin torpaq- 
larımıza göz dikdiyi zamanda Həmidin də içində 
düşmənlərə qarşı güclü nifrət baş qaldırdı. Həm- 
yaşıdları kimi o da torpaqlarımızı erməni quldur- 
larından xilas etmək üçün 1992-ci ildə Laçın rayon polis batalyonu sıra- 
larına qoşularaq müharibəyə atıldı. Onun döyüş yolları elə doğma Laçın 
rayonundan başladı. Sonrakı illərdə Kəlbəcər, Daşkəsən, Füzuli istiqamə- 
tində gedən ağır döyüşlərdə Həmidin qəhrəmanlığı dillərdə əzbər oldu. 
Bütün döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirən Həmidin gülləsindən 
düşmənin bir hədəfi də yayınmadı. 

1994-cü il aprel ayının 21 -də Füzuli rayonu istiqamətində ordumuz 
tərəfindən düşmənə sarsıdıcı zərbələr endirilirdi. Qəflətən atılan erməni 
mərmisi bu gənc döyüşçünün həyatına son qoydu. Gözlərini əbədi yuman 
Həmidin cənazəsi Ağdam rayonunun Quzanlı kəndində torpağa tapşırıldı. 
Qəbri nurla dolsun! 


şəhidlərimiz 




78 


Saleh ŞİRİNOV 





Laçın yurdu - №2(2), 2011 


ŞAHMAR NƏSİROV 

Nəsirov Şahmar Həsən oğlu 4 yanvar 1939- 
cu ildə Laçın rayonunun Əhmədli kəndində ana- 
dan olub. Zəhmətkeş bir ailədə dünyaya göz açan 
Şahmarın atası Həsən kişi kolxozçu, anası Gül- 
süm xanım isə evdar qadın idi. Körpəliyi mühari- 
bə dövrünə düşən Şahmar həyatın heç də yaxşı 
üzünü görmədi. Müharibəyə yollanmış atası 
1942-ci ildə cəbhədə həlak oldu. Bütün 
çətinliklərə baxmayaraq, 1956-cı ildə Laçın şəhər 
1 saylı orta məktəbini əla qiymətlərlə bitirən Şahmar Azərbaycan Dövlət 
Universitetinin (indiki BDU) hüquq fakültəsinə qəbul olunur. 

Universitetdə oxuduğu müddətdə də Şahmar özünü ən yaxşı cəhət- 
dən göstərə bilir. Məhz bunun nəticəsi idi ki, 1964-cü ildə Universiteti 
fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan SSR Ali Məhkəmə- 
sində Ali Məhkəmə sədrinin məsləhətçisi vəzifəsinə təyin olunur. 1964- 
1969-cu illərdə Ali Məhkəmədə çalışan Şahmarı 1969-cu ildə Cəbrayıl 
rayon Xalq Məhkəməsinin hakimi təyin edirlər. 1971-1976-cı illərdə 
Xaçmaz rayon Xalq Məhkəməsinin, 1976-1982-ci illərdə isə Tovuz ra- 
yon Xalq Məhkəməsinin sədri işləyən Şahmar Nəsirov çalışdığı bütün 
rayonlarda gözəl insan və nüfuzlu hüquq işçisi kimi tanınıb. 

1983-cü ildə doğulduğu Laçın rayonuna qayıdan Şahmar Nəsirov 
Laçın rayon hüquq məsləhətxanasının müdiri vəzifəsini icra edir. 1992- 
2000-ci illərdə Laçın rayon məhkəməsinin hakimi vəzifəsində çalışan 
Şahmar Nəsirov 2000-ci ildən ömrünün sonuna kimi (2005) Şuşa rayon 
Xalq Məhkəməsində baş məsləhətçi vəzifəsində çalışıb. 

İşlədiyi müddətdə dəfələrlə SSRİ Ədliyyə Nazirliyinin və Azərbay- 
can SSR Ədliyyə Nazirliyinin mükafatları ilə təltif olunmuşdur. Baş əd- 
liyyə müşaviri idi. 



79 




Laçın yurdu - №2(2), 2011 


NƏSR 


YUXU 


Hələ uşaqlıqdan tez-tez yollara yoldaşlıq edərdim. Bir zamanlar La- 
çından Bakıya və əks istiqamətdə olan səfərlərimi daha sonralar Qaxdan 
Bakıya olan səfərlərim əvəzləmişdi. Bir neçə il öncə, 2008-ci ilin payızın- 
da isə Bakıdan uzanan tale yolumun mənzil başı tam fərqli bir məkan, Ağ- 
cabədi rayonu, Taxtakörpü qəsəbəsi olmuşdu. Bu qəsəbədə işlədiyim 3 ilə 
yaxın bir zaman ərzində həyatımda çox şeylər dəyişmişdi. Özüm üçün ye- 
ni düzən qurub fərqli bir həyat tərzi yaşamağa başlamışdım. Həyatımda 
bəzi şeylərin anbaan, günbəgün dəyişdiyi bir dövrdə dəyişməyən bir şey 
vardı, mən yenə harasa gedib gəlir, daim müxtəlif yerlərə səfərlər edirdim. 

Bu dəfəki yolum çox uzun olmasa da, əziyyətli idi. Bu yol çağırış 
üçün getdiyim “Mişni yatağı” adlanan obadan Taxtakörpüyə sarıydı. Ma- 
şın bir neçə saat günün altında qaldığı üçün içəridə dözülməz bir isti var- 
dı. Günəş də sanki qəzəbli bir əjdaha kimi maşının şüşəsindən içəri od 
püskürürdü. Beynimdə tezliklə xəstəxanaya çatıb, buz kimi “Sirab” su- 
yunu içdiyim anın xəyalını qurur və mənə narahatlıq verən düşüncələrdən 
qurtulmağa çalışırdım. Nədənsə həmin an bu yerlərə işləməyə gəlməklə 
səhv bir addım atdığımı düşünür, Bakıda hansısa klinikanın komfortlu iş 
otağında kondisionerin yaratdığı sərinliklə, təcili yardım maşınında, gü- 
nəş şüalarının təsiri ilə qızmış dəmirin içində adamı bişirən istinin müqa- 
yisəsini aparıb özüm-özümü qınayırdım... 

Taxtakörpü qəsəbəsində işlədiyim bu dövrdə müxtəlif səbəblərlə 
əlaqədar dəfələrlə bu barədə düşünmüşdüm. Lakin çox zaman baş ve- 
rən hər hansı bir hadisə məni bu düşüncələrdən ayıraraq, olduqca çətin 
şəraitdə yaşayan bu insanlardan biri edirdi. Əslində mən də, burada ya- 
şayan insanlar da heç dəyişməmişdik. Laçında da belə idik, Laçının işğa- 
lından sonra da... Onların da qırmızı rəngli məcburi köçkün vəsiqəsi var 
idi, mənim də. Məcburi köçkünlük həyatından doğan çətinlikləri fərqli 
mühitlərdə birgə yaşamışdıq. Məni müəyyən qədər onlardan fərqləndirən 
amil məcburi köçkünlük həyatını fərqli yaşayış mühiti və həyat tərzi ilə 
keçirməyim idi. İlk vaxtlar buralara uyğunlaşmaqda xeyli əziyyət çə- 
kirdim. Ağacların belə çətinliklə əmələ gəldiyi, qışı palçıqlı, yayı qızmar 
günəşli bu şoran torpaqlar məndə vahimə yaradırdı. Ucsuz-bucaqsız dü- 
zəngahlarda palçıqdan tikilmiş daxallar 19 il idi ki, burada yaşayan in- 
sanların evi idi. Bir çox maddi sıxıntılar və təbii amillərdən doğan çə- 
tinliklərlə bahəm malyariya və brüsellyoz təhlükəsi də bu insanları da- 
ban-dabana izləyirdi. 


80 




Laçın yurdu - №2(2), 2011 


Lakin bütün bu düşüncələrin fonunda elə hiss edirdim ki, həyatımda 
elə bir hadisə baş verəcək ki, məni üzən bu düşüncələrdən ayıracaq, bu 
yerlərə işləməyə gəlməklə bəlkə də həyatımda ən doğru qərarı vermiş 
olduğumu düşünməmə vəsilə olacaq... 

Təcili yardım maşını xəstəxananın darvazasından içəri daxil olanda 
artıq toran çalırdı, hava bir az bürkü idi. Ağcaqanadların vızıltısından belə 
başa düşürdüm ki, məni qarşıda əzablı bir gecə gözləyir. Otağa keçib “Si- 
rab” butulkasının içindəkini “Sirab” suyuymuş kimi başıma çəkdim. Yor- 
ğunluqdan ayaqlarım sızıldayırdı. Kresloya əyləşib ayağımı stulun üstünə 
uzatdım. Bir neçə dəqiqə istirahət etmək üçün gözlərimi qapadım... 

Avtobus Bakı avtovağzalından hərəkətə başlayanda saatın əqrəbi 
11-i göstərirdi. Səmanın üzərinə qaranlıq çöksə də, sayrışan ulduzlar şə- 
hərin işıqlarıyla göz-gözə dayanmışdı. Avtobus Tbilisi prospekti ilə şəhər 
mərkəzinə doğru irəliləyirdi. Mən yan şüşədən şəhəri seyr etdikcə Bakı- 
nın çox qəribə bir şəhər olduğunu düşünürdüm. 

Şəhər çox dəyişmişdi, illər öncəki səsli-küylü, üstü bulaşıqlı, nə 
qədər bəzənsə də pinti və çirkin qıza bənzətdiyim Bakı, keçən bu müddət 
ərzində gözəlləşib naz-qəmzəli gözəl bir qız təsəvvürü yaratmışdı. Şəhər 
işım-işım işıldayır, hər tərəfdə səliqə, səhman sezilirdi. Şəhər kimi sanki 
şəhərin insanları da xoşbəxt və firavan görünürdülər. İnsanların üzündəki 
sevinc, təbəssüm Bakının gözəlliyi ilə xüsusi bir ahəng təşkil edirdi. 

Avtobus Azneft dairəsinin qarşısından keçib Bayıl qəsəbəsinə doğru 
yol aldı. Yolun kənarındakı gecəqondular sökülmüş, yerində uca binalar ti- 
kilmiş, 1-ci mərtəbələrdə olan mağaza və kafelərin adları isə ingilis dilində 
deyil, öz ana dilimizdə yazılmışdı. Yolun sağ qolunda yeni tikilib istifadə- 
yə verilmiş “Qələbə” metro stansiyası adı qədər də əzəmətli görsənirdi. 

Məşhur Şıxov çimərliklərinə çatanda magistralın sol tərəfində ay 
işığının dəniz ləpələri ilə oynaşması, ecazkar dəniz mənzərəsi insanda 
xüsusi bir ovqat yaradırdı. Bir zamanlar dəniz hündür hasarla mühasirəyə 
alındığı üçün bu mənzərəni seyr etmək mümkün deyildi. . . 

Yanımda əyləşmiş Seymur adlı 19-20 yaşlarında gənc bir oğlanla 
söhbətimizi də elə bu mövzu ətrafında qurmuşduq. Söhbət hasara alınmış 
dəniz mövzusundan tanışlıq məqamına keçəndə məlum oldu ki, bu gənc 
tələbədir, imtahanlarını verib tətil üçün rayona gedir. 

Xülasə... 

...Mən yenə səfərdə idim. Bu dəfəki səfərim Azərbaycanın qərb sər- 
hədlərinin qurtaracağında olan rayonumuza sarı idi. Qarşıda bizi 500 km- 
dən artıq yol və uzun bir gecə gözləyirdi. Təcrübəmdən deyə bilərəm ki, 
yol nə qədər uzun olmuş olsa da, dərin yuxu onu qısaldır. Qaradağda qa- 


81 




Laçın yurdu - №2(2), 2011 


padığım gözlərimi açarkən Bərdədən Ağdama doğru hərəkət edirdik. Bir 
az getdikdən sonra avtobus sürətini azaldıb magistral yoldan sağa döndü 
və iki mərtəbəli bir restoranın qarşısında saxladı. Əvvəllər Bakı ilə rayon- 
lar arasında var-gəl edən avtobusların çoxu Kürdəmir rayonunun ərazi- 
sində yol boyu sıralanmış kafe və restoranlarda fasilə verərdi. Azərbay- 
canın qərbi ilə Bakı arasında məsafənin uzun olması, bu rayonlara işləyən 
avtobusların Ağdam ərazisində olan restoranlarda fasilə etməsini daha 
münasib edirdi. Avtobusdan aşağı enib bir az gəzişdikdən sonra yol yol- 
daşım Seymurla boş bir masanın arxasında əyləşib çay sifariş etdik. Hava 
isti olsa da, Kürdəmirdən fərqli olaraq burada dağlardan gələn sərin meh 
hiss olunurdu. Yolun demək olar kı, böyük bir qismini arxada qoymuş- 
duq. Yarım saat fasilədən sonra sübh tezdən mənzil başına çatmaq arzusu 
ilə avtobusa doluşub, “Allah, Məhəmməd, ya Əli” deyərək yenidən yolu- 
muza davam etdik. Mən hər zamankı adətimə sadiq qalaraq sabaha qədər 
yatdım. Gözlərimi açanda hava artıq aydınlanmışdı. Mənə doğma olan 
ecazkar dağ mənzərəsini seyr etdikcə sanki ruhum saflaşırdı. Mənzil 
başına çox qısa bir məsafə qalmışdı. 

Şəhərin giriş qapısı artıq görünürdü. Sağ tərəfdə, dağın ətəyində 
görünən böyük bir quş heykəli və heykəlin sol tərəfində rayonun adı 
yazılmış lövhə şəhərə qədəm qoyan qonaqlarda şəhər haqda xüsusi bir 
ovqat yaradırdı. Giriş qapısından hardasa 150-200 metr şəhər istiqamə- 
tində, yolun alt hissəsində üzərinə "Azpetrol" yazılmış yanacaq doldurma 
məntəqəsinin işıqları hələ də yanırdı. Sağ tərəfdə yamacın üzərində yol 
boyu sıralanmış bir-birindən gözəl binalar, binaların qarşısında yaşıl 
zolaq kimi uzanan kiçik bağ kompleksi, magistral yolun hər iki tərəfində 
ardıcıl düzülmüş işıq dirəkləri, mərkəzə doğru irəlilədikcə yolun yoxuş 
olması, şəhərin səliqə və səhmanı bir-birini tamamlayırdı. Bu şəhərin çox 
keşməkeşli və əzablı tarixi olsa da, illərlə yağıların əsirliyində olsa da ye- 
nidən əvvəlki əzəmətinə qayıtmışdı. Şəhər yenidən abadlaşdırılmış, müa- 
sir tələblərə uyğun yeni bir şəhər salınmışdı. Bu yeniliklərdən biri də bizi 
mərkəzdə ayrı-ayrılıqda hər birinin öz mənası olan, ümumilikdə isə həm 
tarixi, həm də memarlıq baxımından bir-birini tamamlayan füsunkar bağ- 
larla əhatələnmiş geniş bir meydanın qarşılaması idi. Meydanın sağ tə- 
rəfində, dağın ətəyində ucalan bir heykəl, heykəlin sağ və sol tərəfi ilə 
bağın giriş qapısına qədər uzanan ağaclar və göy çəmənlik insan zəhməti 
sayəsində yaranmış gözəlliyə təbiət ruhu qatırdı. Bağın giriş qapısının 
üzərinə yazılanlardan və ucalan heykəlin əzəmətindən məlum olurdu ki, 
bu bağ xalq qəhrəmanı Sultan bəyin adını daşıyır. Bu bağla üzbəüz mey- 
danın aşağı tərəfində isə rayonun digər bir qəhrəman oğlu Xosrov bəyin 


82 




Laçın yurdu - №2(2), 2011 


adına salınmış bağa çatmamış Qarabağ müharibəsi zamanı şəhid olmuş 
Milli Qəhrəman Oqtay Güləliyevin heykəli ucalan bağ yerləşirdi. Maraq- 
lısı isə bu üç bağı sonda, İkinci Qarabağ müharibəsi zamanı bu rayonun 
düşməndən işğal olunmasında qəhrəmanlıq göstərərək şəhid olmuş digər 
bir qəhrəmanın adma salınmış bağ və ucaldılmış heykəlin tamamlaması 
idi. Bunun məntiqi nəticəsi idi ki, 4 qəhrəmanın adını daşıyan bu bağları 
bir-birindən ayıran meydan “QƏLƏBƏ meydanı” adlanırdı.. . 

İşıqforun yaşıl işığında hərəkətə başlayan avtobus yolun sol tərəfi 
ilə üzü aşağı hərəkət etdi. Hər iki tərəfində yaraşıqlı binaları olan bu kü- 
çənin sonuna az qalmış sağ tərəfdə üzərinə “Diaqnostika mərkəzi” yazıl- 
mış bina mənə çox doğma idi. Avtobus diaqnostika mərkəzini ötdükdən 
sonra qarşıda ucalan otel binasına çatmamış işıqfordan sağa, avtovağzala 
istiqamətlənmiş yola dönərək rayon avtovağzalına doğru hərəkət etdi. Bir 
neçə dəqiqədən sonra biz artıq Bakı avtobuslarının dayanacağında idik. 
Buradan respublikanın şəhər və rayonları ilə yanaşı, rayonun kəndlərinə 
də sərnişin daşıyan avtobuslar çıxırdı. Avtobusdan aşağı düşüb, yol yol- 
daşım Seymur adlı gənclə xudahafizləşəndən sonra kassaya yaxınlaşdım 
və kəndimizə gedən avtobus üçün bilet aldım. Avtobusun çıxmasına az 
qalmışdı, özümü qaçaraq kənd avtobuslarının dayanacağına çatdırdım. 
Avtobus Laçını tərk edib kəndimizə gedən yola çıxanda, bu yolu sanki 
ilk dəfədir gedirmişəm kimi bir hiss yaranırdı məndə. Yan şüşədən izlə- 
diyim dağ mənzərəsi yol yorğunluğunu tamamən unutdururdu. Yol boyu 
xəyallara dalır, tarixin qara səhifələrini vərəqləyir, uşaqkən bu yolla La- 
çına və Laçından geri kəndimizə getdiyim zamanların xatirələri yadıma 
düşürdü. Bu xatirələr köhnə bir filmin keyfiyyətsiz kadrlarına bənzəyirdi. 
Kadrlar müəyyən bir məqama çatanda bitir və pauza yaranır, pauza za- 
manı isə efirdə yalnız qara rəng görünürdü... 

Enişli-yoxuşlu yollardan keçib, bağlı-baxçalı kəndləri arxada qoy- 
duqca, bu yerlərdə yaşayan insanların ata-babalarının bir zamanlar ucqar 
dağ kəndlərindən rayon mərkəzinə və əks istiqamətdə geri qayıdarkən 
maşın qıtlığından və dağ yollarının çətinliyindən necə əziyyət çəkdikləri 
haqda düşünürdüm. Elə bu dəm qonşu kəndimizdən bir müəllimin iclasda 
iştirak etmək üçün çox çətinliklə Laçına gəlib çatması və “rast maşın düş- 
düyü” üçün iclasda iştrak etmədən geri qayıtması barədə dillər əzbəri olan 
lətifəni xatırladım, üzümə xəfif bir təbəssüm qondu. Lakin artıq həmin 
çətinliklər son illər çəkmiş olduğumuz daha əzablı çətinliklər kimi arxada 
qalmışdı. Kəndlərə asfalt yollar çəkilmiş, uzun illər məcburi köçkün ki mi 
çətin bir həyat tərzi keçinniş bu insanlar üçün rahat şərait yaradılmışdı. . . 


83 




Laçın yurdu - №2(2), 2011 


Avtobus kəndimizə yaxınlaşdıqca nədənsə içimdə qəribə bir hə- 
yəcan duyurdum. Mənim doğulduğum, uşaqkən yaşadığım bu kəndi indi 
daha çox sevirdim. Orda mənə doğma olan hər şey vardı. Orda babaları- 
mın qəbri, atamın tikdikdən sonra rahatlıqla heç olmasa 5-10 il yaşaya 
bilmədiyi evimiz, evimizin arxasında dağ, dağın zirvəsində hər gecə yat- 
mazdan öncə uçub gələcəyini düşünərək qorxduğum, məni vahiməyə sa- 
lan “Ağ qaya” vardı. Orda evimizin hər iki tərəfi ilə dağlardan axıb gə- 
lən, evimizin qarşısında iki sevgili kimi bir-birinə qovuşan, suyu göz yaşı 
kimi dupduru olan dağ çayları vardı. Orda evimizin qarşısındakı alça ağa- 
cının altındakı kiçik təpənin zirvəsində balaca daşlardan və palçıqdan tik- 
diyim kiçicik evlər, evlərin qarşısında küçələr, təpənin zirvəsindən ətə- 
yinə sarı Şuşa ilə Laçının arasında olan Yeddiqat yoluna bənzədərək çək- 
diyim yol, o yolla sanki hərəkət edirmiş kimi qardaşımın Bakıdan mənim 
üçün hədiyyə alıb gətirdiyi kiçik oyuncaq maşınlar vardı. Orada mənim 
uşaqlığım. . . orada mənim qırılıb qalmış xatirələrim vardı. . . 

Həsrət elə bir duyğudur ki... Çox uzun illər qəlbimizdə bəslədiyimiz 
həsrət duyğusundan sonra hər dəfə doğma olan o yerə gedərkən sanki ilk 
dəfədir gedirmiş kimi bir duyğu yaranır insanda. 

Avtobus xəstəxananın yanından keçib, yamacla aşağı düşüb düz yo- 
la düzələndə sürücüdən saxlamasını xahiş etdim. Həsrətimin bitməsinə 
çox az qalmışdı... Çayın sol sahilindən kəndin birinci evi bizim ev idi. 
Çayı keçdikdən sonra öz həyətimizdə olacaqdım... Artıq balaca təpənin 
üstündə dizlərimi yerə qoyub evimizlə qarşı-qarşıya dayanmışdım. Ara- 
dan keçən bu həsrət dolu illərdə mən çox böyümüşdüm, amma o təpə ne- 
cə qoyub getmişdimsə, eləcə də qalmışdı... Lakin təpədən fərqli olaraq 
evimiz uçurulub dağıdılmışdı. Kubikləri qaraya boyanmışdı. Həsrət dolu 
baxışlar və gözlərimdən yanağıma axan iki damla yaş... Qulağımı deşən 
cingiltili bir səsin sədası... və alo 

- Salam həkim.... - Deyəsən tanış səsdi... - 
Əleyküm salam, buyurun. . . 

- Həkim Yaqubun oğluyam, Nurəddinli Yaqu- 
bun. Atamın vəziyyəti ağırlaşıb, zəhmət olmasa gə- 
lərdiniz... 

- Misir, bir azdan oradayıq, narahat olma. 

Gözlərimdən axan 2 damla yaşı silib, uca bir 

səslə pəncərədən aşağı səslənirəm: 

- Pərviz, çantanı götür, yolumuz Nurəddin ya- 
tağına sarıdı.... 

Orxan CƏBRAYILOV 

84 




Laçın yurdu - №2(2), 2011 


Vahid QARAŞOĞLU 

Məhərrəmov Vahid Qaraş oğlu 1951-ci ildə 
Laçın rayonunun Hacıxanlı kəndində dünyaya göz 
açıb. Ədəbiyyata böyük marağı olan Vahid Qa- 
raşoğlu Laçın işğal olunduqdan sonra Vətən həs- 
rətli şeirlər yazır. 


HANI 

Başı ərşə çatan dağlar, 
Hara köçüb, elin hanı? 
Talan olub var-dövlətin, 
Zər-gümüşün, zərin hanı? 


POEZİYA 



Yerindəmi o bənd-bərən, 
Yalçın qayan, dərin dərən? 
Şair könlünə ruh verən 
Xoş ətirli gülün hanı? 


Vətəninə arxa duran, 
Namərdlərə qan udduran. 
Sinən üstə büsat quran 
Qoç igidin, dəlin hanı? 


Yağılar kəsib aranı, 
Gen salıb dağdan aranı. 
Apardı sellər Saranı, 
Sara kimi gəlin hanı? 


Sən iş bilən əhli-halsan, 
Qanan adamlara qulsan. 
Qaraşoğlu, niyə lalsan, 
Şeir deyən dilin hanı? 


85 




Laçın yurdu - №2(2), 2011 


POEZİYA 

Tapdıq QORÇULU 

Tapdıq Edilxan oğlu Alxanov (Qorçulu) 
1950-ci ildə Laçın rayonunun Qorçu kəndində 
anadan olub. Orta məktəbi bitirdikdən sonra iki il 
komsomol işində çalışıb. 1970-ci ildən başlayaraq 
rayon qəzetində kiçik hekayələri, məqalələri və 
şeirləri çap olunub. 

Hal-hazırda da bir sıra qəzet və jurnallarda 
vaxtaşırı şeirləri işıq üzü görən, qaçqın-köçkün 
taleyi yaşayan şair ağrılarını-acılarını misralara 
hopdurmaqla təsəlli tapır. 



Dəmirçi Abbasla deyişmə 

Tapdıq Qorçulu 

Ay Dəmirçi, xoş gəlmisən, 
Dilin sözdən ayrılmasın. 
“Dilqəmi” çal mən də yanım, 
Sinən sözdən ayrılmasın. 

Dəmirçi Abbas 
Şair Tapdıq, sənə deyim 
Mən ki, sözdən ayrılmaram. 
Şeytana getmərəm yaxın, 
Qəlbi düzdən ayrılmaram. 

Tapdıq Qorçulu 

Ətri gəldi xoş baharın, 
Vurğunuyam düz ilqarın. 
Ayrılsa da ayaqların, 

Qəlbin bizdən ayrılmasın. 

Dəmirçi Abbas 

Harda şənlik, orda varam, 

Öz elimlə bir nübaram. 

Haram ilə yoxdu aram, 

Halal düzdən ayrılmaram. 


Tapdıq Qorçulu 

Saz gələndə məclis gülər, 
Tapdıq elə xoş gün dilər. 
Artığını özü bilər, 

Yaşın yüzdən ayrılmasın. 

Dəmirçi Abbas 

El firavan, gözəl vaxtdı, 
Sözüm hər qəlbə çıraqdı. 
Dəmirçiyəm, yolum haqdı, 
Mən bu izdən ayrılmaram. 

Aşıq Möhübbətlə deyişmə 

Tapdıq Qorçulu 
Ovum əldən çıxardımı 
Oxum daşa tuş olmasa? 
Tülək-tərlan dağdan enməz 
Çovğun, boran, qış olmasa. 

Aşıq Möhiibbət 

Sona kəklik məskən salmaz 
Hansı dağda daş olmasa. 
Ala gözlər nəyə gərək 
Üstə qələm qaş olmasa. 


86 




Laçın yurdu - №2(2), 2011 


Tapdıq Qorçulu 

Yaratdığı şəxsə fələk 
Versin saf qəlb, təmiz ürək. 
Cücə-plov nəyə gərək 
Sifətimiz xoş olmasa. 

Aşıq Möhııbbət 
Dost hayına darda gəlləm, 
Çağır, olsam harda gəlləm. 
Hər il doğma yurda gəlləm, 
Ömrə bıçaq tuş olmasa. 


Tapdıq Qorçulu 

Tapdıq, etmə giley-güzar, 

Ürək dostun səni qınar. 
Pis-yaxşını kim tanıyar 
Get-gəl tuşhatuş olmasa. 

Aşıq Möhübbət 
İnsanlıq ki, var dünyada, 

Səni yaşadar dünya da. 

Möhübbət yanar dünyada 
Dostun günü xoş olmasa. 

Təqdim etdi: Mötəbər CÜMŞÜDOV 


TƏƏSSÜRAT 

GECƏLƏR YUXUMDAN ÇIXMIRSAN, LAÇIN! 

Gözəl bir yaz səhərinin alatoranlığında yuxudan durub, hər tərəfi 
dağlarla əhatə olunmuş öz doğma balaca kəndimi seyr edirdim. Həyət- 
bacada tək-tək adamlar görünürdü. Kimi inəkləri otlağa aparır, kimi qo- 
yun sürülərini Böyük güneyin sinəsinə yayıb kəklikotunun xoş ətrini du- 
ya-duya Atdamının məxmər çəmənli, gül-çiçəkli yaylağına doğru üzü yu- 
xarı, sürüdən qabaqda asta addımlarla irəliləyirdi. O tərəfdən Malqırıla- 
nın sinəsi ilə yuxarı qıvrılıb gedən cığırla naxırlar Gen dərəyə doğru baş 
alıb gedirdi. Topallığın meşəsindən üzü aşağı həzin bir ahənglə axıb gə- 
lən o zümrüd dərənin səsi təbiətin bu gözəllik aləmində sehrlənmiş süku- 
tunu pozurdu. Günəşin Keşik dağının sinəsinə yayılan şəfəqləri xəyalımı 
o çiçəkli yaylaqların təravətli qoynuna çəkib aparırdı. Yaşıl meşələr, də- 
rin-dərin dərələr, uca təpələr, bənövşəli, nərgizli yamaclar möcüzəli baş- 
qa bir aləmə bənzəyirdi. Səhərin təravətli havası hamını çölə, təbiətin öz 
füsünkar qoynuna çəkib aparırdı. Günəş öz hörüklərini Keşik dağının zir- 
vəsindən yığdıqca, Qoyundamından üzü yuxarı dağların ətəklərində qara- 
ğat, moruq yığmağa gedən gəlinlərin, qızların səsləri eşidilirdi. 

Hər gecə yuxuda sanki bir ömür yaşayıram. Yaxşı ki, röyada olsa 
da səninlə görüşürəm, mənim doğma yurdum. Kəndimizdən üzüaşağı əy- 
ri-üyrü dolayı yollarla Qamışlığa enirəm. Qabaqtəpənin aşağı hissəsindən 
qayalara çırpına-çırpına axıb gedən Şəlvə çayının nəriltisi o dərələri lər- 
zəyə gətirir, əks sədası ətrafa yayılırdı. Üzü yuxarı Qabaqtəpənin sinəsinə 
min bir gözəllik verən sıx meşələr - palıd, ağcaqayın, ulas, cökə, qara- 

87 




Laçın yurdu - №2(2), 2011 


ğac... başı buludlara dəyən dağların sinəsini bir yaraşıqlı gəlin kimi baş- 
dan ayağa bəzəmişdi. Ona dikilən gözləri bir anda sehrləyib özünə cəlb 
edirdi. Beləcə həsrətindən alışıb yandıqca bənövşəylə, nərgizlə bəzənmiş 
yamacların, sıx meşələrin içində gizlənən balaca məxmər talalar, ceyran- 
lı, cüyürlü bərələr, o səsli-küylü yaylaqlar bir-bir gözlərimin önündən 
ötüb keçdikcə deyirəm, - nə gözəl təbiətin vannış, Laçın! Heyif ki, qədri- 
ni bilmədik. Sənin dağlarından su içib, çörəyini yeyib, insanı uzun illər 
yaşadan havanı udub o füsünkar gözəlliyini duymayan, altında ləl-cəva- 
hir yatan dağları bir ovuc qızıla dəyişən namərdlər sənin zənginliyini, kö- 
nüllər oxşayan gözəlliyini duymadı. Eh!., namərd nə bilir torpaq qədrini. 
Təki onların cibləri pulla dolu olsun... Görəsən, o pullar onları o ulu dağ- 
lar qədər yaşadacaqmı? ! . Yox, vallah yaşatmayacaq. Onda biləcəklər ki, 
bir ovuc torpaq bir ovuc qızıldan irəlidi. Axı torpağı heç nəyə dəyişmək 
olmazdı. O, elə hər şeydi, puldu, qızıldı, ləldi, cəvahirdi. Onlar bunu har- 
dan başa düşsünlər... Əgər başa düşdülərsə niyə namərd oldular? Nə isə, 
belələri hələlik öz kefində... Mən isə düşüncələr aləminə qapıldıqca az 
qalıram ki, dəli olam. Birdən elə bilirəm ki, Laçın əvvəlki kimi yaşayır. 
İstəsəm elə sabah avtobusa oturub gedərəm. Belə duyğularla xəyallar 
içindən qəflətən ayılıb özümə gəlirəm və sənin yoxluğunu hiss edib kə- 
dərlənirəm, Laçınım! Əlimə qələm alıb həsrətimi vərəqlərə köçürürəm. 
Doğma yurdum, dağların qoynunda elə əzəmətlə dayanmışdın ki, səni da- 
ğıtmağa heç bir silahın gücü çatmazdı. Əgər sənə xain gözlə baxan olma- 
saydı. Səni düşündükcə düşünürəm, mənim yurdum. Beləcə hər gecə səni 
yuxularda görürəm. Buz bulaqlarından su içib, çiçəkli yaylaqlarını gəz- 
dikcə gəzirəm. Üzü yuxarı ağlı-qırmızılı maral çiçəyinin içində itib bata- 
bata ağır addımlarla Pirinyalına çıxıram. Qayalardan yasəmən dərə-dərə 
Sarıbulağın diş göynədən suyundan içib, kəndimizə doğru üz tuturam. 
Elə bu an yuxudan ayılıram. Çox təəssüf hissi ilə deyirəm: “Kaş yuxudan 
hələ oyanmayaydım. Sənin isti qoynunda hələ bir az da gəzib dolanay- 
dım”. Bax beləcə həsrətini çəkə-çəkə yaşayıram. Doğma yurdum, röyada 
olsa da səninlə görüşürəm. Deyirəm kaş gördüyüm 
yuxular bir gün həqiqətə çevriləydi. Hələlik həqiqət 
nağılda tilsimlənib qalsa da, ümid edirəm ki, bir gün 
köçkünlər öz yurduna qayıdacaq. “Hər zülmət gecə- 
nin bir aydın səhəri var” deyiblər. O, zülmət gecənin 
aydınlığını yuxularda görürəm, ancaq röyada səninlə 
görüşə bilirəm, mənim doğma yurdum Laçın!... 

Maarif KÖÇKÜN 



88 




Laçın yurdu - №2(2), 2011 


ƏKS-SƏDA 


MƏNİM TANIDIĞIM AŞIQ UMBAY 

Mən Aşıq Umbay adını yeniyetməlik vaxtlarımda eşitmişəm. O 
zaman bir televiziya kanalımız vardı, dövlət televiziyası. O televiziyanın 
verilişlərinin tarixini və saatını göstərən bir proqram qəzeti çıxırdı. Hə- 
min qəzet hər kəsin evində, televizorunun üstündə olardı. Bunu yəqin ki, 
hamı xatırlayır. O zaman həmin televiziyada “Dastan axşamı” adlı bir 
veriliş gedərdi və bu verilişi səbirsizliklə gözələyərdik. Aşıq Kamandar, 
Aşıq Hüseyn Saraclı tez-tez o verilişdə dastanlar, ən çox da məhəbbət 
dastanları söyləyərdilər. Bir gün “Dastan axşamı”nda Aşıq Umbayın 
“Şah İsmayıl” dastanını söyləyəcəyini eşitdim. Proqram qəzetinin “Həf- 
tənin beşinci günü, saat 20:30-da “Dastan axşamı” verilişində “Şah İsma- 
yıl dastanı” anonsu indiki kimi yadımdadır. O zamanlar qonşuların, tele- 
viziyada gedən maraqlı verilişlərə bir yerdə baxmaları Laçınımıza xas bir 
ənənə idi. Artıq bu ləzzətdən də məhrum olmuşuq. Yeniyetməlik çağım- 
da axşamın tez düşməsini və verilişin başlamasını səbirsizliklə gözləmə- 
yimin də başqa həyəcanı vardı. Veriliş başlayanda Aşıq Umbayın hava- 
catla oxuduğu sözləri xüsusi avazla da deməsindən sonra qonşularımız 
Əşrəf dayının, Allahyar dayının və atamın “bəh-bəh” səsləri indi də qula- 
ğımdadır. Mən Aşıq Umbayı o gün tanıdım. Düşüncələrimdə isə bir sual 
qaldı, - Niyə məhz Şah İsmayıl dastanı? Çünki bu dastandan müstəqil- 
liyin, azadlığın iyi gəlirdi. 

Təəssüf hissi keçirirəm ki, mən Aşıq Umbayı Laçındakı məclislərdə 
görməmişəm. Rayon mərkəzində yaşamağım və tezliklə Bakıya oxumağa 
getməyim səbəbindən Aşıq Umbay yaradıcılığına və şəxsiyyətinə bələd- 
çiliyim məcburi köçkünlük illərinə düşdü. Bu qürbət diyarda qərib ellilə- 
rimin xeyir işlərində bir neçə dəfə Aşıq Umbayın məclisini, meydanını 
gördüm. Aşıq Umbay Laçın Sarı Aşıq məktəbinin ən layiqli davamçısı və 
ustadlarındandır. 


İşıqlı, Çalbayır, yaxşı dağlıyıq, 

Dağ çəkmə, ay naşı, yaxşı, dağlıyıq. 

Sarı Aşıq kimi Yaxşı dağlıyıq. 

Necə qandırasan salı sən, Umbay. 

(Şərahil Laçın) 

Aşıq sənətinin zirvəsində dayanan ustadın xalq tərəfindən sevil- 
məsinin əsas səbələrindən biri də Aşıq Umbayın öz şeiriyyatım öz sazın- 

89 




Laçın yurdu - №2(2), 2011 


da dilə gətirməsidir. Aşıq Umbay şeiriyyatına az-çox bələd olduğum 
üçün bunu tam əminliklə deyirəm. 

Ey şair, tanıt ki, necədi bu yurd, 

Sərrafı bilinməz külçədi bu yurd. 

Qızılvəngdi bu yurd, Göyçədi bu yurd, 

Ələsgərsən, Umbay, Alısan, Umbay. 

(Şərahil Laçın) 

Ola bilməz ki, onun “Ölmərəm”, ”А11аһ sən saxla“ şeirlərini oxu- 
yan duyğulu insan qəlbində bir sızıltı, bir ağrı hiss eləməsin. Bunlar bü- 
tövlükdə bir elin dərdidir. 

Mən Aşıq Umbayın yüzlərlə pərəstişkarlarından biriyəm. Həmişə 
fəxrlə deyirəm ki, o mənim yerlimdir, Laçınlıdır. Xoşbəxtəm ki, bu yazı- 
nı Aşıq Umbayın sağlığında yazıram. Yaxşı ki, varsan Aşıq Umbay, yax- 
şı ki, sazınla-sözünlə el-obanın arasındasan. Ustaddan icazə alaraq sözü- 
mü öz misralarında bitirmək istərdim: 

Hər şeyi əlindən alman xalqın 
Aşıq Umbayına dəymə, ay Allah. 

Bu qürbət diyarda bu yazıq xalqın 
Ozan Umbayına dəymə, ay Allah. 

Mən inanıram və ümid edirəm ki, bir gün 
Laçınımın ən dilbər guşələrinin birində Aşıq Um- 
bay məclisinin iştirakçısı olacam, onun “Bayram 
günləri” şeirində xüsusiləşdirdiyi həmin gün bay- 
ram günü kimi mənim yaddaşımda və xəyalımda 
qalacaq. Bunu tək mən yox, bütün Umbaysevərlər 
arzulayır. 

Söhı ab HƏSƏNOV, 

29 avqust 2011-ci il 



90 




Laçın yurdu - №2(2), 2011 


POEZİYA 


ÇIRAQ NƏSİBOY 

Çıraq Balakişi oğlu Nəsibov 1934-cü ildə 
Laçın rayonunun Təzəkənd kəndində kolxozçu 
ailəsində doğulub. Orta məktəbi də öz doğma 
kəndində bitirib. 

Sadə peşə adamıdır, dülgər, dəmirçi peşə- 
lərinə yiyələnib. 

Erməni qəsbkarlarının torpaqlarımızı işğal 
etməsi nəticəsində qaçqın düşüb. Hal-hazırda Qo- 
bustan rayonunun Təklə kəndində müvəqqəti 
məskunlaşıb. Təqaüdçüdür. 

Ötən əsrin 60-cı illərindən yaradıcılıqla 
məşğuldur. “Laçın” qəzetində şeirləri dərc olunub. 

2003-cü ildə isə “Bakı” nəşriyyatında “Oyandım kəklik səsinə” 
şeirlər kitabı işıq üzü görüb. 



“Bəy” dedik 


Bizim qızlar 


Ay həzarat, bu dərd məni öldürür, 
İşbilməzlər düşmənləri güldürür. 
Doğma yurdu “dığa”lara böldürür, 
Hər nadana, hər gədaya “bəy” dedik. 


Çəmənlərin çiçəyidir, 
Qızılgülün ləçəyidir. 
Məclislərin bəzəyidir 
Bizim qızlar, bizim qızlar. 


Vətən dərdi çox ürəklər dağladı, 
Anam-bacım gecə-gündüz ağladı. 
Yalan, tərif gözümüzü bağladı, 

Hər nadana, hər gədaya “bəy” dedik. 


Gülə bənzər yanaqları, 
Bal, qaymaqdı dodaqları. 
Xatırladır ilk baharı 
Bizim qızlar, bizim qızlar. 


“Mersedes”lə çox alçaqlar öyünür, 
Babaların qəbirləri söyülür. 

Əsirlikdə yurddaşlarım döyülür, 

Hər nadana, hər gədaya “bəy” dedik. 


Füzulinin qəzəlidir, 
Söhbətləri məzəlidir. 
Gözəllərin gözəlidir 
Bizim qızlar, bizim qızlar. 


Zəhər oldu hər yeyəndə çörəyim, 
Qəm içində inildəyir ürəyim. 
Tapılmadı mənim arxam, köməyim, 
Hər nadana, hər gədaya “bəy” dedik. 


Yurdumuzun sonasıdır, 
Bənövşəsi, lalasıdır. 
Gələcəyin anasıdır 
Bizim qızlar, bizim qızlar. 


91 



Laçın yurdu - №2(2), 2011 


ƏLİMDƏN 

Tanrı mənim taleyimi, bəxtimi 
Laçından çıxanda aldı əlimdən. 

O həzin, qayğısız, xoşbəxt günlərin 
Əlləri üzülüb qaldı əlimdən. 

Vida demədim ki, tez qayıdaram, 

Nə bilim ürəkdə olacaq yaram. 

Allah nə vermişdi hey aram-aram, 

Onu fələk vurub saldı əlimdən. 

Bəxtim məni yaman yerdə sınadı, 

Nə etmişdim, niyə məni qınadı. 
Deyirdim ki, Vətən mənə anadı, 

Anam üçün bəs nə gəldi əlimdən? ! 

BİLSƏK 

Düşmən qurd olsa da diz çökdürərik, 
Bir amal uğrunda birləşə bilsək. 
Durmaz qarşımızda nə dağ, nə dərə, 
Arazlaşa bilsək, Kürləşə bilsək. 

Bir həsrət yanğısı canımızdadır, 
Mətinlik, məğrurluq şanımızdadır. 
Azad ömür sürmək qanımızdadır, 
Qələbə eşqilə hürrləşə bilsək. 

Hər nadan kəlməsi qəlbimə oxdu, 
Dünyanın malına gözlərim toxdu. 
Bizim üçün bundan xoşbəxt gün yoxdu, 
Ana yurdumuza yerləşə bilsək. 


Elmir QƏNBƏR 



HEYİF O SEVGİYƏ... 

Kövrək idi, həssas idi ürəyim, 
Xəyalımdan böyük idi diləyim. 
İstəyimə qənim çıxdı mələyim, 
Heyif o sevgiyə, o məhəbbətə. 

Onun üçün gizli, aşkar yanardım, 
Onsuz əzilərdim, onsuz sınardım. 
Ona görə özümü də danardım, 
Heyif o sevgiyə, o məhəbbətə. 

Qədərimə, kədərimə bax indi, 
Xeyri nədir gözlərini sıx indi? ! 
Sənə yaddı, amma mənə yaxındı, 
Heyif o sevgiyə, o məhəbbətə. 

Hər ötən zamanı düşünəndə mən, 
Ürəyim astaca ağrıyır hərdən. 
İndi də boylanır xatirələrdən, 
Heyif o sevgiyə, o məhəbbətə. 

Hisslərim üsyankar, ürəyim zəif, 
Bu eşq məni on il əsir eləyib. 

Elə ölənəcən deyəcəm heyif, 
Heyif o sevgiyə, o məhəbbətə. 


92 





Laçın yurdu - №2(2), 2011 


POEZİYA 


ZAHİR LAÇINSIZ 

İbrahimov Zahir Şükür oğlu 1938-ci ildə dağlar gözəli Laçının Ar- 
duşlu kəndində dünyaya göz açıb. 1956-cı ildə Pirallahı adasındakı 186 
saylı orta məktəbi bitirib. 1957-1960-cı illərdə əsgəri xidmətdə olub. 
1964-cü ildə APİ-nin (indiki ADPU) tarix fakültəsinə daxil olmuş, 1969- 
cu ildə isə həmin institutu bitirmişdir. 

Bir müddət Dağlıq Qarabağın Xankəndi şəhərində yaşamışdır. 
1988-ci ilin dekabr ayında ennəni fitnəkarlığı nəticəsində ailəsi ilə birlik- 
də Xankəndindən çıxarılmışdır. Həmin vaxtdan 1992-ci ilin may ayının 
9-na qədər Şuşada yaşamışdır. Qaçqınlıqdan sonra Qaradağ rayonunun 
Sənqəçal qəsəbəsində məskunlaşıb. 

2001-ci ildə “Bu belə dünyadır” adlı şeirlər kitabı çap olunub. 

LAÇINIM 

Laçınım - Vətənim, keç günahımdan, 

Çovğunun, tufanın eyləyəndə qan, 

Qurumuş dilimlə sənə bir zaman 
Viranə qal, xaraba qal demişəm. 

Düşmüşəm dərd adlı dumana, çənə, 

Yetməyib uzanan əllərim sənə. 

Sənsizlik elə dağ çəkibdir mənə, 

Hər ağrıya, hər əzaba dözüb mən 
Bir də sənə xaraba qal demərəm. 

Naçar baxam sel-su gedən dərəyə, 

Çaldığım ot layda qalıb çürüyə. 

Qəm üstümə qoşun-qoşun yeriyə, 

Hər ağrıya, hər əzaba dözüb mən 
Bir də sənə xaraba qal demərəm. 

Ot qarışıq tar apara atımı, 

Sazaq gəlib keçə yeddi qatımı. 

Əvvəlki tək yerə atıb çatımı, 

Hər ağrıya, hər əzaba dözüb mən 
Bir də sənə xaraba qal demərəm. 

93 




Laçın yurdu - №2(2), 2011 


Bəxt tərlanım çıxıb əldən uçanda, 

Ayla yağıb, hərdən hava açanda, 

Yıxıldıqca mal dalınca qaçanda, 

Hər ağrıya, hər əzaba dözüb mən 
Bir də sənə xaraba qal demərəm. 

Mat qalmalı işə düşüb mat qalım, 

Qurtarsın ot-saman, pozulsun halım. 

Qışın ortasında ac qalsın malım, 

Hər ağrıya, hər əzaba dözüb mən 
Bir də sənə xaraba qal demərəm. 

İlan çala, əqrəb çala əlimi, 

Çıxardalar kürəyimdən dilimi. 

Sovuralar göyə ocaq külümü, 

Hər ağrıya, hər əzaba dözüb mən 
Bir də sənə xaraba qal demərəm. 

Qəm selinə düşmüş üzük qaşıyam, 

Ömrü boyu qəm şələsi daşıyam. 

Daşdan daşa dəyə-dəyə yaşayam, 

Hər ağrıya, hər əzaba dözüb mən 
Bir də sənə xaraba qal demərəm. 

Kötük yaram düyün-düyün yarıqsız, 

Mal otaram ayaqyalın, çarıqsız. 

Qan aparan yaram qala sarıqsız, 

Hər ağrıya, hər əzaba dözüb mən 
Bir də sənə xaraba qal demərəm... 

Sənqəçal, 2001-ci il 


94 




Laçın yurdu - №2(2), 2011 


UNUTMA! 

Laçın rayonu 18 may 1992-ci ildə erməni təcavüzkarları tərəfindən 
işğal edilib. 

İşğal nəticəsində Laçın şəhərində, Qayğı qəsəbəsində və 125 
kənddə olan 13845 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı 
obyekti, 217 mədəni-maarif, 101 məktəb, 5 məktəbdənkənar, 3 məktə- 
bəqədər müəssisə, 142 səhiyyə, 460 ticarət obyekti itirilmişdir. 

Qarabağ müharibəsində 333 nəfər şəhid, 225 nəfər əlil olmuş, 33 
nəfər hər iki valideynini itirmiş, 5 nəfər Azərbaycanın Milli Qəhrəmanı 
adma layiq görülmüşdür. 

Laçın rayonu işğal edildikdən sonra rayonun 58299 nəfər əhalisi 
respublikanın 59 rayon və şəhərində müvəqqəti məskunlaşmışdır. 



ı шЕшшт 


r ^5^02.1992 

C 1*. 

c шшан 

08.05! 1 992 

V 

— III m I 

pPwfe 1 - İM -ч Lj, 


шшшшшв 



f * 1 аиии 


r -л 'Ј 1 ЕЈјИј ' 



№ЕУ»1:1 

10. Qubadlı 


11. Zəngilan 

|Ио.1о.1ча— .. 


95 









Laçın yurdu - №2(2), 2011 


Laçın yurdu, №2(2), 2011 


Bakı, “Nurlar”, 2011. - 96 səh. 


Dərgidə www.az.wikipedia.org 

saytının materiallarından da istifadə olunmuşdur. 


Nəşriyyat redaktoru: Suğra OSMANOVA 
Kompüter və dizayn: Araz YAQUBOĞLU 
Texniki redaktor: Rauf KƏRİMOV 
Səhifələyici: Fəxri VƏLİYEV 
Korrektor: Elnur İRƏVANLI 
Operator: Cəlal ARİFOĞLU 



NURLAR 


НЛШРИИИАТ-ПОЛИГРАФИИА МЛРШИ 

Бакы, Az1122, Зпрдаби пр. 78 / Тел: 4977021 
Faks: 4971295 / Е-почту: office@nurprint.com 


Yığılmağa verilmişdir: 01.08.2011 
Çapa imzalanmışdır: 30.09.2011 
Nəşrin ölçüsü:70xl00, 1/16 
Fiziki çap vərəqi: 6,0 

Sifariş: №192/11. Sayı: 500 ədəd, Qiyməti: 2 AZN 


Dərgi “Nurlar” nəşriyyat-poliqrafiya mərkəzində çap olunmuşdur. 


96